I f ə s I l ümumi MÜDDƏalar



Yüklə 365,67 Kb.
Pdf görüntüsü
səhifə6/12
tarix14.02.2018
ölçüsü365,67 Kb.
#27080
1   2   3   4   5   6   7   8   9   ...   12

Müvafiq  icra  hakimiyyəti  orqanı Azərbaycan  Respublikası  dövlət  sərhədinin  buraxılış 

məntəqələri sayılan aeroportlarda, vağzallarda, dəniz və çay limanlarında, dəmiryol və avtomobil 

vağzallarında və stansiyalarında sərhəd qarovulu və gömrük nəzarətinin həyata keçirildiyi yerləri 

müəyyən  edir  və  kənar  şəxslərin  həmin  yerlərə  kəlməsinə  yol  verməmək  və  Azərbaycan 

Respublikasının  dövlət  sərhədindən  qanunsuz  keçməyin  qarşısını  almaq  məqsədilə  orada  əlavə 

rejim qaydaları qoyur. 

[32]

     


 

Dəniz  gəmilərinin  kapitanları,  hava  gəmilərinin  komandirləri,  dəmiryol  qatarlarının  rəisləri, 

vaqon bələdçiləri, avtomobil nəqliyyatı vasitələrinin sürücüləri onlara etibar edilmiş, xaricə gedən 

nəqliyyat  vasitələrində  şəxslərin  qanunsuz  olmasına  yol  verdikdə  Azərbaycan  Respublikasının 

qanunlarına müvafiq surətdə məsuliyyət daşıyırlar.                                                          

 

I V   F   Ə   S   İ   L



 

AZƏRBAYCAN RESPUBLİKASI

 

DÖVLƏT SƏRHƏDİNİN QORUNMASI

 

M a d d ə 27. Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsinin təmin olunması



 

Azərbaycan  Respublikası  dövlət  sərhədinin  mühafizəsi  Azərbaycan  Respublikasının  milli 

təhlükəsizliyinin təmin edilməsi sisteminin ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikasının 

dövlət  sərhədinin  mühafizəsi  dövlət  sərhədinin  qanunsuz  surətdə  dəyişdirilməsinin  qarşısının 

alınmasına,  dövlət  sərhədi  rejiminə,  sərhədboyu  rejimə  və  dövlət  sərhədindən  buraxılış 

məntəqələrində  rejimə  əməl  olunmasına,  dövlət  sərhədində  dövlətin,  cəmiyyətin  və  şəxsiyyətin 

digər  həyati  mənafelərinin  xarici  və  daxili  təhlükələrdən  qorunmasına  yönələn  siyasi,  hüquqi, 

iqtisadi,  hərbi,  əməliyyat,  təşkilati,  texniki,  ekoloji,  sanitariya  və  başqa  tədbirlərin  həyata 

keçirilməsi ilə təmin edilir.

 

Azərbaycan  Respublikası  dövlət  sərhədinin  quruda,  dənizdə,  çaylarda,  göllərdə  və  digər 



sututarlarda  mühafizə  olunması  sərhəd  qoşunlarına,  havada  mühafizə  olunması  isə  hava 

hücumundan  müdafiə  və  hərbi  hava  qüvvələrinə  həvalə  olunur.  Sərhəd  qoşunları,  hava 

hücumundan  müdafiə  və  hərbi  hava  qüvvələri  Azərbaycan  Respublikası  dövlət  sərhədinin 

qorunması  vəzifələrini  yerinə  yetirərkən  bu  Qanunu,  Azərbaycan  Respublikasının  başqa 

qanunvericilik  aktlarını,  Azərbaycan  Respublikasının  dövlətlərarası  müqavilələrini  rəhbər 

tuturlar. 

[33]

 

M a d d ə  28. Sərhəd qoşunlarının vəzifələri və hüquqları



 

Azərbaycan  Respublikasının  dövlət  sərhədinin  qorunması  sahəsində  sərhəd  qoşunlarının 

vəzifələri  və  hüquqları  «Sərhəd  qoşunları  haqqında»  Azərbaycan  Respublikası  Qanunu  ilə,  bu 

Qanunla və Azərbaycan Respublikasının başqa qanunvericilik aktları ilə müəyyən edilir.

[34]

 

M a d d ə   2 9 .



 

(Çıxarılıb) 

[35]


 

M a d d ə   3 0 .  Xarici  qeyri-hərbi  gəmilər  və  Azərbaycan  Respublikasına  məxsus  qeyri-



       hərbi gəmilər barəsində sərhəd qoşunlarının əsas hüquqları 

[36]


 

Azərbaycan  Respublikasının  ərazi  və  daxili  sularında  Azərbaycan  Respublikası  dövlət 

sərhədinin qorunması vəzifələrini yerinə yetirərkən sərhəd qarovulunun xarici qeyri-hərbi gəmilər 

və Azərbaycan Respublikasına məxsus qeyri-hərbi gəmilər barəsində aşağıdakı hüquqları var:

 

1)

     



milli 

bayraq 


qaldırılmadıqda 

onu 


göstərməyi 

gəmiyə 


təklif 

etmək;  gəminin 

Azərbaycan  Respublikası sularına  girməsinin məqsədləri haqqında sorğu aparmaq;

 



2)

     


gəmi üzmək üçün bağlı rayona üz tutduqda yolu dəyişdirməyi gəmiyə təklif etmək;

 

3)



     

gəmi  sorğu  siqnallarına  cavab  vermədikdə,  üzmək  üçün  bağlı  rayonda  olduqda, 

Azərbaycan 

Respublikasının 

sularına 

girməyin, 

bu 

sularda 


üzməyin 

və 


olmağın 

başqa    qaydalarını    pozduqda,    habelə 

Azərbaycan 

Respublikasının 

qanunvericiliyini, 

Azərbaycan  Respublikasının  dövlətlərarası  müqavilələrini  və  ya  hamılıqla  qəbul  edilmiş 

beynəlxalq  hüquq  prinsiplərini  və  normalarını  pozaraq  ovla  və  ya  başqa  fəaliyyətlə  məşğul 

olduqda gəmini dayandırmaq və yoxlamaq.

 

Gəminin  yoxlanılmasına  gəmi  və  naviqasiya  sənədlərinin,  heyət  üzvlərinin  və  sərnişinləri 



sənədlərinin, yüklər üçün sənədlərin, zəruri hallarda isə yüklərin və gəmi otaqlarının yoxlanması 

daxildir.

 

Gəmi  yoxlandıqdan  sonra  ona  müəyyənləşdirilmiş  qaydalara  əməl  etməklə  Azərbaycan 



Respublikasının  sularında  üzməyi  davam  etdirməyə  icazə  verilə  bilər,  yaxud  Azərbaycan 

Respublikasının  sularını  tərk  etmək  təklif  oluna  bilər  və  ya  gəmi  bu  Qanunun  31-ci  maddəsinə 

müvafiq surətdə tutulub saxlana bilər;

 

4)



    

zəruri  hallarda  gəmini  limana  və  ya  limandan  Azərbaycan  Respublikasının 

dövlət  sərhədinədək müşayiət etmək üçün  gəmidə sərhədçi dəstəsi yerləşdirmək;

 

5)



    

cinayət  törətmiş  və  Azərbaycan  Respublikasının  qanunlarına  görə  cinayət  məsuliyyəti 

daşımalı  olan  şəxsləri  gəmidən  düşürmək  və  tutmaq,  Azərbaycan  Respublikasının  dövlətlərarası 

müqavilələrində başqa hal nəzərdə tutulmadıqda, həmin şəxsləri    təhqiqat və istintaq orqanlarına 

təhvil vermək.

 

M a d d ə   3 1 .  Xarici  qeyri-hərbi  gəmilərin  və  Azərbaycan  Respublikasına  məxsus 



qeyri       hərbi gəmiləri sərhəd qoşunları tərəfindən tutulmasının əsasları 

[37]


 

Azərbaycan Respublikasının ərazi və ya daxili sularında olan, xarici qeyri-hərbi gəmi aşağıdakı 

hallarda sərhəd qoşunları tərəfindən tutulur və ən yaxın limana, və ya başqa müvafiq məntəqəyə 

müşayiət edilir:

 

1)  gəmi   Azərbaycan    Respublikasının  təhlükəsizliyi  zərərinə  məlumat  toplamaqla  məşğul 



olduqda  və  ya  Azərbaycan  Respublikasına  qarşı  düşmənçilik  xarakteri  daşıyan  hər  hansı  başqa 

hərəkət etdikdə;     .

 

2)

     



gəmi  “Dəniz  gəmiçilərinə  bildirişlər”də    elan    edilmiş  üzmək  üçün  bağlı  rayonda 

olduqda;


 

3)

     



gəmi  müəyyən  edilməmiş  yerlərdə  və  ya  müəyyən  edilmiş  yerlərdə,  lakin  Azərbaycan 

Respublikasının  səlahiyyətli    orqanlarının  icazəsi  olmadan  adamları  düşürdükdə  və  ya 

mindirdikdə, yükləri boşaltdıqda və ya qəbul etdikdə;

 

4)



     

gəmi  qanunsuz  ovla,  tədqiqat  və  ya  axtarış    fəaliyyəti  ilə 

 

məşğul  olduqda,  adamların 



sağlamlığı  və  ya  dənizin  canlı  ehtiyatları  üçün  zərərli  maddələr,  yaxud   dikər   tullantılar  və 

materiallar tökdükdə;

 

5)

     



gəmi 

Azərbaycan    Respublikası   Səlahiyyətli   orqanlarının 

icazəsi 

olmadan 


uçuş  aparatlarını havaya qaldırdıqda  və ya göyərtəyə götürdükdə;

 

6)



     

heyət üzvləri və ya gəmidə olan başqa şəxslər    Azərbaycan Respublikasına məxsus sərhəd 

nişanlarını;  naviqasiya  sipəri  vasitələrini,  rabitə  kabellərini,  dikər  sualtı    və    suüstü    obyektləri 

zədələdikdə;

 

7)

     



gəminin kapitanı gəmi və yüklər üçün lazımi sənədlər təqdim etmədikdə;

 

8)



     

gəmi  sərhəd  qarovulu  nümayəndələrinin  və  ya  Azərbaycan  Respublikasının  səlahiyyətli 

orqanlara nümayəndələrinin sərəncamlarına tabe olmadıqda;

 



Yüklə 365,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə