37
Dünya Bankı inkişaf etməkdə olan ölkələrdə təhsilin maliyyələşdirilməsini
həyata keçirən ən iri beynəlxalq mənbələlərdən biridir. DB təhsil sahəsini
maliyyələşdirməyə hələ 1963-cü ildən etibarən başlamışdı, o dövrdə təhsilə 31
milyard dollar ayrılmışdır. Hal-hazırda Bank təhsil sahəsində 83 dövlətdə 158
layihə maliyyələşdirir. Məsələn, Hindistanda qız uşaqlarının savadsız böyüməsi
böyük problemdir və bu problemi aradan qaldırmaq üçün Dünya Bankı orta
məktəblərdə qızların təhsil alması üçün layihələr keçirir. İndiyədək Hindistanın
29 ştatından 18-də 60 milyon şagird bu proqrama cəlb olunmuşdur. Analoji
layihələr Braziliyada, Trinidadda və Tobaqoda həyata keçirilir. Dünya Bankı
AİDS-lə mübarizədə də öz səylərini əsirgəmir. Dünyada hər gün AİDS virusunun
daşıyıcısı olan 14000 insan peyda olur ki, onların da yarısını gənclər təşkil edir.
Problemlə mübarizə üçün BMT-nın UNAİDS proqramına DB 1,7 milyard dollar
maliyyə vəsaiti ayırmışdır. Təkcə Afrika ölkələrinə DB bir milyard dollar vəsait
verib.
Dünya Bankı səhiyyə proqramlarını da maliyyələşdirir. Yoxsul əhali üçün
elementar tibbi xidmətin və qidanın təmin edilməsi, yoxsulluğun səviyyəsinin
azaldılmasına və iqtisadi artıma yardım olur. Baxmayaraq ki, dövlətlər səhiyyə
sahəsində son bir neçə onillik ərzində mühüm uğurlar əldə etmişlər, bir sıra
məsələlər hələ də öz həllini tapmamışdır. İEOÖ-də hər il 11 milyon uşaqdan
70 % infeksion xəstəliklərdən və aclıqdan ölür.
26
Dünya Bankı, hər il bu
problemin həlli üçün 1 milyard dollar vəsait ayırır. Ayrılan vəsaitlər hesabına, 46
ölkədə malyariya ilə mübarizə aparır, 30 ölkədə isə vərəm xəstəliyinə qarşı
tədbirlər görülür. Çində ailələrin 90 % yodlaşdırılmış duzla təmin edilmişdir, bu
da yeni doğulan uşaqların sağlam olmasına, vaxtından əvvəl doğuşların
azaldılmasına səbəb olmuşdur. Seneqalda, Dünya Bankı uşaqların aclığı ilə
mübarizə aparır və kompleks müalicə -profilaktik tədbirlər həyata
keçirir
Beynəlxalq miqyasda korrupsiyaya qarşı mübarizə aparır. Bu gün yeni
layihələrin dörddən biri dövlət xərcləri və maliyyə islahatlarına həsr olunur. Son
26
“ Beynəlxalq iqtisadi təşkilatlar” Müzəffər Məmmədov, Elçin İbadov, Bakı 2008 dərslik.
38
illər ərzində Bank ciddi qaydalar müəyyən etmiş və anonim “qaynar xətt”
yaratmışdır ki, bura korrupsiya faktları ilə bağlı məlumat vermək olar.
Dünya Bankı silahlı münaqişə yaşamış ölkələrə yardım edir. Hal-hazırda
Bank silahlı münaqişədən əziyyət çəkmiş 40-a yaxın ölkədə işləyir. Bankın bu
ölkələrdə gördüyü işlər sahəsində iqtisadi fəaliyyətin bərpa olunması, həmin
regionlara investisiya qoyuluşu, hərbi əməliyyatlar nəticəsində dağıdılmış
infrastrukturun bərpa olunması, əhalinin zərərçəkmiş təbəqələrinə yardım və s
vurğulamaq olar.. Bank tərəfindən maliyyələşdirilən daha geniçmiqyaslı və daha
keyfiyyətli layihələr arasında, Əfqanistanda infrastrukturun bərpa edilməsi, Şərqi
Timorda və Haitidə dövlət qulluqçularının təlim keçməsi və s. layihələr də var.
27
2009-cu ilin sentyabrında Beynəlxalq Valyuta Fondunun İcraiyyə Komitəsi
yoxsul ölkələrə yardım məqsədilə qızıl ehtiyatlarının bir hissəsinin satılması
barədə qərar qəbul etdi. Fondun məlumatında deyilirdi ki, 403,3 ton qızıl
satılacaq: “Bu qərar Beynəlxalq Valyuta Fondunun pul ehtiyatının həcminin
artmasına səbəb olacaq və az gəlirli ölkələrə yardım etmək imkanı yaradacaq”.
Qeyd edək ki, satılması nəzərdə tutulan qızıllar Beynəlxalq Valyuta Fondunun
qızıl ehtiyatının səkkizdən bir hissəsini təşkil edirdi.
2010-cu ildə Sankt-Peterburqda “Tiger Summit”keçirilmişdir. Burada
“Asiyanın Pələngləri”nin inkişaf proqramı qəbul olunmuşdur. Bu proqrama
əsasən həmin dövlətlərə Dünya Bankı tərəfindən 350 milyon dollar pul
ayrılmışdır.
Dünya Bankı həmçinin, öz müştərilərinə aşağıdakı tədbirləri görməyi
məsləhət görür:
-
İnsan resurslarının inkişafına investisiya qoymaq, xüsusilə, səhiyyə və
təhsil sistemlərinin təkmilləşdirilməsi yolu ilə;
-
Sosial inkişaf üzərində cəhdlərin artırılması, əhalinin geniş təbəqələrinin
inkişaf probleminin həll edilməsinə cəlb edilməsi, idarəetmə metodlarının
27
World Bank, Post-Conflict Reconstruction:
The Role of the World Bank, 1998, pp. 5 and 9