5
xəstəliklər təkcə sürətlə yayılmır, həm də bu səbəbdən ölüm halları kütləvi şəkildə artır.
Dünyada 8 ölüm səbəbinin 6-sı üçün risk faktoru olan tütün,insanları müxtəlif yollarla öldürə
bilir. Tütün epidemiyası dünyanı yoluxucu xəstəliklərin epidemiyalarından daha çox təhdid
etməkdədir. Siqaret çəkənlərdə vaxtından əvvəl ölmə halı 77%-dir
4
.
Bu,
yeganə leqal istehlak
malıdır ki, ondan istifadə edənlərin təxminən yarısını öldürür.
Elm adamları dünyanın ən məşhur və ciddi sağlamlıq problemlərindən ikisi olan nikotin
aslılığı və depressiyanı bir-biriylə əlaqəli olduğunu bildirdilər
5
.
Siqaret çəkmə insan orqanizminə çox mənfi təsir göstərir. Həyatının müəyyən bir dövründə
major depressiya keçirmiş şəxslərdə siqaret istifadəsi bu xəstəliyi olmayanlara görə olduqca
yüksək faiz təşkil edir. Siqaret aludəçilərində depressiya olma ehtimalı siqaret aludəçisi
olmayanlara görə iki qat çox olduğu müəyyən edilmişdir. Depressiv vəziyyətdə olan
şəxslərdə siqaret asılılığı nisbəti artarkən,siqaret aludəçiliyi olan şəxslərdə depressiyanın
olması bu fərdlərin daha çox siqaret çəkərək asılılıqlarının artmasına gətirib çıxardır. Bu
səbəblədə depressiyaya meyilli olan şəxlərin siqareti tərgitmə ehtimalı müvəfəqiyyətsizliklə
nəticələnir
6
. Dünya Səhiyyə Təşkilatının son məlumatlarına görə depressiya ilə mübarizə
edən təxminən 121 milyon insanın yüzdə 20 ilə 40-nın intihara cəhd edir, yüzdə 10 ilə 15-i
isə həyatını itirir. Bu gün hər beş qadından və hər on iki kişidən birində depressiya müşahdiə
olunur. Depressiyanın yayılma səviyyəsi 12 yaşdan aşağı uşaqlar arasında 2% təşkil
edirsə,yeniyetmələr arasında 4-8% təşkil edir.
Depressiyanın yayılmasının artması səbəbiylə Dünya Səhiyyə Təşkilatı 2012-ci il 10
Oktyabr Dünya Psixi Sağlamlığı gününün əsas mövzusu olaraq Depressiyanı təyin etdi.
Xüsusilə inkişaf etmiş ölkələrdə təsir sahəsini hər keçən gün artıran bu xəstəlik, müasir
dünyanın epidemiyası olaraq xarakterizə edilir.
4
Mathers CD, Loncar D. Projections of global mortality and burden of disease from 2002 to 2030. PLoS
Medicine:2006,3-11p:e442.Additional information obtained from personal communication with
Mathers(www.cdc.gov/tobacco/.../tips/...smoking/.../depression-and-smoking)
5
Smoking and depression: Harvard Mental Health Letter.;2002 ,3 p(psychcentral.com/library/depression_smoking)
6
Moss TG, Weinberger AH, Vessicchio JC,
Man-cuso V, Cushing SJ, Pett M, et al. A Tobacco Reconceptualization in Psychiatry
(TRIP): Am J Addict 2010; 293-311 p(//www.mentalhealth.org.uk/a-to-z/s/smoking-and-mental-health)
6
Tədqiqat mövzusunun işlənilmə səviyyəsi. Aparılan tədqiqatlarda, yeniyetmə və gənclərdə
siqaret çəkmə vərdişinin yüksək olduğu və depressiv əlamətlər müşahidə olunduğu qeyd
edilmişdir.M.Gulec, B.Bakir, M.Ozer M, Ucar, S.Kilic, M.Hasde tələbələr arasında
apardıqları tədqiqatlarda siqaret çəkmə ilə depressiya arasında güclü bir əlaqə təyin etmişlər.
RT.Mikolajczyk, AE.Maxwell, V.Naydenova, S.Meier, El Ansari Avropa ölkələrində
apardıqları tədqiqatda universitet tələbələri arasında depressiv əlamət sıxlığı Polşada 34%,
Bolqarıstanda 39%, Almaniyada 23% olaraq müəyyən olunmuşdur. Allgöver və
həmkarlarının depressiya testi vaistəsi ilə 15 Avropa ölkəsində apardıqları tədqiqatlarda
universitet tələbələrində depressiv əlamət göstəricisi 32,0% olaraq aşkarlanmışdır. Siqaret
çəkənlərdə çəkməyənlərə görə depressiv əlamətlərin daha yüksək səviyyədə olduğu
müxtəlif tədqiqatlarda verilmişdir.
7
Aparılan tədqiqatların təhlili göstərir ki, siqaret çəkənlərdə depressiv əlamətlər
çəkməyənlərə görə nisbətdə daha yüksəkdir.
8
Bəzi araşdırmalarda siqaret çəkənlərdə depressiya çəkməyənlərə görə nisbətdə 2,2 dəfə
çoxdur.
9
Koreyada aparılan tədqiqatda siqaret çəkmə ilə depressiya arasında əlaqə olduğu müəyyən
olunmuşdur.
10
Bununla yanaşı tədqiqatlarda siqaret çəkmə vəziyyəti ilə depressiv əlamətlər
7
Yargıç , Baykan H.(2013) Severe mental
disorders, depression and smoking cessation Anadolu dergisi 77-83 s, Güleç M, Bakır
B, Özer M, et al. Association between cigarette smoking and depressive symptoms among military medical students in Turkey.
Psychiatry Research 2005; 281-286 s, (www.scopmed.org),Huten M, Kalyoncu A, Pektaş Ö,Beyazyürek M. Psikiyatrik bozukluğu
olmayan kişilerde sigara içme davranışının depresyon düzeyleriyle ilişkisi,Bilimsel Çalışmalar Özet Kitabı, 1998: 206 s
8
İnci R, Ağargün MY, Özer ÖA, ve ark. Bir grup üniversite öğrencisinde sigara içimi ve mizaç durumları. 39. Ulusal
Psikiyatri Kongresi Bildiri Kitabı, 2003: 610-612,Yazıcı H, Çetinkaya B, Kahveci H, Demirci S. Genç bireylerde depresif
belirtiler ve sigara içmeye dönük tutumlar. Bağımlılık Dergisi 2007; 8: 79-84,Surtees PG, Pharoah PDP, Wainwright NWJ, et
al. A followup study of new users of a university counselling service. Br J Guid Counc 1998; 26: 255-72.(www.scopmed)
9
Sütoluk Z, Nazlıcan E, Azizoğlu A, Akbaba M. Yüreğir Çıraklık Eğitim Merkezi öğrencilerinde depresyon sıklığı ve
nedenleri. Türk Tabipleri Birliği Mesleki Sağlık ve Güvenlik Dergisi 2005; Temmuz-Ağustos-Eylül: 23-26, Güleç M, Bakır
B, Özer M, et al. Association between cigarette smoking and depressive symptoms among military medical students in
Turkey. Psychiatry Research 2005; 134: 281-286.( www.bmj.com/content/348/bmj.g1151)
10
Lee KJ. Current smoking and secondhand smoke exposure and depression among Korean adolescents: Analysis of a
national crosssectional survey. BMJ Open 2014;4:e003734. doi:10.1136/bmjopen-2013-003734 (www.scopmed.org)