37
III Fəsil. GƏNCLİK DÖVRÜNÜN XÜSUSİYYƏTLƏRİ
3.1. Gənclik dövrü xüsusiyyətləri və tütün aslılığını yaradan faktlar
Gənclik fiziki cəhətdən yeniyetməliyin başa çatması, özünüdərketmənin və intelektin sürətli
inkişafı, özünəməxsus yüksək keyfiyyətlərinin, dünyagörüşünün formalaşması, peşə seçmək
və sosial həyata başlamaq dövrüdür. Gənclik dövrü öz inkişafında iki mərhələdən
keçir:birinci mərhələ erkən gənclik (15-18yaş) ikinci mərhələ isə yetkin gənclik (18-25yaş)
dövrü adlanır. Gənclər bioloji, psixoloji, psixoseksual və sosialoji amillərin təsiri altında
inkişaf edib formalaşır. Gənclik dövründə şəxsiyyət biososial-psixoloji varlıq kimi formalaşır,
insanda təşəbbüskar, prinsipial, məsuliyyətli davranış formaları təşəkkül tapır. Emosiyaların
idarə edilməsi mexanizmi aktivləşir, lakin çox saylı sosial yeniliklərə adaptasiya zamanı
yaranan çətinliklərə cavab reaksiyalarında gənclərin davranışında tez-tez emosionallıq halları
da müşahidə olunur. Bu proses isə yeniyetməlik emosionallığının ətaləti ilə bağlıdır.
80
Bu
dövrdə gənclərin psixoloji xüsusiyyətlərində sabitləşmə gedir. Gənclik yaşının axırında
sosiallaşmanın ilk mərhələsi tamamlanır, gənclər artıq öz həyat yolunu müəyyənləşdirir, ali
məktəblərdə, koleclərdə, texniki peşə məktəblərində, litseylərdə təhsillərini davam etdirirlər.
Gənclik dövrünün sonu cəmiyyət üçün tam hazırlanmış nəslin varlığı deməkdir.
Universitet illəri, coşqun inkişaf dövrlərindən biri olan həm ictimai, həm də bioloji olaraq
keçid dövrü kimi qəbul edilən yetkinliyin son mərhələsinə rast gəlinir. Universitet dövrü,
evdən və ailədən ayrılma, yeni mühitə adaptasiya problemləri, yoldaş və qrup seçkisi, bir
peşəyə namizəd olma və iş tapmaqla bağlı narahatlıqlar kimi bir çox spesifik problemin
müşahidə olunduğu illərdir. Universitetdə oxuyan tələbələr, müxtəlif səbəblərdən
qaynaqlanan stress yaradan həyat hadisələri ilə qarşılaşırlar. Burada xüsusilə təhsildən
qaynaqlanan problemlərin əhəmiyyətli rolu vardır. Asılılıq baxımından ən əhəmiyyətli risk
dövrləri uşaqlıqdan yeniyetməliyə, gənclikdən yetkinliyə keçid dövrüdür. Tələbələrin
stresslə qarşılaşan vaxtlarda siqaretə yönəlmələri müşahidə olunan davranışdır.
80
Qədirov Ə.Yaş psixologiyası .Bakı: 2008,341-345 s
38
Gündəlik siqaret çəkən gənc tələbələr irəliləyən yaşda paralel olaraq siqaret sayını
artırdıqlarını və siqaretə daha çox aludə olduqları müşahidə olunur. Gənc yaşda siqaret
çəkməyə başlayanlar irəliləyən yaşlarda bu pis vərdişi daha çətin tərgitə bilirlər. Bu səbəblərə
görə tütün istifadəsinə qarşı mübarizə aparılması və siqaretə qarşı mübarizə tədbirlərin
görülməsi olduqca əhəmiyyətlidir.
Tütün epidemiyasının inkişaf etməsi və yayılmasında ən əhəmiyyətli risk qrupu 12-24
yaşındakı yeniyetmələr və gənclərdir.
Siqaret istifadə etmə vərdişi müxtəlif psixososial səbəblərlə başlayan və davam edən bir
davranış formasıdır.
Hər yaşda nikotin asılılığının inkişaf etməsinə baxmayaraq, ilk siqaret
ümumiyyətlə erkən yeniyetməlik dövründə sınandığı üçün,siqaret ilə mübarizə ibtidai
məktəb, orta məktəb illərində başlanılmalıdır. Siqareti sınayan hər iki gəncdən biri siqaret
istifadə etməyə davam edir. Bu gün dünyada 150 milyon gənc siqaret istifadə etməkdədir
və gələcəkdə 75 milyon gəncin siqaretin meydana gətirdiyi sağlamlıq problemi ilə dünyasını
dəyişəcəyi ehtimal olunur.
81
Gənclər arasındakı siqaret istifadə etmə sıxlığını təyin etmək məqsədilə qlobal məlumatların
iki əsas qaynağı vardır. Bunlardan biri Dünya Səhiyyə təşkilatının icra etdiyi və dörd ildən
bir təkrarlanan (Health Behaviors School Childeren-HBSC) tədqiqatı, digəri isə yenə DST və
CDC tərəfindən inkişaf etdirilmiş olan və bir çox ölkədə icra edilən Qlobal Gənclik Tütün
İstifadəsi araşdırmasıdır.GYTS(Global Youth Tobacco Survey), HBSC nəticələrinə görə;
bəzi şərqi Avropa ölkələrində(Belarus, Estoniya, Gürcüstan, Litva, Rusiya Federasiyası,
Slovakiya və Ukrayna) 15 yaş qrupu kişilər arasında həftəlik siqaret çəkmə sıxlığı digər
bölgələrə görə daha yüksəkdir (>30%). Buna qarşılıq 15 yaş qrupu qızlar arasında ən yüksək
siqaret çəkmə
faizi (>30%) Avstriya, Çex Respublikası, Finlandiya və İspaniya kimi qərbi
Avropa ölkələrindədir.
82
Qadınlarda siqaret istifadə etmə nisbətlərinin kişilərə görə çox daha
aşağı olduğundan, siqaret şirkətləri üçün qadınlar çox əhəmiyyətli bir hədəf təşkil edir.
81.
Alikasifoglu M, Erginoz. Cigarette smoking among turkish high school students. J Adolesc Health 2002; 7-8
s(www.dusunenadamdergisi.org/)
82
Doğan YB. Madde kullanımıve bağımlılığı. Aile ve Toplum Eğitim, Kültür ve Araştırma Dergisi. 2001; 79-86
s(www.psikiyatri.org.tr)
39
Siqaret epidemiyasının inkişaf etməsi və genişlənməsi baxımından qadınlar, uşaq və
gənclər, əhəmiyyətli bir risk qrupunu meydana gətirməkdədir.
83
Tütün şirkətləri insanların böyük əksəriyyətinin siqaretə 18 yaşdan aşağı və 19-24 yaşında
başladığını, daha irəli yaşlarda siqaretə başlayanların nisbətinin çox kiçik olduğuna dair
məlumatlara sahibdirlər. Bu səbəbdən siqaretin uşaqlar və gənclər tərəfindən sınanılması
üçün çox təcavüzkar bir siyasət aparılır.
Şirkətlər, bir tərəfdən çox incə satışa çıxarma texnikaları ilə bu müddəti istifadə edərkən,
digər tərəfdən də gənclərin həyatındakı əhəmiyyətli dəyişiklik anlarından (şəhər dəyişdirmə,
universitetə qəbul olma, əsgər getmə və s) istifadə edirlər. Aparılan digər bir tədqiqatda 18-24
yaş arası gənclərdə yetişkinlərə görə sigaret çəkmə faizi daha yüksək olarkən, gənclərin
siqareti tərgitmək mövzusunda daha istəkli olduqları halda tərgitmək üçün lazımı dəstəyi
görmədiklərini vurğulamışlar.
84
18-24 yaş arası gənclərin siqaret istifadə etmə nisbəti 18,9 %
dir. Siqaret çəkən yetkinlərin (18 yaş və yuxarı) 88%-i siqaret istifadə etməyə 18 yaşında
başlayır.
85
Xəstəliklərə nəzarət mərkəzinin(Centers For Disease Control and Prevention)
məlumatlarına görə 18 yaşına qədər siqaret çəkməyən şəxslər, həyatlarının sonrakı
dövrlərində çox aşağı nisbətdə siqaret istifadəçisi olurlar. Gənclik dövründə meydana gələn
çətinliklər və bu çətinliklərə verilən reaksiyaların bir çoxu depressiv əlamətlər meydana
gətirməkdədir.
86
Universitet tələbələri arasında aparılan tədqiqatlarda, bu dövrün ən
əhəmiyyətli psixi problemi depressiya olduğu müəyyən olunmuşdur.
87
Universitet tələbələri üzərində aparılmış araşdırmalarda siqaret istifadə etmə nisbətlərinin
25-43,3% kimi yüksək olduğu, böyük əksəriyyətinin isə siqaretə universitet illərində başla-
83
Williams JM, Ziedonis D. Addressing tobacco amongindividuals with a mental illness or an addiction.Addict Behav, 2004;1067–
1083 p. (www.diclemedj.org)
84
Williams GC, Cox EM, Kouides R, Deci EL. Presenting the facts about smoking to adolescents: effects ofanautonomy
supportive style. Arch Pediatr Adolesc Med 1999; 959-64 (www.psikofarmakoloji.org)
85
Centers For Disease Control and Prevention, 2011 b, Centers For Disease Control and Prevention, 2011a(
www.cdc.gov/)
86
Goksel T, Cirit M, Bayındır U. İzmir ili oğrencilerinin sigara alışkanlığını etkileyen faktorler. Toraks Dergisi 2001; 49-53 s
87
Sağlık yüksekokulu öğrencileri arasındaki depresyon sıklğı ve ilişkili etkenler Anatolian Journal of Psychiatry 2007; 8:46-
51(www.bagimlilikdergisi.com)
Dostları ilə paylaş: |