46
qiymətləndirilməsi baxımından müxtəlif üsullar mövcudur. Bunlardan ən geniş şəkildə
istifadə olunan İsveçli Dr. Karl Fagerstrem tərəfindən inkişaf etdirilimiş olan testdir(FTND;
Fagerström Test for Nicotine Dependence). Bu test 6 sualdan ibarətdir və suallara verilən
cavablara görə asılılıq səviyyəsi qiymətləndirilir. Bizim tədqiqatda asılılığın təyini üçün
Faqerstrem Nikotin Asılılıq Testi istifadə edildi. Asılılıq səviyyələri; 0-3 bаll yüngül
səviyyəsi, 4-6 ball orta səviyyəsi 7-10 bаll yüksək səviyyəsi olaraq qiymətləndirildi.
4.1.3.Tədqiqatın strukturu
Tədqiqat 4 mərhələdən ibarətdir. İlk olaraq tədqiqatın fərziyyəsi irəli sürülüb, tədqiqatda
iştirak edəcək şəxslərin sayı, tədqiqatın keçiriləcəyi müəssələr və metodikalar müəyyən
olunmuşdur. Yarana biləcək problemləri müəyyən etmək və sual doğura biləcək
məsələləri aydınlaşdırmaq məqsədilə pilot tədqiqat keçirilmişdir. Müəyyən olunmuş
metodikalar əsas və kontrol qrupda aparılmış, materiallar toplanmışdır. Üçüncü mərhələ
nəticələrin işlənməsi mərhələsidir. Alınmış nəticələr təhlil olunmuş, cədvəl və diaqramlarda
əks olunmuş, statistik analiz aparılmışdır. Sonuncu mərhələdə isə fərziyyənin düzgünlüyü və
ya səhv olması aydınlaşdırılmışdır. Daha sonra məlumatlar toplanmış, kompyuterə salınmış,
əldə edilmiş bu işləmələr dissertasiya formasına salınmışdır.
Hər bir iştirakçıya tədqiqatın məqsədi haqqında informasiya verilmiş və onların tədqiqatın
istənilən mərhələsində iştirak etməkdən imtina etmək imkanının da olduğu izah edilmişdir.
Nəticədə, bütün tədqiqatda iştirak edənlər məlumatlı razılıq vermişdilər.
4.1.4.Statistik analiz
Nəticələrin işlənməsi SPSS proqramının 16.0 versiyası vasitəsi ilə həyata keçirilmişdir.
Əhəmiyyətliliyin
səviyyəsi
(p<0,05)
olmalıdır.
Dürüstlük
p
əmsalı
vasitəsilə
yoxlanılmışdır(p<0,05). Klinik və sosial göstəricilər arasında korrelyasiyanı müəyyən
etmək məqsədilə bivariate korrellate, Pearson əmsalından istifadə olunmuşdur.
47
4.1.5 Alınan nəticələrin təhlili
Gənclərin sağlamlığını təhlükə altında qoyan tütün məhsullarından istifadə bu sahədə
önəmli tədqiqatları gündəmə gətirir. Siqaret aludəçiliyi inkişafda və inkişaf etməkdə olan çox
ölkədə olduğu kimi ölkəmizdə də əhəmiyyətli sağlamlıq problemidir.
Dünyanın müxtəlif ölkələrində, uşaqlar və gənclər arasında siqaret istifadəsinin müəyyən
olunması məqsədilə aparılan araşdırmalarda fərqli nəticələr aşkarlanmışdır.
Biz tədqiqat zamanı tələbələr arasında depressiya faizini müəyyən etmək siqaret çəkənlərin
aslılıqlarını hansı mərhələsində olmasını hər iki qrupda müqayisələrlə müəyyən etdik. Əsas
və kontrol qruplar arasında müqayisəli təhlil göstərdi ki, əsas qrupdakı iştirakçıların
depressiya göstərici kontrol qrupdan çoxdur. Aslılıq göstəricisi orta və ağır olan tələbələrin
siqareti tərgitmək istəmədikləri faizi daha çoxdur. Aslılığın nəticəsinə görə siqaret çəkənlərdə
orta dərəcli aslılıq üstünlük təşkil edir ( yüngül dərəcə 25%,orta dərəcə 47%, ağır dərəcə
28%). Bek testinin nəticəsinə görə əsas qrupda yüngül və orta ağır depressiya üstünlük təşkil
edir. Kontrol qrupda 60%-də depressiya yoxdur, 26%-də yüngül depressiya müəyyən olundu.
Tələbələrin istifadə etdikləri siqaret markalarından məlum olur ki, gənclərimiz daha çox
xarici markalı siqaretlərdən istifadə edir. Bu göstərici reklam və kinoların gənclərimizə etdiyi
təsirlərin səbəbi kimi qeyd oluna bilər.
Tədqiqatda iştirak edən 200 tələbədən mütəmadi olaraq siqaretdən istifadə edənlər 26%
(n=52), heç çəkməyən 33,5% (n=67), bir dəfə sınayıb heç sevməyən 18,5(n=37), bir dəfə
sınayıb xoşuna gələn 7,5% (n=15), ara-sıra istifadə edən 13% (n=26), tərgidən 1,5% (n=3)
təşkil edir. Siqaretə başlamada ən kiçik yaş 8, ən böyük yaş 21-dir. Əsas qrupda orta yaş
19.78, kontrol qrupda orta yaş 19.61 təşkil edir. Tələbələr siqaretə başlama səbəbləri kimi
30% maraqlı gəldiyinə görə, 15% diqqətlərini çəkdiklərinə görə, 55%-i digər səbəblərdən
qaynaqlandığını qeyd etmişlər.(Bax :Şəkil4.1)
Siqaretə başlama səbəblərinin göstəriciləri
Şəkil 4.1
Atalarının siqaret çəkmə faizi
etmirdi. Kontrol qrupda 39,4%
48,5%-i 0-2 il müddətində, 38,6 %
edir(Bax:Şəkil 4.2). Əsas qrupda t
fikirləşmir. Siqaret çəkənlərin 58,2%
ilk siqaret s
İlk siqaret
sınağı
10-14
Say
% ilk siqaret
sınağı
% gündə
çəkilən
siqaret
% Cəm
15-19
Say
% ilk
siqaret
sınağı
% gündə
çəkilən siqaret
% Cəm
faizi əsas qrupda 53,6 % çəkir, 29.9% çəkmir,
Kontrol qrupda 39,4% çəkir, 47,5% çəkmir, 14,1% çəkirdi artıq ç
, 38,6 %-i 3-5 il ,12,5 %-i 6-8 il müddətind
sas qrupda tələbələrin 60,6% siqareti tərgitməyi fikirl
rin 58,2%-i tərgitməyi sinayıb, 41,8 % sınamayıb.
ilk siqaret sınağı, gündəlik çəkilən siqaretin təhlili
gündəlik çəkilən siqaret
11 dən az
11-20
21-30
30 dan ç
9
10
3
ilk siqaret
39.1%
43.5%
13.0%
əlik
n siqaret
21.4%
27.8%
27.3%
9.8%
10.9%
3.3%
31
25
8
% ilk siqaret
47.7%
38.5%
12.3%
əlik
n siqaret
73.8%
69.4%
72.7%
33.7%
27.2%
8.7%
48
kmir, 16% artıq istifadə
artıq çəkmir. Tələbələrin
tində siqaretdən istifadə
yi fikirləşir 39,4% isə
41,8 % sınamayıb.
hlili
Cədvəl 4.2
Cəm
30 dan çox
1
23
4.3%
100.0%
33.3%
25.0%
1.1%
25.0%
1
65
1.5%
100.0%
33.3%
70.7%
1.1%
70.7%
maraqlı gəldi
diqqətimi çəkdi
digər səbəb