Ы мцщазиря: информатика фяннинин предмети



Yüklə 1,56 Mb.
səhifə26/41
tarix02.06.2018
ölçüsü1,56 Mb.
#47212
növüMühazirə
1   ...   22   23   24   25   26   27   28   29   ...   41

83


Ekranın (X,Y) koordinatlarında , rəng ifadəsi ilə verilmiş rəngdə nöqtəni (pikseli) çəkir. Burada, X və Y- İNTEGER tipli, rəng- WORD tirli ifadə olmalıdır. Pixel- ekranda işıqlana nöqtədir.



      1. GETPİXEL (X, Y)

(X, Y) koordinatında yerləşən nöqtənin (pikselin) rənginə uyğun WORD tipli qiyməti verir.

3. LİNE (X1, Y1, X2, Y2)

Başlanğıcı (X1, Y1), sonu (X2, Y2) nöqtəsində olan düz xətti çəkir. Burada X1, Y1, X2, Y2- İNTEGER tipli ifadələdir.


    1. LİNETO (X, Y)

Kursorun əvvəlcədən durduğu mövqenin koordinatları ilə (X, Y) koordinatını birləşdirən düz

xətti çəkir. X, Y- İNTEGER tipli ifadələrdir.



    1. SETLİNESTYLE (görünüş, nümunə, qalınlıq)

Çəkiləcək xəttin çəkilmə üslubunu müəyyənləşdiri. Burada, görünüş- WORD tipli ifadə olub xəttin görünüşünü verir; nümunə- WORD tipli ifadə olub, xəttin nümunəsini göstərir; qalınlıq- WORD tipli ifadə olub xəttin qalınlığını göstərir.

Xəttin görünüşü aşağıdakılardan biri ola bilər: SolidLn=0- bütöv xətt;

DotteLn=1- nöqtəvari xətt; CenterLn=2- qırıq ştrix xətt; DashedLn=3- qırıq-qırıq xətt;

UserLn=4- istifadəçi tərəfindən müəyyən edilmiş xətt.



Nümunə- yalnız sonuncu görünüş verildikdə istifadə edilir. Qalan görünüşlər üçün o “0” qəbul edilir.

Qalınlıq- aşağıdakı iki haldan biri ola bilər: Norm Width=1- qalınlıq 1 pikseldir;

Thisk Width=3 – qalınlıq 3 pikseldir.


b)Çoxbucaqlıların çəkilməsi:

      1. RECTANGLE (X1, Y1, X2, Y2)

Yuxarı sol küncü (X1, Y1) koordinatlı nöqtədə, aşağı sağ küncü isə (X2, Y2) nöqtədə yerləşən düzbucaqlını çəkir. Burada X1. X2, Y1, Y2- İNTEGER tipli ifadələrdir.

      1. BARD3D (X1, Y1, X2, Y2, dərinlik, yuxarı til)

Qarşı üzün sol yuxarı küncü (X1, Y1) koordinatlı nöqtədə, qarşı üzün aşağı sağ küncü (X2, Y2) nöqtəsində olan üçüncü dərinlik ölçüsü dərinlik (piksellərlə) qədər olan paralelepipedi çəkir. Burada, til- TopOn (çəkiləcək) və ya TopOff (çəkilməyəcək) qiymətlərindən birini alaraq yuxarı tilin çəkilmib, çəkilməməsini göstərir. X1, X2, Y1, Y2, dərinlik- İNTEGER tipli ifadələrdir, yuxarı til-BOOLEAN tipli məntiqi ifadəolub yuxarıda göstərilən qiymət-lərdən birini ala bilər.

      1. DRAWPOLY (N, koordinatlar)

N sayda sınma nöqtəsi və sınma nöqtələrinin koordinatları

koordinatlarla verilən sınıq xətt çəkir. Burada N- WORD topli,

84




koordinatlar-isə xüsusi PointType tipli ifadələrdir. PointType aşağıdakı kimi verilir:

Type

PointType=record

x, y: WORD

end;

v) Qövslərin, çevrələrin və ellipslərin çəkilməsi:

  1. CİRCLE (X,Y, R)

Mərkəzi (X, Y) korrdinatlı nöqtədə, radiusu R-ə (piksellə) bərabər olan çevrə çəkir. Burada X, Y- İNTEGER tipli, R- WORD tipli ifadələrdir.

  1. ARC (X, Y, başlanğıc bucaq, son bucaq, R)

Mərkəzi (X, Y) koordinatlı nöqtədə yerləşən, radiusu R olan, başlanğıc bucağı- başlanğıc bucaq, son bucağı- son bucaq olan cevrə qövsü çəkilir. Burada, X, Y- İNTEGER; başlanğıc bucaq, son bucaq, R- WORD tipli ifadələrdir. Qed edək ki, bucaqlar saat əqrəbinin hərəkətinin əksi istiqamətində hesablanaraq dərəcələrlə verilir.

  1. ELLİPSE (X, Y, başlanğıc bucaq, son bucaq, RX, RY)

Mərkəzi (X.Y) koordinatlı nöqtədə , başlanğıc və son bucaqları uyğun olaraq başlanğıc bucaq, son bucaq, radiusları isə Rx və Ry olan ellips cəkir.

Burada, X, Y- İNTEGER; başlanğıc bucaq, son bucaq, RX, RY- WORD tipli ifadələrdir.


q) Rənglər və fiqur daxilinin doldurulmasının təyini:

  1. SETCOLOR (rəng)

Çəkiləcək xətlər və simvollar üçün rəng ifadəsi ilə verilən rəngi təyin edir. Rənglərə uyğun rəqəmlə 0…15 arasında dəyişir.

  1. SETBKCOLOR (rəng)

Ekranın fonunu rəngini müəyyən edir. 3.SETFİLLSTYLE (ştrix, rəng)

Ştrixləmənin üslubunu təyin edir. Burada, ştrix- WORD tipli ifadə olub ştrixin tipini; rəng- WORD tipli ifadə olub ştrixin rəngini göstərir.

Ştrixləmə üçün 0..12 arasında rəqəmlərdən istifadə etmək olar.


  1. FLOODFİLL (X, Y, SR)

İstənilən qapalı fiquru ştrixləyir. Burada, (X, Y)- İNTEGER tipli ifadə olub, qapalı fiqur daxilində yerləşən ixtiyari nöqtənin koordinatıdır; SR- WORD tipli ifadə olub, ştrixin sərhəd xəttinin rəngidir.

  1. BAR (X1, Y1, X2, Y2)

Ekrandakı sol yuxarı küncü (X1, Y10, aşağı sağ küncü isə (X2, Y2) olan düzbucaqlı oblastı əvvəlcədən təyin edilmiş ştrixlərlə ştrixləyir. Ştrix SETFİLLSTYLE ilə təyin edilir. Burada, X1, Y1, X2, Y2- İNTEGER tipli ifadələrdir.

  1. FİLLPOLY (N, koordinatlar)

  1. N təpəyə malik olan, təpələrinin koordinatları koordinatlarla verilən çoxbucaqlı ilə əhatə olunmuş ekran hissəsi əvvəlcədən müəyyən

85


edilmiş ştrixlərlə ştrixlənir. Burada, N- WORD tipli ifadə, koordinatlar-

DRAW POLY prosedurunda verilən PointType tipli ifadədir.


  1. FİLLELLİPSE (X, Y)

Ekran hissəsini mərkəzi İNTEGER tipli ifadələrlə verilmiş (X, Y) koordinatlı nöqtədə, başlanğıc və son bucaqları uyğun olaraq WORD tipli ifadələrlə verilən başlanğıc bucaq, son bucaq olan, radiusları WORD tipli ifadələrlə verilmiş RX və RY olan ellipslə əhatə olunaraq əvvəlcədən təyin edilmiş ştrixlə ştrixlənir.

  1. SECTOR (X, Y, başlanğıc bucaq, son bucaq, RX, RY)

Mərkəzi İNTEGER tipli ifadələrlə verilmiş (X, Y) koordinatlı nöqtədə, başlanğıc və son bucaqları uyğun olaraq WORD tipli ifadələrlə verilən başlanğıc bucaq, son bucaq olan, radiusları WORD tipli ifadələrlə verilmiş RX və RY olan ellips sektoru çəkilir və əvvəlcə-dən təyin edilmiş ştrixlə ştrixlənir.

  1. PİESLİCE (X, Y, başlanğıc bucaq, son bucaq, R)

Mərkəzi İNTEGER tipli ifadələrlə verilmiş (X, Y) koordinatlı nöqtədə, başlanğıc və son bucaqları uyğun olaraq WORD tipli ifadələrlə verilən başlanğıc bucaq, son bucaq olan, radiusu WORD tipli ifadə ilə verilmiş R olan çevrə sektoru çəkilir və əvvəlcədən təyin edilmiş ştrixlə ştrixlənir.

PROGRAM GRAFIK; USES GRAPH,CRT; LABEL M1;

VAR DRIVER,MODE,ERROR:INTEGER; A,B:WORD;

S:CHAR; BEGIN

DRIVER:=DETECT;

INITGRAPH (DRIVER,MODE,'C:\BP\BGI'); (*QRAFIK REJIMA KECID*) ERROR:=GRAPHRESULT;

IF ERROR<>GROK THEN (* QRAFIK REJIMA KECIDIN YOXLANMASI*)

WRITELN (GRAPHERRORMSG(ERROR)) ELSE

SETBKCOLOR(15); (*fonun rangi tayin olunur*) PUTPIXEL(150,180,4); (*noqtanin cakilmasi*)

READLN (S); (*agar "Enter" duymasi basilarsa onda novbati*)

IF ORD(S)<>13 THEN GOTO M1; (*fiqur cakilacaq,aks halda proqramin sonudur*)

CLEARDEVICE; (*ekranin tamizlanmasi*) SETCOLOR (5); (*rangin verilmasi*)

SETLINESTYLE(1,0,3); (*xattin cakilma uslubunun verilmasi*)


Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə