I mühazirə Fənninin obyekti, predmeti, məqsəd və vəzifələri


Danimarka qlossematikası (dilçilik) məktəbi



Yüklə 405,13 Kb.
səhifə21/63
tarix23.05.2022
ölçüsü405,13 Kb.
#87800
növüMühazirə
1   ...   17   18   19   20   21   22   23   24   ...   63
muhazire

Danimarka qlossematikası (dilçilik) məktəbi
Danimarka dilçilik məktəbi 1931-ci ildə yaranmışdır. Məktəbin yaradıcısı Viqo Brendal, Hans Yörgen Uldall və Lui Hyelmslevdir. Qlossematika dilçilik məktəbi 1939-cu ildən “Dilçilik” əsərləri adlı dərgi nəşr edir. Qlosematikanın fəlsəfi əsasını məntiqi pozitivizm təşkil edir. L.Hyelmslevə görə, dilçilikdə struktur metod dildən tamamilə asılı olmayan və indiyədək dilçilər tərəfindən diqqət yetirilməyən müəyyən elmi cərəyanla – dilin məntiqi nəzəriyyəsi ilə sıx bağlıdır. Məntiqi pozitivistlər idrakın adekvatlığı məsələsini inkar edir və praktik meyardan yan ötürlər. Onlar reallığı əks etdirməyən və aprior qəbul edilən şərti təriflərə əsaslanırlar. Bu cəhət L.Hyelmslevin xalis formaların xalis münasibətləri kimi irəli sürülən struktur haqqındakı təlimində də özünə yer tapır. L.Hyelmslevə görə, dil insan nitqi müxtəlif sərvətlərin tükənməyən ehtiyatıdır. Dil insandan ayrılmazdır və insanın bütün hərəkətlərində onun ardınca gedir.
Danimarka strukturalistləri dili struktur, məhz elementlərin sadəcə yığını kimi deyil, vahid bütövü, birinin varlığının digərinin mövcudluğundan asılı olan, qarşılıqlı əlaqədə mümkün ola bilə kimi nəzərdə tuturdular. L.Hyelmslev dilin ifadə tərəfiilə bərabər məna tərəfinə də ciddi fikir verirdi. Hər iki aspektin forma və substansiyasını qabarıq şəkildə göstərməyə çalışırdı. Dildəki vahidlərin həm məna, həm də ifadə səviyyəsində maddi varlığı onlardakı formaya qarşı qoyur, hər iki səviyyənin formasının dilçiliyə daxil edir, maddi varlığı isə dilçilikdən kənara çıxardır.

ifadə tərəfi məna tərəfi


ifadənin maddi varlığı ifadənin forması mənanın forması mənanın substansiyası


substansiyası

səs tərəfi


fonetika fonologiya qrammatika semantika


dilçilk (qlossematika)


Qeyd etdiyimiz kimi, L.Hyelmslev üçün ilkin nöqtə ifadə və məzmun planları çıxış edir. Hər iki tərəfdə forma və substansiya fərqləndirilir. Səs substansiyası bütün dillər üçün eynidir, lakin hər bir dilə fərdi ifadə planı məxsusdur. L.Hyelmsle məzmun planını ilə ifadə planı arasında paralellik aparılır. Məzmun planında da forma və substansiya fərqləndirilir. O, semiotikada linqvistik xətti qoruyub saxlayır. Onun fikrincə, təbii dil simvolik işarə sistemləriilə ümumu xüsusiyyətlərə malikdir, lakin onlardan ikiplanlığı (məzmun planının olması ilə) ilə kəskin fərqlənir. Məzmunun maddi varlığı ətraf aləmdəki şeylərin əksidir. İfadənin maddi varlığı isə fonetik səciyyə daşıyır. Məzmun və ifadə planları özaralarında sıx bağlıdır və komutasiya qanunları ilə idarə olunur. İfadəki formanın dəyişməsi məzmun formasının da dəyişməsinə gətirib çıxarır və ya əksinə. L.Hyelmslev yazırdı ki, qlossematika konvensional dilçilikdən fərqli olaraq ifadə haqqında elmi fonetika, məna haqqındakı elmi isə semiotika adlandırmır. Mənanın forması ilə substansiyası arasındakı əlaqəni o desiqnasiya, substansiyanın özünü isə desiqnatum (şeylər, fikirlər), forma sırf dildaxili, substansiya isə dilxarici aspekti bildirir. L.Hyelmslev linqvistikanı dilin cəbri adlandırırdı. O da formal elementlərlə məşğul olur. O, bunu belə verirdi:


ifadə forması ifadə substansiyası
↨ ↨
məzmun forması məzmun substansiyası
Deməli, dil işarəsi 4 səviyyədə öz inikasını tapır. L.Hyelmslev dil işarələrinin özlərini deyil, onlar arasındakı münasibətləri önə çəkirdi. L.Hyelmslev funksiya anlayışını riyaziyyat və məntiqdə olduğu kimi funktivlər arasındakı əlaqələr kimi başa düşür. Funktivlər asılılıq dəstinin kəsikləridir. Məsələn, azərbaycan dilində isim hansı haldadırsa, sifər də o haldadır. O aşağıdakı funksiyaları müəyyən edir:

  1. interdependensiya – funktivlərin bir-birindən asılılığı, birinin digərini ehtiva etməsi. Ifadə planı ilə məzmun planı, isimlə fel arasında, saitlə samit arasında, ismin hal və kəmiyyət kateqoriyaları arasında mövcuddur.

  2. determinasiya – birtərəfli asılılıqlar. Yəni funktivdən biri digərini ehtiva edir, əksiilə mümkün deyildir. Sifət təyin etmək üçün ismin olmasını tələb edir, isim isə sifətsiz də mümkündür.

  3. konstellyasiya – sərbəst kombinasiyalar – funktivlərdənheç biri digərini ehtiva etmir. Məsələn, zərflə fel arasındakı əlaqə.

L.Hyelmslevə görə, ifadə və ya məzmun planında dəyişiklik labüd olaraq digər planda da dəyişikliyə səbəb olursa, deməli bu ikielement invariantlardır, əks halda sözhbər variantlardan gedir.
Ifadə planında /daş/ - /qaş/ /d/ - /q/ invariantlardır, ancaq /daş/ - /duz/ vəs. nümunələrdə /d/ variantlardır. Digər bir misal /dəng/ - /zəng/.
Qlossematika nəzəriyyəsinın müsbət cəhəti kimi riyazi məntiqə söykənən dəqiq təhlil metodlarının işlənib hazırlamasındadır.
L.Hyelmslevə görə:
-dil məzmun və ifadədən ibarətdir
- dil ardıcıl sıradan və sistemdən ibarətdir
-məzmun və ifadə komutasiya prinsipi vasitəsilə bir-birilə əlaqədardır
-mətndə və sistemdə müəyyən münasibətlər var
- məzmun və ifadə arasındakı uyğunluq bir sahənin müəyyən ünsürü ilə digər sahənin müəyyən ünsürü arasındakı müstəqil uyğunluq deyil, lakin daha kiçik tərkib hissələrinə bölünə bilər.



Yüklə 405,13 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə