I mühazirə Fənninin obyekti, predmeti, məqsəd və vəzifələri


Flektiv dillərdə affikslər



Yüklə 405,13 Kb.
səhifə61/63
tarix23.05.2022
ölçüsü405,13 Kb.
#87800
növüMühazirə
1   ...   55   56   57   58   59   60   61   62   63
muhazire

Flektiv dillərdə affikslər:
- əksər hallarda eyni zamanda bir neçə qrammem ifadə edirlər (Y.S.Maslov), rus dilində pişu - /u/ qrammemi I şəxsi, tək hal, indiki zaman, xəbər şəkli ifadə edir;
- tez-tez omosemik olurlar. Məsələn, rus dilində /a/ qadın cinsi, digər halda isə cəmlik mənası ifadə edir: kniqa, qoroda və s.
- eyni qrammatik mənanın ifadəsində rəqabətə girə bilirlər. Məsələn, rus dilində cəmliyin ifadəsində /ı/ və /a/ qramemləri. Məsələn, studentı, qırıda, doma.
- sıfır eksponentəmalik ola bilərlər. Məsələn, strana – cəm halda stranı-stran-stranam.
Aqlütinativ dillərdə affikslər:

  • bir qrammem vasitəsilə ifadə olunurlar (Y.S.Maslov);

  • omosemik uyğunluq adətən mövcud deyildir;

  • standart olurlar, yəni qrammatik mənanın ifadəsində konkurensiyaya girmirlər;

  • sıfır eksponentlərə malik olmurlar;

  • xətti ardıcıllıqda kökdən və bir-birindən dəqiq ayrırılar.

Sintaktik tipologiyada söz sıralarının müqayisəsi mühüm xarakter daşıyır. Məsələn, subyektin (S), feli predikatın (V) və obyektin (O) sıralanması 6 formulda mümkündür: SVO, SOV, VSO, VOS, OSV, OVS. Rus dilində hər 6 formula mümkündür. Lakin rus dilində SVO, Azərbaycan dilində isə SOV neytral, üslubu baxımdan markirovka edilməmiş sayılır.


Üç cür cümlə quruluşu fərqləndirilir: aktiv, erqativ və nominativ.
Aktiv quruluşlu dillərdə subyekt – obyekt deyil, hərəkət (dinamik) və vəziyyət (statik) ifadə edən fellər və ya aktiv və inaktiv başlanğıclar qarşılaşdırılır. Aktiv (canlı) isimlər hərəkət fellərilə, inaktiv isimlər isə vəziyyət bildirən fellərlə birləşir. Agens (iş icra edən şəxs) agentivlə, pasiens (hərəkət obyekti) inaktivlə ifadə edilir.
Erqativ quruluşun mahiyyəti təsirsiz və təsirli fellərin qarşılaşmasından ibarətdir. Bu dillərdə subyektin seçimi felin təsirli/təsirsiz olmasından asılıdır. Erqativ konstruksiyalar iran, qafqaz, eskimos, bask dillərində müşahidə edilir. Təsirsiz felli cümlələrdə S təsirli fel qarşısındakı obyekt üçün halda dayanır. Təsirli fellər qarşısında isə S xüsusi halla – erqativ halla ifadə olunur.
Sadalanan hər iki tip nominativ quruluşlu cümlələrdən subyektin felin təsirli/təsirsiz olmasından asılı olmayaraq vahid formada tərtiblənməsindən ibarətdir. Nominativ quruluşlu dillər geniş yayılmışdır və bu dillərdə felin mənası və formasından asılı olmadan mübtəda eyni cür formalaşır. Bu cür dillərdə feli mübtəda ilə uzlaşır.



Yüklə 405,13 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə