I mühazirə Fənninin obyekti, predmeti, məqsəd və vəzifələri


Areal oxşarlıq və dil ittifaqı



Yüklə 405,13 Kb.
səhifə55/63
tarix23.05.2022
ölçüsü405,13 Kb.
#87800
növüMühazirə
1   ...   51   52   53   54   55   56   57   58   ...   63
muhazire

Areal oxşarlıq və dil ittifaqı
Dillər arasında areal ümumiliyin təzahürü son dərəcə rəngarəng, miqyaslı isə olduqca genişdir. Ən geniş yayılmış və elementar hal – bir dilin digərindən söz mənimsəməsidir. Məsələn, rus, ukrayın və belarus dillərində “şkola”, sloven dilində “şola”, ingilis dilində “Schoole”, polyak dilində “szkolo”, fransız dilində “Ekole”, türk dlində “okul” və s.
Dillərin geniş və uzun davam edən areal təsiri dərin struktur xarakterli oxşar əlamətlərin inkişafına gətirib çıxarır. Çoxəsrli konvergent proseslər dillərin areal ümumiliyini – dil ittifaqlarını (termin – N.S.Trubeskoya məxsusdur) yaradır.
Bir tərəfdən dillərin geneoloji yaxınlığı, digər tərəfdən areal yaxınlığı konkret dillərin taleyində bir-birinə qarşı duran faktorlardır. Məhz qohum olmayan dillərarası ilişgilər, areal təsirlər qohum dillərin həqiqi genetik yaxınlığının zəifləməsinə səbəb olur.
Tipoloji oxşarlıq və dil tipi
Müxtəlif dillərdəki eyni və ya oxşar hadisələri onların qohumluq, yaxud areal ilişgilərlə izah etmək mümkün olmadıqda, onda ən dolgun və tutarlı izah həmin dillərdə müşahidə olunan oxşarlığın insan təbiətinin prinsipial eyniliyi ilə şərtlənməsi kimi şərhidir.
Dillərin tipoloji eyniliyi insanın “Homo sapiens” kimi formalaşmasının bioloji və psixoloji təşəkkülünün vəhdətində bulunur. Dünya dillərində universal əlamətlərin daha kəskin izahı da vardır - dillərin “universal nüvəsi” - təkcə insan təbiətinin təzahürünün ümumiliyi deyil, daha çox neyrofiziologiyada əvvəlcədən proqramlaşdırılmış anadangəlmə danışıq mexanizmində gizlənmişdir. Platon, Rocer Bekon, Rene Dekart, Qotfird Laybins, Karl Qustav Yunq kimi filosoflar, o cümlədən müsir dilçiliyin ünlü nümayəndəsi N.Xomskini bu fikrin tərənnümçüsü kimi göstərmək olar.
Dillərin oxşarlığında tipoloji amil ən əhatəli və ümumisidir. Tipoloji amilin təzahürü küllü və ehtimal mahiyyəti daşıyır. Ümumi cəhətlər arasında bütün dilləri əhatə edən (mütləq universalilər), dillərin bir qismində özünü göstərən və bu səbəbdən də fakültətiv yarqılanan statistik universalilər vardır. Tipoloji oxşarlığın ən bəsit və asan aşkar edilən növü - tipoloji qanunauyğunluqdur. Bu termin altında qohum olmayan dillərdə müşahidə olunan, özlüyündə həmin dillərarası ilişgilərilə şərtlən­məyən hər hansı bir oxşarlıq nəzərdə tutulur.
İrəlidə tipoloji qanunauyğunluqlara dair nümunələr veririk:
-bəzi dillərdə vurğu melodikdir, tonikdir (litva, isveç, yapon, çin və s. d.)
- bəzi dillərdə diftonqlar vardır
- bəzi dillərdə affrikatlar vardır
-bəzi dillərdə müəyyənlik və q.-müəyyənlik artiklləri vardır
-bəzi dillərdə ismin sintaktik funksiyası fleksiya ilə ifadə olunur, yəni həmin dillərdə hallanma vardır
-bəzi dillərdə cümlədə söz sırası sərbəst deyildir.
-bəzi dillərdə isim canlı-cansız, fəal-q.-fəal, sayılan-sayılmayana bölünür. Əgər bir sıra dillərdə tipoloji oxşarlıq öz aralarında sistemli əlaqədə olan hadisələri əhatə edirsə, onda belə dillər müəyyən dil tipləri kimi nəzərdən keçirilir.



oxşarliq faktorları oxşarlığın şərtləri və nəticələri

geneoloji faktor
(dillərin qohumluğu)

areal faktor
(dillərin yaxınlığı)

tipoloji faktor
(tipoloji oxşarlıq)

oxşarlığın dilxarici şərtləri

həmin dillərdə danişanlarin xalqlarin etnik ümumiliyi

xalqların üzünmüddətli qonşuluğu və ilişkiləri

insanıin dilinin və təbiətinin prinsipial ümumiliyi

oxşarlığın dil şərtləri

pradil elementlərini “xələf dillərdə” qoruyub saxlayan dil təkamülünün ləngliyi və

müxtəlif dil kollektivlərinin təmsilçilərinin kütləvi ikidilliyi əsasında konvergensiyası

dillərin sistem-struktur davamlığa can atması

bir sira dillərdə oxşar əlamətləri zaman dinamikasi dillərin

keçmişdən indiyə istiqamətdə azalması

miqrasiya və etnik iliçkilərdən asılı olmaq

dillərin tipoloji aidliliyinin zamanca dəyişə bilməsi: universalilər panxronikdir

dillərin təsnifatınıin növləri

geneoloji təsnifat (şəcərə ağacı), dillərin geneoloji xəritəsi

dil kontinuumunun linqvocoğrafi xəritəsi

müxtəlif əsaslarda dillərin tipoloji təsnifat növləri

siniflərin adları (dillərin birləşdirilməsi)

dil ailəsi

dil ittifaqı

dil tipi

müvafiq uyğunluqlarıi öyrənən dilçilik sahəsi

müq.-tarixi dilçilik (komparativistika)

areal dilçilik, coğrafi dilçilik

dillərin tipologiyası universalilər linqvistikasi

l

Yüklə 405,13 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə