I mühazirə Fənninin obyekti, predmeti, məqsəd və vəzifələri



Yüklə 405,13 Kb.
səhifə53/63
tarix23.05.2022
ölçüsü405,13 Kb.
#87800
növüMühazirə
1   ...   49   50   51   52   53   54   55   56   ...   63
muhazire

Linqva franka əsasən ticarət dilləridir və onlardan müxtəlif dil daşıyıcıları, o cümlədən genetik baxımdan uzaq dilləri daşıycıları istifadə edirlər. İlkin olaraq linqva franka linqvonimi konkret hibrid dili təsvir edirdi. Linqva franka orta əsrlərdə fransız və italyan dillərinin leksikası əsasında yaranmışdır və ondan Aralıq dənizi hövzəsində ərəb, türk mənşəli tacirləri istifadə etmişdir. Adətən xalqlar arasında istifadə olunan əksər şifahi-köməkçi dilləri linqva franka adlandırırdılar. Linqva franka həmin regionun xalqlarından birinə məxsus ola bilər, lakin əksər daşıyıcılar onu etnik baxımdan neytral dil kimi qəbul edirlər.
Koyne. Koyne termini altında qohum tayfalararası, dialektfövqü şifahi ünsiyyət dilləri başa dü­şülür. Linqva frankadan fərqli olaraq, koyne özünün sosial funksiyalarına və etno-dialekt bazasına görə daha genişdir. Koynenin tarixi daha məhdud və təkamül meyillidir. Koyne bəzi hallarda dialekt­föv­qü formada çıxış edir, ədəbi dilə qədərki mərhələni təşkil edir və sonralar onun bazasında ədəbi dil formalaşır.
Picin. Picinlər şifahi ticarət və digər işgüzar kontaktların dilləridir və bu və ya digər avropa mənşəli (ing., fr., ispan və s.) dillərindən birinin elementlərinin yad mənşəli dilərdən birinin elementlərilə qarışmasından yaranır. Picinlər adi dil qovuşmalarında 3 əlamətinə görə fərqlənir: 1) intensivlik (dil minimumu, qısa müddət ərzində fərqli dillərdə danışan insanların bir-birini başa düşməsinə imkan yaradır). 2) müxtəlif dillərə məxsus inqredientlərin səviyyəli (urevnevoy) paylanması. Məsələn, picinlərdə fonetika, qrammatika, sözdüzəltmə (ünsiyyətin texniki tərəfi) gəlmə dildən, lakin 95% leksika (kommunikasiyanın məna tərəfi) avropa mənşəli olması, 3) reduksiya (qrammatik strukturların və lüğətin reduksiyası).
Picin və kreol dillərin araşdırıcısı V.M.Diyaçkov picinlərin tarixi fonda yarandığını, kütləvi miqrasiya və ticari ekspansiya nəticəsində yarandığını göstərir. Onların yaranmasının sosiolinqvistik və etiko-psixoloji şərtləri belədir: kontakta girən dillərin qeyri-bərabərliyi, əlaqələrin gözlənilməzliyi və dar çərçivəli olması, yerli dillərin xalqlarının avropa dilini düzgün və tam tələffüz edilməsinə sosial ehtiyacın duyulmaması, vasitəçi dil kimi çıxış edən dilin olmaması və s.
Picinlərin kreollaşması və kreol dillər. Bəzi picinlər öz kommunikativ funksiyalarını genişləndirə bilirlər. Əgər ilkin olaraq bu dillər “improvizirovannımi” dillər kimi çıxış edidilərsə, sonralar onlar yerli xalqlardan birinin istifadə etdiyi dilə çevrilə bilərlər. Picinin kreollaşması ailədə formalaşır. Məsələn, ailədə ata və ana başqa başqa dillərdə danışan tayfaları təmsil edirlər, lakin onlar hər ikisi müəyyən dərəcədə yerli picində danışa bilirlər. Həmin ailələrdə picin uşaqlar üçün ilkin dil kimi çıxış edir. Müəyyən xalq üçün doğma sayılan picin kreol dil adlandırılır. Picinin kreollaşması zaman tələb edir və bir-iki nəsil arasında baş verir.
Sadaladığımız bütün hallarda kütləvi ikidillikdən bəhs olunur. İstifadə olunan dillərin funk­siyaları bəzi hallarda eyni ola bilər. Bu dillərdən biri rəsmi dairələrdə, elm sahələrində, təhsildə və s. istifadə oluna bilər. Məsələn, Avropada uzun müddət latın dili yerli dillərlə bərabər, islam ölkələrində isə ərəb dili fəaliyyət göstərmişdir. Eyni bir dilin iki formasından birinin işlədilməsi prestij hesab edilə bilər. Məsələn, Azərbaycan dilinin daşıyıcıları üçün ədəbi azərbaycan dilinin işlənməsi sayıla bilər.
Ümumelmi miqyasda tipologiya – müxtəlif və daxilən mürəkkəb obyektlərin ortaq və oxşar əlamətlərinin aşkar edilməsindən ibatər metoddur. Dilçilikdə dillərin sistemləşdirilməsində 3 prinsipdən istifadə edilir: geneoloji birləşdirmə, dillərin qohumluq əlaqələrinin nəzərə alınması, tipoloji təsnifat, teritorial, areal təsnifat.
Baxmayaraq ki, tipoloji təsnifatlar XIX əsrə aid edilir, lakin əməldə tipoloji dilçiliyin tarixi daha qədimdir. Məsələn, XIII əsrdə (1214-1294) Rocer Bekon yazırdı: bütün dillərdə qrammatika mahiy­yətcə eynidir, lakin təsadüfi variatiləşmə də mümkündür. XVII əsrdə (1660-cı il) A.Arno. K.Lanslo “Por-Royal ümumi və rasional qrammatikası” tipoloji dilçiliyin nəzəri inkişafına güclü təkan vermişdir. Tipologiyanın əsası müqayisəli-tarixi dilçiliklə bahəm qoyulmuşdur. İlk komporativistlər elə həm də ilk tipoloqlar idilər. Onun ilk nümayəndələrindən F.Şlegel “Hinduların dili və müdrikliyi haqqında” (1808), V.fon Humboldtu və F.Boppu göstərmək olar.
V.Humboldtun morfoloji tipologiyası

əşyavi və qrammatik mənaların sintez olunan dillər –sintetik dillər

təcridi dillər, kök dillər- analitik dillər

r


aqlütinativ dillər flektiv


qeyri- inkorporativ inkorporativ

Dil tiologiyasını yaradan komporativistlər onun tarixi interpretasiyasını verməyə can atırdılar, yəni dil tiplərini dünya dillərinin formalaşmasının vahid tarixi stadiyası kimi təsvir etmək istəyirdilər. Bu prosesi onlar qlottoqoniya və ya qlottoqonik proses adlandırırdılar. Onlar ən qədim mərhələ kimi amorf dil quruluşunu, aqlütinasiyanı orta, fleksiaynı sonuncu mərhələ hesab edirdilər. Fleksiyanın itməsini isə dilin tənəzzülü sayırdılar.


V.Humboldta görə, bütün diilər bərabərdir. Onun tərtib sxemdən də göründüyü kimi o, 3 dil tipini müəyyənləşdirir və aqlütinativ dil tipində xüsusi yarımtip - inkorporativ dilləri də fərqləndirir
Dillər bir qayada olaraq təsviri (deskriptiv), genetik, areal, tipoloji və universoloji aspektlərdə araşdırılır.
Birinci – ilkin mərhələ təsviri mərhələdir k, bu mərhələdə əsas diqqət konkret dillərə və dialektlərə yönəldilir. Bu mərhələ obyekt baxımdan unilinqival, metoduna görə isə emprik və induktivdir, yəni öz ümumiləşdirmələrini ayrı-ayrı faktlardan çıxış edərək qurur.
İkinci səviyyə - multilinqival dilçilik məhdud sayda dil çoxluğu ilə əlaqəlidir. Bu səviyyə iki yarımsəviyyədən ibarətdir. Birinci yarımsəviyyə müqayisəli-tarixi və areal, ikinci yarımsəviyyə isə tipoloji dilçilikdən təşkil olunmuşdur.
Birinci yarımsəviyyəyə daxil olan müqayisəli-tarixi və areal dilçiliyin obyekti genetik və ya ərazi baxlmdan kontaktı (ilişki) olan dillərdir. Bu fənlər də metoduna görə emprik, induktivdir, baxmayaraq ki, onlarda edilən ümumiləşdirmələr abstrakt məziyyətlidir, nəinki təsviri səviyyədə. Bu zaman tərdiqatçının fikirləri ümumidən fərdiyə, fərziyədən faktlara doğru hərəkət edir.
Multilinqival araşdırmaların yuxarı səviyyəsi tipoloji dilçilikdir ki, prinsip etibarı ilə bütün dillərin (qohun və qohum olmayan, ərazi baxımdan kontaktı olan və ya olmayan dillər) müqayisəli aspektdə araşdırılmasına yol verir.
Üçüncü – yüksək səviyyə - dil universaliləri nəzəriyyəsidir. Bu səviyyə bütün dilləri arşdırmaqla məşğuldur. Universologiyanı bütün dillərdə və ya əksəriyyətində aşkar edilən dil universaliləri, ümumi, məğzi əlamətlər maraqlandırır.
Bu əlamətlər fərziyyə formasında irəli sürülür və konkret dillərin emprik materialında yoxlanılır.Təsadüfi deyildir ki, dilçilərin əksəriyyəti də, ümumi dil nəzəriyyəsi dedikdə hər şeydən öncə dil universaliləri nəzəriyyəsini nəzərdə tuturlar. J.Vandriyesə görə, “Etiraf etsək ki, mahiyyətinə və özünün geniş hüdüdları ilə bərabər vahid insan dili mövcuddur, səhv etmərik”.
Dillərin tipologiyası və linqvistik universaliya vahid maraq dairəsinə və tədqiqat məkanına görə dilçiliyin yaxın sahələrindəndir. Onların ortaq obyekti müxtəlif dillərin qohumluq əlaqələrilə, yaxud qarşılıqlı təsirlərilə şərtlənməyən eyni və ya oxşar əlamətləridir. Dillərin tipologiyası və linqvistik universaliya arasında əsas fərq - müşahidə edilən ümumiliyin xarakterilə bağlıdır - linqvistik tipologiya ayrı-ayrı dillərdə qarşılıqlı əlaqədən doğan oxşar əlamətləri öyrənir, linqvistik universaliya isə dünyanın bütün dillərini əhatə edən ümumi əlamətləri öyrənir və bu zaman həmin əlamətlərin dillərdəki “çəkisinə” əhəmiyyət vermir, yəni onların struktur və məzmun əhəmiyyətinə diqqət yetirmir.

Yüklə 405,13 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə