I mühazirə Fənninin obyekti, predmeti, məqsəd və vəzifələri


Sağlam, xəstə, ölü və dirçəlişdə olan dillər



Yüklə 405,13 Kb.
səhifə51/63
tarix23.05.2022
ölçüsü405,13 Kb.
#87800
növüMühazirə
1   ...   47   48   49   50   51   52   53   54   ...   63
muhazire

Sağlam, xəstə, ölü və dirçəlişdə olan dillər
Dilçilər həyəcan təbili çalırlar ki, dünyanın dil tablosu kasadlaşır, dil rəngarəngliyi sürətlə tükənir. Linqvistlər bunu tükənməkdə olan digər canlı orqanizmlərlə müqayisə edir və əsas səbəb kimi dünyanın ekoloji tarazlığın pozulması kimi qiymətləndirirlər. Flora və faunaya dair qiamızı kitabların ardınca, dillərin də qirmızı kitabı salınması ideyası gündəmdədir. 1992-ci ildə Kanadada keçirilən Beynəlxalq linqvistik konqresdə öləziyən dillərin yaşaması problemi əsas müzakirə predmeti idi. Dillərin müdafiəsi ilə əlaqədar olaraq BMT 1994-2004-cü illəri azsaylı xalqların dillərinin mühafizəsi onilliyi kimi elan etmişdir. Almaniyalı Kristian Leman XV əsrdə, yəni Afrika, Amerika və Avstraliyanın müstəmləkələşməsinə qədər dünyada dillərin maksimum həddə olduğunu qeyd edirdi. Ekspertlərin araşdırmalarına görə, həmin dövrdə dünyada 6000 artıq dil olmuşdur. Lakin XXI əsrin sonuna qədər yer kürəsi bu dillərdən yalnız 10%-ni qoruyub saxlamaq iqtidarındadır. Məsələn, kolumbaqədərki Amerikada 1500-dən artıq dil olsa da, indi bu dillərin sayı bir neçə onluq təşkil edir. Təkcə Kanada da ölən dillərin sayı 50, Afrikada 200-dən yuxarıdır.
A.E.Kibrik “Dilçiliyin tətbiqi və ümumi məsələləri üzrə oçerklər” əsərində bu problemə xüsusi başlıq həsr etmişdir. Alimin qənaətinə görə, fəaliyyət göstərən dillər sağlam və xəstəyə bölünür. Sağlan dillər sosial statusa, fəaliyyət (işləm) dairəsinə, dil daşıyıcılarına malik olan dillərdir. Xəstə dillər isə bu və ya digər dərəcədə deqradasiya mərhələsindədir. Tarixi perspektivdə onların fəaliyyət sferası daralmaqdadır, daşıyıcılarının sayı azalan istiqamətlidir. İtməkdə olan dil məfhumu nisbi məziyyətlidir. Bütün dillər bir tərəfdən sağlam, digər tərəfdən xəstə dillərlə əhatə olunmuş şkalada yerləşdirmək mümkündür.


sağlam dillər xəstə dillər ölü dillər
itməkdə olan dillər
Bu şkalada dil nə qədər “ölü dil” şkalasına yaxınsa, tədqiqatçılar onu daha çox onu itən dillər cərgəsinə aid edilir.
Dilin fəaliyyətinə aşağıdakı amillər təsir edir.

  1. Etnik qrupların və həmin dildə danışan xalqların sayı

  2. Dil daşıyıcılarının yaş həddi

  3. Nigahların etnik xarakteri

  4. Məktəbəqədərki uşaqların tərbiyəsi

  5. Xalqların yaşadığı coğrafi ərazi

  6. Etnosların dil kontaktları (ilişkiləri)

  7. Milli təfəkkür

  8. Dilin məktəbdə tədris olunması

  9. Dövlətin dil siyasəti və s.


Yüklə 405,13 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə