I mühazirə Fənninin obyekti, predmeti, məqsəd və vəzifələri


Səs zəncirləri tipi və hecanın quruluşu. Hecalı və qeyri-hecalı dillər



Yüklə 405,13 Kb.
səhifə47/63
tarix23.05.2022
ölçüsü405,13 Kb.
#87800
növüMühazirə
1   ...   43   44   45   46   47   48   49   50   ...   63
muhazire

Səs zəncirləri tipi və hecanın quruluşu. Hecalı və qeyri-hecalı dillər.
(XIII mühazirə)

Ayrı-ayrı dillərdə danışıq zəncirinin səs rəngarəngliyi onların fonem və ya allofon tərkibilə deyil, daha çox onlarda fonemlərin işlənmə tezliyi və heca sərhədində səs birləşmələrinin xarakterilə müəyyən olunur. Dillərdə mümkün olan səs birləşmələrilə (heca modelləri) yanaşı, yol verilməyən səs birləşmələri (heca modelləri) də vardır. Əksər dillərdə bir hecaya daxil olan səslər bu və ya digər əlamətlərinə görə bir-birinə uyğun gəlirlər. Hecaya daxil olan səslər arasında qarşılıqlı uyğunluq böyük olduqca, hecanın bütövlüyü də güclü olur. Hecalı dillərdə bir hecaya daxil olan səslər arasında əlaqə daha sıx olur. Məsələn, çin, vyetnam, birma və s.


Bu dillərdə hecaya daxil olan səslərin bir-birini şərtləndirdiyi üçün onlarda ayrı-ayrı səslər müstəqil mənafərqləndirici funksiyalarını itirmiş olurlar. Buna görə də hecalı dillərdə minimal mənafərqləndirici vahid kimi fonem yox, heca, yəni sillabofonem götürülür. Hecalı dillərdə təkcə heca modelləri məhdud xarakterli olmurlar, həm də hecaların sayı da məhdud olur. Məsələn, çin dilində bütün hecalar “samit+sait” modelində qurulmuşdur. Çin xalq dilində - puntuxua – səs tərkibinə görə fərqlənən cəmi 400 heca vardır.
Q.-hecalı dillərdə əsas fonoloji vahid fonemdir. Bu dillərdə heca modelləri daha zəngindir. Lakin bu dillərdə də məhdudiyyətlər də vardır - ərəb dilində samit və sait birləşməsi istiqamətində 2 model məqbuldur – 1) açıq heca (samit+ sait), 2) qapalı heca (samit+sait+samit).
Dilin supraseqment (prosodik) səviyyəsi. Tonlu və atonal dillər
Söz və söz formalarını fərqləndirən fonemlər dilin seqment səviyyəsini əmələ gətirirlər, vurğu və intonasiya sanki seqment vahidlərin üzərinə sərilirlər və dilin supraseqment səviyyəsini əmələ gətirirlər. supraseqment səviyyəni bəzən də prosodik səviyyə də adlandırırlar. Sözün prosodiyası vurğu, cümlənin (söyləmin) prosodiyası isə intonasiya ilə müəyyən edilir. Söz vurğusu sözü vahid tələffüz bütövünə çevirir. Fonetik təbiətindən asılı olaraq 3 vurğu növü fərqləndirilir: tonik, dinamik, kəmiyyət.
Tonik vurğu (melodik, xromatik) tonun qalxıb və ya enməsi nəticəsində yaranır. Buraya tonlu dillər (hecalı) və bəzi q.-hecalı dillərdə aiddir. Dinamik vurğu (ekspirator, güclü) vurğu saitin qüvvətli deyilişilə səciyyələnir. R.Yakobsona görə, avropa dilləri üçün müsiqili vurğudan dinamik vurğuya keçid səciyyəvi hal hesab edilməlidir. Kəmiyyət vurğusu dildə heca daşıyan saitin digər saitlərlə müqayisədə daha uzun tələffüz edilməsilə bağlıdır. L.R.Zinderə görə, bəzi dillərdə vurğu olmaya da bilər. Məsələn. Çukot-kamçatka, eskimos, aleut, yenisey və s.

Yüklə 405,13 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə