I mühazirə Fənninin obyekti, predmeti, məqsəd və vəzifələri



Yüklə 405,13 Kb.
səhifə43/63
tarix23.05.2022
ölçüsü405,13 Kb.
#87800
növüMühazirə
1   ...   39   40   41   42   43   44   45   46   ...   63
muhazire

Синтаксис

Sintaksis rabitəli danışıq, sözdən böyük vahidlər haqqında qrammatik təlimdir. Sintaksis söz və ya sabit söz birləşmələri çərçivəsindən kənara çıxdıqda, dəyişkən söz birləşmələrinin və cümlənin tərkibində leksik vahidlərin sərbəst birləşmələri yer aldığı rabitəli danışıdan başlayır. Əlbəttə, sərbəst epiteti qaydaların olmaması anlamına uyğun gəlməməlidir. Leksik vahidlərin kombinasiyası müəyyən qayda və modellər üzrə yerinə yetirilir və onların öyrənilməsi sintaksisin obyektinə daxildir. “Sərbəstlik” anlayışı həmin modellərin leksik dolumunun əvvəlcədən nəzərdə tutulmamasından ibarətdir, sintaktik modellər abstrakt modellər kimi dilə (sistemə) məxsusdur, onların konkret leksik dolumi isə danışığa aiddir. Əslində, dilin digər səviyyələrində də abstrakt (dilə aid olan) vahidlər və konkret (danışığa) aid olan vahidlər fərqləndirilir. Məsələn, /dəmiryolu/ mürəkkəb sözü təkcə modelinə görə deyil, həmdə fərdi morfem dolumuna görə Azərbaycan dilinə aiddir. Bunda başqa, /Günəş batdı// sadə cümləsi və /hündür ağac/ sərbəst söz birləşməsi dilə model kimi aiddirlər, lakin o modellərin məhz bu cür doldurulması danışıq faktıdır və həmin modellərdə məhz bu sözlərin işlədilməsi söyləmin məzmunu, danışanın niyyəti və vəzifəsilə şərtlənmişdir. Bir sözlü cümlələrin də /Yanğın!/ öyrənilməsi sintaksisin kompetensiyasına daxildir. Belə ki, həmin söz formasına daxil olan leksik və qrammatik mənalara intonasiya vasitəsilə səciyyəvi sintaktik-qrammatik məna daxil edilir.


Fonologiya, morfologiya və leksikologiyadan fərqli olaraq sintaksis təkrarlanan vahidlərdən deyil, konstruktiv vahidlərlə bağlıdır. Bu cür konstruktiv vahidlər danışıqda hər dəfə yenidən qurulur və sayılması mümkün deyildir. Sintaktik konstruksiyalar sırasına mətni, cümləni və söz birləşməsini də aid etmək olar. Onların hər biri 3 aspektdən səciyyə edilə bilər: formal-struktur, semantik və praq­matik. Mətn, cümlə və söz birləşməsi formal baxımdan (formadan mənaya doğru), funksional (məna­dan onu ifadə edən vahidlər istiqamətində) öyrənilə bilər. Birinci yanaşma “passiv” qramma­tikanın, ikinci “aktiv” qrammatikanın (terminlər L.V.Şerbaya məxsusdur) əsasında dayanır. Formal yanaşma oxucunun, onunla birlikdə linqvist-analitikin, funksional yanaşma isə danışanın yolunu modelləşdirir.
Cümlə sintaksisin mərkəzi anlayışıdır. Onun vasitəsilə verbal ünsiyyətdə insan fikri formalaşır və ifadə olunur. Aşağı səviyyənin vahidləri ilə müqayisədə cümlənin səciyyəvi cəhəti onun söyləm və kommunikativ olmasıdır. Deməli, cümlə - 1) konkret situasiya ilə bağlıdır, 2) kommunikativ təyinata malikdir (təsdiq/inkar, sual/təhrik və s.). Cümlənin kommunikativliyi modallıq və zaman kateqoriya­larında konkretləşir. Bu sonuncular felin zaman və şəkilləri (formaları), o cümlədən intonasiya vasitəsilə ifadə olunur. Strukturuna görə cümlə birsözlü /səhər/, /Yanğın/ və əksər hallarda isə sözlərin mürəkkəb konstruksiyalarından təşkil olunur.

Yüklə 405,13 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə