I mühazirə Fənninin obyekti, predmeti, məqsəd və vəzifələri



Yüklə 405,13 Kb.
səhifə40/63
tarix23.05.2022
ölçüsü405,13 Kb.
#87800
növüMühazirə
1   ...   36   37   38   39   40   41   42   43   ...   63
muhazire

Sntaktik əlamətlər. 1) Sözün müstəqil şəkildə sintaktik əlaqəyə girə bilməsi. Məsələn, daş divar, qızıl qələm və s. 2) Cümlə minimumu çərçivəsində çıxış edə bilməsi. İrad: Bu zaman köməkçi sözlər söz korpusundan kənarda qalmış olur; 3) cümlə üzvü funksiyasında çıxış etməsi. İrad: Bu dəfə də köməkçi sözlər söz korpusundan kənarda qalmış olur; 4) İki söz arasına digər sözün daxil edilə bilməsi. Məsələn, /Mühazirəyə tələbələr gəldi//, /Mühazirəyə bütün tələbələr gəldi//, /Bütün tələbələr sonuncü mahazirəyə gəldilər// və s.
Mövqe müstəqilliyi əlaməti: Cümlə daxilində sözün öz yürini dəyişə bilməsi - /Professor mühazirə oxuyur// - /Mühazirəni professor oxuyur// - /Oxuyur professor mühazirəni// və s.
Semantik əlamət. Sözün idietnikliyi 3 cür başa düşmək olar: 1) həmin sözün məhzkonkret dilə məxsus olması və digər dilə adekvat tərcümə edilə bilməməsi; 2) sözün motivləşməməsi (törəmə plmaması), onun etimoloji mənasının təyin edilə bilməməsi; 2) idiomatik mənannı bütövlüyü, mənanın onun komponentlərinin ümumi mənasına uyğun gəlməməsi və s. Akademik L.V.Şerba öz mühazirə­lərində söz anlayışının nə olduğunu, onu tanımadığını ifadə edirmiş. Onun təbirincə, konkret dillərdəsöz özünəməxsus kriteriyalarla xarakterizə edilir. E.Sepir də sözün qonşu vahidlərdən fəqrləndirməyin çətinliyini qeyd edirmiş.
Sözün eyniləşdirilməsi.
Leksem identifikasiyası zamanı morfem təhlilində istifadə edilən distributiv təhlildən istifadə etmək olar. Bu zaman sözün ikitərəfli vahid olması ideyasında çıxış edilir. Buna görə də leksem təhlildə söyləmdə ayrılmış iki leksin müqayisəsində onlarda tələb olunanlar bunlardır:
1) leksik mənanın eyniliyi, ən azı onlarda bir mənanın digərindən törəmə olmasını. Məsələn, “stol” mebel növü, ikincisi, “stol” yemək, yeməli mənalarında. Əks halda omonimiyadan bəhs etməliyik. “top” silah, “top” idman ləvazimatı.
2) qrammatik mənanın eyniliyi və ya qrammatik mənanın kompleksliyi. (omonim formaların olmasş. Rus dilində stol+O adlıq hal, stol+O təsirlik hal).
Əlavə distribusiya testi eyni bir əhatədə, eyni bir kontekstdə işlənə bilməməsi fərziyyəsinə əsaslanır. Məsələn, /Stol divara yaxınqoyulmuşdu// - /Resroranda zəngin stol açılmışdı//
Sərbəst variativləşmə testi ik leksemin eyni bir əhatədə işlənə bilməsinə əsaslanır. Məsələn, kʹompas -kompʹas, kitab-kitabça və s.

Yüklə 405,13 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə