I mühazirə Fənninin obyekti, predmeti, məqsəd və vəzifələri


Hər halda bir formanın digərindən əmələ gəldiyini israr edən qrammatika tarixi dəyişmələrin təsirindən xilas ola bilmir



Yüklə 405,13 Kb.
səhifə38/63
tarix23.05.2022
ölçüsü405,13 Kb.
#87800
növüMühazirə
1   ...   34   35   36   37   38   39   40   41   ...   63
muhazire

Hər halda bir formanın digərindən əmələ gəldiyini israr edən qrammatika tarixi dəyişmələrin təsirindən xilas ola bilmir.
Bir formanın o birisindən əmələ gəldiyini demək (Məsələn, ing.d. /speak spokespoken/, ancaq /tooktaketaken/) düzü­lüş­­dən çox prosesi daha qabarıq göstərir. O ki, qaldı sıralanma və seç­­mə əməliyyatına, bu, onunla bağlıdır ki, hər hansı bir qram­matik struk­tur morfem ardıcıllığından ibarətdir, yəni morfemlərin düzgün se­çil­məsi vacibdir. Məs., alman dilində /Hans schlägt Karl// (Hans Karlı vurur) cümləsində sözlərin düzümü və bir də intonasiya bu cüm­­lənin məhz bu cür başa düşülməsini şərtləndirir. Burada hər bir sözü öz paradiqmində olan digər sözlə əvəz etməklə bir seçimin nə de­­mək olduğunu aydın göstərə bilərik: /Peter liebt Monika// (Peter Mo­­nikanı sevır). Deməli, morfemin cümlədə yeri onun funk­siyasını aç­­mağa xidmət edir. Düzüm və seçim cümlənin anlaşıl­masını təmin edir.


Dilin leksik səviyyəsi

Danışanın məqsədi kommunikativ vahid kimi mənalı söyləmin yaradılmasından ibarətdir. Belə bir vahidin yaranması prosesində adlandırma (nominasiya) aktı mühüm əhəmiyyət kəsb edir. Bu aktın icra edilməsində dil daşıyıcısı ya onun yaddaş resursunda olan hazır nominativ vahidlərdən istifadə edir, ya yeni vahidlər yaradır, bəzəndə digər dillərdən mənimsəyir. Bu dil işarələri vasitəsilə ayrı-ayrı təcrübə elementlərini təmsil edən (fiziki obyektlər, əşyaların xüsusiyyətləri, hərəkət, vəziyyət, əşyalar arasında münasibətlər və s.) realilər adlandırırlar. Qeyd edək ki, əsil dil işarələri morfem və leksemdir. Söz və ya morfemlə ifadə olunan məna müvafiq işarənin məzmunundur. İşarənin maddi eksponenti söz və morfemin səslənməsidir. Bəzi hallarda eksponent sıfıra bərabər ola bilər. Məsələ, Azərbaycan dilində təkliyin eksponenti yoxdur: kitab + O, lakin cəmlik ifadəsinin eksponenti (lar və ya lər-dir).


Y.S.Maslov orfoqrafik və aksent sözləri fərqləndirir. O, orfoqrafik söz dedikdə ikiboşluq arasındakı fonem ardıcıllığını nəzərdə tutur - səhər, yelkən, pəncərə və s. Lakin bəzi hallarda söz köməkçi sözlərlə (xüsusi vurğuya malik olmayan, vurğu daşıyan sözə soldan və ya sağdan qoşulan sözlərdir.Dilçilikdə bunlara klitiklər deyilir. Əsas sözə soldan qoşulanlar proklitiklər. sağdan qoşulanlar isə enklitiklər adlandırılır. Azərbaycan dilində enklitiklər üstünlük təşkil edir). Aksent sözdə bir vurğulu+ bir vurğusuz söz (rus dilində - v şkolu, iz qoroda, k utru, Azərb. dilində məktəb üçün, sənə qədər, ona sarı) vahid bütöv kimi tələffüz edilir və onların arasında fasilə müşahidə edilmir.
Y.S.Maslov sözə “cümlə tərkibində mənalı vahid”, “mənaya malik olan səs və ya səslər kom­pleksi” kimi yanaşır. Bu cür tərif doğrudur, lakin o, dilin digər mənalı vahidlərinə də aid ediləbilər. Məsələn, morfemə. Buna görə də biz sözün dar mənada tərifini tapmalıyıq ki, onu yaxın dil vahid­lərinin hierarxiyasında qonşularından, ilk növbədə morfemdən, danışıq aktında isə digər sözlərdən fərqləndirən əlamətlərini üzə çıxartmalıyıq. Birincisi, morfem minimal (kiçik hissələrə parçalanmayan) mənalı vahididir, hər bir eksponentin arxasında bu vəya digər məna dayanır. Söz isə struktur və semantik bölünməzlik xüsusiyyətlərinə malik deyildir. Lakin bir morfemdən ibarət sözlərlə bərabər, iki və daha artıq morfemdən ibarət sözlər də vardır. Semantik baxımdan bölünən və bölünməz sözü morfemə qarşı qoyur. Bu əlamət kimi sözün mövqe müstəqilliyi çıxış edir. Sözün mövqe müstəqiliyyi danışıq zəncirində digər sözərlə bağlılığının sərt xətti ardıcıllığın olmamasındadır. Məsələn: /Bu gün hava mülayimdir// - /Hava bu gün mülayimdir// - /Mülayimdir hava bu gün// və s.
Lakin söz strukturunda daxil olan morfemlər bu sayaq müstəqilliyə malik deyildir. Morfemlərin yerini dəyişmək mümkün deyildir – tələbə-lər-dən və s.

Yüklə 405,13 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə