I mühazirə Fənninin obyekti, predmeti, məqsəd və vəzifələri



Yüklə 405,13 Kb.
səhifə35/63
tarix23.05.2022
ölçüsü405,13 Kb.
#87800
növüMühazirə
1   ...   31   32   33   34   35   36   37   38   ...   63
muhazire

/da + lı/ + sız/ + lıx/

/da+ın/, /da+ı/, /da +dan/

9.6. Morfemlərin eksponent və semantik variativliyi
Morfemlər müxtəlif mövqe və kontekstdə çıxış etdiklərinə görə onların fonetik tərəfi ciddi dəyişikliyə uğraya bilir. Bu əsasən əvəz­lənmələrdə və vurğuda daha qabarıq şəkildə özünü göstərir. Flek­tiv dillərdə, xüsusilə də rus dilində, vurğu çox hərəki oldu­ğun­dan morfemin səs qabığında böyük dəyişikliklər baş verir. Məs., /ruk'a- ruk'oj -ruk'- r'uki/ (рука, рукой, рук, руки) sözlərində kök mor­fem bircə halda vurğu altında işlənmişdir: /ru'ki/. Digər hallarda isə kök morfem vurğusuz tələffüz olunur. Lakin bu kök morfemin hər yerdə eyni morfem olmasına xələl gətirmir. Eyni sözləri fonem əvəzlənməsilə bağlı demək olar.
Azərbaycan dilində morfemlərin eksponenti ən azı bir fo­nem­dən ibarətdir. Buraya /o/ söz morfemi və xeyli şəkilçi morfem (hal şkilçiləri /-a/ə, ı/i və s.) daxildir. İkifonemli morfemlərimiz də kifa­yət qədərdir: /at/, /ət/ və s kimi kök morfemlər və xeyli miq­darda şə­kilçi morfemlərimiz vardır (/hal şəkilçiləri /da/də, şühudi keçmiş za­man şəkilçiləri /dı/di,du,dü/ və s. dediklərimizə sübutdur. Be­lə­lik­lə, Azərbaycan dilində morfemlərin fonem tərkibi müxtə­lifdir. /İktisat/ (iqtisad) söz-morfemində 7 fonem vardır. İngilis dilində «-ing» iki fonemlidir: /i/ və /ŋ/. Ancaq “signifikant” /signi­fikant/ söz-mor­femi 11 fonemdən ibarədir. Müxtəlif dillərdə mor­femlərin fo­nem strukturu baxımından öyrənilməsi tipoloji dilçilik üçün ciddi elmi əhəmiyyətə malik nəticələr çıxartmağa imkan verər. Əslində bu, morfonologiya deyilən sahənin obyektidir.
Qeyd edək ki, dildə bir dəfə işlənən morfoloji vahid morf, kiçik dəyişikliyə uğramaqla işlənən və daha artıq formaya malik olanlara allomorflar və ya variantlar deyirlər. Morflar danışığın, allomorflar normanın, morfemlər isə dil sisteminin vahidləridir.
Müxtəlif cür səslənib eyni funksiya daşıyan morflar olduğu kimi, eyni cür səslənib müxtəlif funksiya yerinə yetirən morflar da var.14 Birinciyə misal olaraq ingilis dilində cəmin şəkilçilərini gös­tə­rə bilərik.
Elə bizim dilimizdəki /lar/lər/-i də buna aid etmək olar. Kö­kündə qalın sait olan morfemə /-lar/, incə sait olana isə /-lər/ əlavə edilir. Müq. et: /kitab+lar/, ancaq /dəftər+lər/ və s.

Yüklə 405,13 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə
Psixologiya