I mühazirə Fənninin obyekti, predmeti, məqsəd və vəzifələri


Amerika deskriptiv (təsviri) dilçiliyi



Yüklə 405,13 Kb.
səhifə22/63
tarix23.05.2022
ölçüsü405,13 Kb.
#87800
növüMühazirə
1   ...   18   19   20   21   22   23   24   25   ...   63
muhazire

Amerika deskriptiv (təsviri) dilçiliyi
XX əsrin20-ci illərində ABŞ-da struktur dilçilik zəminində yaranıb və inkişaf edən deskriptiv dilçilik formalaşmağa başlayır. Deskriptiv dilçilik Amerikada yerli xalqların (hindu) dillərinin öyrənilməsini qarşısına məqsəd qoymuşdu. Deskriptiv dilçilikdə iki istiqamət fərqləndirilir: Yel və Enn Arbor qrupları. Yel qrupunun başında L.Blumfild (Yel universiteti) dayanırdı və onlar (B.Blok, Z.Hərris, Ç.Hokket, C.Treycer və b.) əsasən fonologiya, morfologiya və sintaksisin dahada formallaşdırılmasına can atırdılar, məna meyarının sintaksisdən çıxartmağa çalışırdılar. Onlar hər cür dilmaterialına tətbiq edilnə distributiv təhlil metodlarını universal texniki prosedur kimi işləyib hazırlamışdılar.
Enn Arbor qrupu (Miçiqan universiteti) E.Sepirin etnoqrafik və etnolinqvistik görüçlərinə söykənirdi. Bu qola Ç.Friz, Kennet Li Payk, Yucin Albert Nayda, M.Halle və b. daxil idilər. Biheyviorist psixologiyanın müddəalarını əsas götürən blumfildçilər dilə stimul və reaksiya işığında baxır, dilə insan davranışının xüsusi forması kimi yanaşır ki, bu da metodoloji baxımdan hər hansı bir fərdin təsir nəticəsində danışığının qabarıq şəkildə göstərmək deməkdir. Blumfildə görə, dilçilik həmişə məna formasından deyil, fonetik formadan çıxış etməlidir. Amerika deskriptivizmi Z.Hərrisin yaradıcılığı ilə II mərhələyə, N.Xomskinin sintaktik nəzəriyyəsi ilə III mərhələyə qədəm qoyurş Z.Hərrisə görə, deskriptiv dilçiliyin məqsədini dil vahidlərinin bir-birinə münasibətdə paylanması və düzülüşü təşkil edir. Distributiv istiqamətin banisi sayılan Z.Hərris dil vahidlərini onların paylanması və əhatə qaydalarını öyrənməklə müəyyənləşdirir və buna da əsasən nail olur. Dilin fonemləri və morfemləri məna fərqləndirə bilmələrinə görədeyil, mümkün əhatələrin hamısı mənanın içtirakı olmadan danışıq zəncirinin parçalanması və bu zaman alınan seqmentlərin distribusiyası ilə dəqiqləşdirilir. Z.Hərris dilçinin qarşısında aşağıdakı vəzifələrin durduğunu qeyd edir:
1.tədqiqatın ilkin mərhələsində ən kiçik dil vahidləri aşkar edilməli və danışıq axınından ayrılmalıdır;
2. ayrılmış vahidlər müəyyən fonem və morfem qruplarında ümumiləşdirilməlidir, yəni onların dildə paylanması aşkar edilməlidir;
3. distributiv təhlil nəticəsində müəyyən edilmiş qrupların hər biri öz çərçivəsində geniş təsvir olunmalıdır.
Distribusiya substitusiya yolu ilə açılır. Məsələn, /dəng/ və /zəng/ sözlərində /d/ və /z/ samitləri bir-birini əvəz etməklə yeni vahidlərin yaranmasına səbəb olur. Z.Hərrisin tətbiq etdiyi üsulun üstünlüyü ondadır ki, o, mənanı nəzərə almır və bütün təhlil xüsusiyyətlərini əhatə edir.


Yüklə 405,13 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə