İ N F O R M A T İ K A
____________________________________________________________ 367
ötürmənin bitməsi barədə təsdiq alan kimi marker azad edilir və marker, onu
gözləyən düyünlər növbəsindəki ilk düyünə keçir.
Tokren Ring texnologiyası
Arcnet (Attached Resource Computer Network) texnologiyası
sadə,
ucuz, etibarlı və çevik lokal şəbəkə arxitekturasıdır. Bu texnologiyada
kompüterlərdən biri xüsusi marker yaradır və ardıcıl olaraq bir kompüterdən
digərinə ötürür. Əgər hər hansı stansiya məlumat ötürmək istəyirsə, həmin
markeri gözləyir, marker alan kimi ötürəcəyi məlumata ünvan informasiyasını
qoşub markerlə birlikdə ötürür. Arcnet texnologiyası istənilən topologiyada
istifadə edilə bilir.
QEYD
: ARCNET texnologiyası 1976-cı ildə Datapoint şirkətinin mühəndisi
Con Merfi tərəfindən yaradılmışdır. 1977-ci ildə isə texnologiya haqqında elan
verilmişdir. ARCNET texnologiyası şin və ulduz texnologiyasına əsaslanır. Ötürücü
mühit kimi koaksiol kabeldən istifadə edilir.
İ N F O R M A T İ K A
____________________________________________________________
368
Arcnet texnologiyası
Ethernet texnologiyası
şəbəkə düyünlərinin ümumi şinə paralel
qoşulması şəraitində işləyir. Marker azad olan kimi şəbəkənin növbəti ötürməyə
hazır olduğunu xəbər verir. Rəsmi olaraq Ethernet şəbəkəsinin yaranma tarixi 22
may 1973-cü il hesab edilir. Palo-Alto şəhərində yerləşən Xerox firmasının Elmi-
tədqiqat mərkəzinin əməkdaşları B.Metkalf və D.Boqqs sayılan jurnalların birində
eksperimental şəbəkə haqqında məqalə çap etdirirlər və həmin şəbəkənin
Enhernet adlandırıldığı barədə oxuculara məlumat verirlər.
Devid Boqqs, Ron Kreyn və Bob Metkalf
Şəbəkə
koaksial
kabellə
qurulmuşdu və verilənlərin kabel
vasitəsi ilə ötürülməsi 2,94 Mbit/saniyə
təşkil edirdi. 1979-cu ildə Digital, Intel
və Xerox şirkətləri lokal şəbəkə vasitəsi
ilə informasiyanın 10 Meqabit/saniyə
ötürülməsinə imkan verəcək texnologi-
yanın hazırlanması üçün DIX konsersi-
umunu yaradırlar. 1980-cı ildə Ethernet
layihəsi üzərində tədqiqatları həyata
keçirmək üçün elmi işçilərdən qrup
yaradılır.
Həmin qrup 1983-cü ildə Ethernet 802.3 və Ethernet 10Base5 standartlarını
təsdiq edir. İnformasiyanın etibarlı (səmərəli, əlverişli) şəkildə ötürülməsi üçün
İ N F O R M A T İ K A
____________________________________________________________ 369
koaksial kabeldən, şəbəkənin düyünlərində isə transiverlərdən istifadə olunması
nəzərdə tutulur. Ethernetin yaradılmasında növbəti addım 1990-cı ildə 10Base-T
standartının yaradılması olur. Standartda informasiyanın ötürülmə mühiti kimi bir
cüt ekranlaşmamış kabelin burulmasından (Unshielded Twisted Pair – UTP)
istifadə olunurdu. Standartın arxitekturası “ulduz” topologiyasina əsaslanırdı.
Topologiyada hər bir işçi stansiya toplanmış (konsentrasiyalı) məzkəz ilə əlaqə
saxlayırdı.
Ethernet texnologiyası
Wi-Fi (Wireless Fidelity – ingiliscədən tərcümədə “naqilsiz keyfiyyət”
anlamını verir) adı ilə dünyada məşhur olan lokal naqilsiz şəbəkənin yaradılma
texnologiyasına 1980-cı illərin sonunda başlanılmışdır. Wi-Fi naqılsız şəbəkəsi
IEEE 802.11 standartı bazasına əsaslanaraq hazırlanmış Wi-Fi Alliance satış
markasıdır.
Wi-Fi lokal naqilsiz şəbəkə 1991-ci ildə Niderlandiyanın Niveqeyn şəhərində
NCR Corporation/AT&T tərəfindən yaradılmışdır. Hazırlanmış şəbəkə ilk dəfə
kassa aparatları sisteminə qulluq üçün nəzərdə tutulmuşdu.
İ N F O R M A T İ K A
____________________________________________________________
370
Vik Heyz
Wi-Fi şəbəkəsinin yaradıcısı Vik Heyz (Vic
Hayes) rəhbərlik etdiyi qrupun köməkliyi ilə IEEE
802.11b, IEEE 802.11a və IEEE 802.11g
standartlarının
hazırlanmasında
fəal
iştirak
etmişdir. IEEE 802.11n standartı 11 sentyabr
2009-cu ildə təsdiq edildi. Standartdan istifadə
etməklə verilənlərin ötürülmə sürəti əvvəlki
standartlarla müqayisədə (maksimal sürət 54
Mbit/saniyəyə bərabər idi) dörd dəfə artırıldı.
2011-2013-cü illərdə yeni standart yaradıldı və
həmin standartın (IEEE 802.11ac standartı
nəzərdə tutulur) tam qəbulu 2014-cü ilə
planlaşdırıldı. Yeni standartda informasiyanın
ötürülmə sürəti Qiqabit/saniyələrlə ölçülməsi
nəzərdə tutuldu.
Wi-Fi lokal naqilsiz şəbəkədə fiziki mühit kimi
radiotezlikli və ya infraqırmızı diapozona malik
mühiddən istifadə edilir.
Lokal şəbəkələrdə mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş iki əsas
idarəetmə prinsipi mövcuddur.
Mərkəzləşdirilmiş idarəetmə prinsipində
məlumatlar mübadiləsinin
idarə edilməsi fayl-server
tərəfindən yerinə yetirilir. Serverdə saxlanılan fayllar
şəbəkənin işçi stansiyaları tərəfindən idarə edilə bilərlər. Bir işçi stansiyasının
faylına digər işçi stansiya müraciət edə bilməz.
Mərkəzləşdirilmiş şəbəkələrdə xüsusi ayrılmış serverlər
olmur. Şəbəkənin
idarəetmə funksiyası növbə ilə bir işçi stansiyadan digər işçi stansiyaya ötürülür.
Çox da böyük olmayan işçi stansiya üçün belə şəbəkə daha səmərəlidir və
real paylanmış hesablama mühitinin qurulmasına imkan verir. Mərkəzləşdirilmiş
şəbəkələrə nəzərən burada proqram təminatı daha sadə olur, fayl-serverdən
istifadə edilməsi lazım olmur, sistemin qurulması ucuz başa gəlir.
Dostları ilə paylaş: |