İ N F O R M A T İ K A
____________________________________________________________
374
İnternet daxilində hər bir şəbəkə özünəməxsus rabitə texnologiyasına
əsaslanaraq spesifik tələblərə uyğun fəaliyyət göstərir və bununla yanaşı bütün
şəbəkələr informasiya paketlərini qəbul edib lazımi ünvana ötürə bilirlər.
İlk vaxtlar İnternet yalnız elmi informasiya mübadiləsini həyata
keçirdiyindən, kommersiya (ticarət) xarakteri daşımırdı. Son illərdə İnternet
kommersiya baxımından daha böyük əhəmiyyət daşımağa başlamışdır.
Şirkət və korporasiyaların korporativ informasiya və kommunikasiya
resursları əsasında İnternetin İntranet texnologiyası yaranmışdır.
İntranet (ingiliscə İntranet, bununla yanaşı texniki ədədbiyyatlarda
İntraşəbəkə termini də işlədilir) İnternet şəbəkəsindən fərqli olaraq müəyyən bir
təşkilata məxsus daxili şəxsi şəbəkədir. Adətən, İntraneti təşkilatın daxilində
informasiyanın müəyyən hissəsinin istifadə və mübadilə edilməsi üçün IP
protokolundan istifadə etməklə qurulmuş kiçik ölçülü (miniatür) İnternet də hesab
edirlər. Bura əməkdaşların, partnyorların və sifarışçilərin telefonlarının siyahısını
aid etmək olar. Əksər hallarda termin təşkilatın Veb-saytı kimi nəzərdə tutulur. Bu
zaman NTTP və HTTPS baza protokollarından istifadəyə əsaslanan və kliyent-
server prinsipinə uyğun təşkil olunan İnternet-sayt istənilən kompüterlə brauzer
vasitəsilə əlaqə yaratmağa imkan verir. Deməli, İntranet virtual sahəyə malik
təşkilat üçün “şəxsi” İnternetdir.
Şəkil 139. İntranet texnologiyası
İntranet istifadəçiyə korporativ düyünlərdən ötürülən məlumatların müdafiə
İ N F O R M A T İ K A
____________________________________________________________ 375
olunmasını təmin etməklə İnternetə daxil olan ictimai əlaqə kanallarından istifadə
etməyə imkan verir.
İntranet əlavələri İnternet texnologiyalarından (əsasəndə Veb-texnologiya,
HTML formatında hipermətn, HTTP hepermətnin ötürülmə protokolu, CGI server
əlavələri interfeysi) istifadəyə əsaslanır.
Qeyd etmək lazımdır ki, “İntranet” termini ilk dəfə 24 aprel 1995-ci ildə
Stiven Lotonun texniki redaktoru olduğu “Digital News & Review” jurnalda istifadə
olunmuşdur.
İntranetdə istifadəçi məşhur İnternet-protokollarla (məsələn, HTTP
protokolu – Veb xidmət, elektron poçt – SMTP, faylların ötürülməsi – FTP və s.)
rastlaşır. İntraneti İnternetin “natamam” versiyası kimi də qəbul etmək olar.
İlk dəfə İntranet-Veb sayt 1990 – 1991-ci illərdə yaradılmışdır. Qeyri-rəsmi
mənbəələrə əsaslanaraq demək olar ki, İntranet termininin istifadəsi 1992-ci ilə
təsadüf edir.
İstifadəçinin İnternetə daxil olmasının təmin edilməsi İntranet şirkətləri
üçün məcburi deyil. Amma istifadəçi İntraneti icazəsiz xaricdən daxil olan
məlumatlardan mühafizə etməklə şəbəkə şlüzləri vasitəsilə brandmayerlərin
köməkliyi ilə İnternetə daxil ola bilir. Belə qoşulmadan istifadə etməklə şirkətdən
kənarda olan şirkət əməkdaşları şərkət haqqında məlumatlarla yanaşı istifadə
edilən hesablama texnikası avadanlıqları haqqında informasiyanı, həmçinin
şirkətdaxili əlaqələrin yaradılmasını həyata keçirə bilirlər.
İntranet aşağıdakı üstünlüklərə malikdir:
1.Müştərək layihə üzərində işləyəkən yüksək məhsuldarlığın əldə edilməsi;
2.İstifadəçinin verilənləri əldə etməsinin rahatlığı;
3.Qarşılıqlı əlaqənin uyuşanlığı;
4.İntranetdə
Veb-saytın
kliyent-server
arxitekturasının
müştəri
proqramlarına nəzərən üstünlüklərə malik olması;
5.İstifadəçinin istifadə etdiyi kompüterlərdə kliyent-proqramlarının
instalizasiya edilməsinə ehtiyacın olmaması (İnstalizasiya ingiliscə “installation”
sözündən yaranmışdır, quraşdırma, yerləşdirmə, montaj anlamını verir.
İntalızasiya sonuncu istifadəçinin istifadə etdiyi kompüterin proqram təminatı ilə
təmin edilməsi prosesidir);
6.Müxtəlif verilənlərin daxil olunması zamanı çoxlu sayda əməliyyatların
geçikmə vaxtının azaldılması;,
7.Veb-formalarının yerinə elektron poçtundan istifadə etməklə verilənlərin
dəyişdirilməsində geçikmələrin minimuma endirilməsi;
8.Kross-platforma uyğunluğunun olması (kross-platforma plarformaarası
proqram təminatı anlamını verir).
İntranetin çatışmazlıqları bunlardır:
1.Şəbəkənin “sındırılması” ilə ondan digər məqsəd üçün istifadə olunması;
2.Yoxlanılmamış (və ya etibarsız) informasiyadan istifadə nəticəsində
İntranetdə nəşr olunmuş informasiyanın dolaşığa və anlaşılmazlığa səbəb olması;
3.Azad interaktiv məkənda təhqiredici materialların yayılması;
İ N F O R M A T İ K A
____________________________________________________________
376
4.Vicdansız əməkdaşlar tərəfindən müəyyən materialların digər mənbəələrə
“axıdılması”;
5.İnzibatı işçilərə hiss ediləcək dərəcədə əlavə xərclərin çəkilməsi.
İntranetin əsaslı şəkildə planlaşdırılması üçün şırkətdaxili informasiya
mübadiləsinin məqsədyönlü azaldılması və optimallaşdırılması mütləq yerinə
yetirilməlidir.
Lokal və korporativ şəbəkələrin İnternetə qoşulması üçün müxtəlif
mürəkkəbliyə malik məsələlər həll edilməlidir. Belə ki:
Şəbəkələr TCP/IP protokolları üzrə təşkil edilməlidir;
İnternet ünvanları və adları şəbəkənin bütün daxili istifadəçiləri üçün
alınmalıdır;
Lokal və ya korporativ şəbəkələr İnternetə fiziki qoşulmalıdır;
İnternetə qoşulmuş şəbəkədə informasiya ötürülməsinin marşrutu təyin
edilməli və marşrutlaşdırma idarə edilməlidir;
Şəbəkə daxilində və şəbəkədən kənar ünvanlar arasında elektron poçtla
informasiya mübadiləsi reallaşdırılmalıdır;
İnternet bazasında İntranet texnologiyasına maneəsiz informasiya
xidmədi təşkil edilməlidir;
İnternetə qoşulmuş şəbəkənin təhlükəsizlik problemi həll edilməlidir.
Hazırda informasiya mübadiləsinə ehtiyacın artması və müasir texniki
nailiyyətlər, qlobal kompüter şəbəkələri dövlətlər arasında əməkdaşlıq
proqramının həyata keçirilməsinin ayrılmaz tərkib hissələrindən birinə çevrilmişdir.
Bu məqsədlə elm və təhsilə, biznesə, maliyyəyə, iqtisadi fəaliyyət sahələrinə
informasiya və s. xidmətləri göstərən çoxlu sayda kompüter şəbəkələri
yaradılmışdır.
Heç də təsadüfi deyildir ki, informasiyanın elektron formada ötürülməsini
təmin edən kommunikasiya vasitələrinin ən böyük istehlakçıları elə bu
təşkilatlaşdırılmış kompleksləri birləşdirən qlobal kompüter şəbəkələrini milli və
beynəlxalq miqyasda maliyyə hesablaşmaları aparmağa və geniş informasiya
resurslarından hərtərəfli istifadə etməyə imkan verir. Bundan başqa qlobal
kompüter şəbəkələri ticarət və istehsal müəssisələri üçün bütün gün ərzində
fasiləsiz işləyən “
reklamçı
” funksiyasını da yerinə yetirir. Reklamın belə təşkili
ucuz başa gəldiyindən hal-hazırda bütün müəssisələr bu xidmət növündən istifadə
edirlər. Qeyd etmək lazımdır ki, informasiyanın verilməsinin (ötürülməsinin)
elektron sistemlərindən istifadə etmədən iqtisadiyyatın idarə edilməsinin müasir
tələblərə cavab verən mükəmməl bir sistemin yaradılması mümkün deyil. Ona
görə də idarəetmə orqanları proqram-aparat komplekslərinin əsas istehlakçıları
olmaqla yanaşı informasiyanın elektron formada ötürülməsinin və kommunikasiya
vasitələrinin tətbiq edildiyi əsas sahələrdir.
Ən geniş yayılmış qlobal şəbəkə İNTERNETdir.