İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə114/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   ...   110   111   112   113   114   115   116   117   ...   134

İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



374 

 İnternet  daxilində  hər  bir  şəbəkə  özünəməxsus  rabitə  texnologiyasına 

əsaslanaraq  spesifik  tələblərə  uyğun  fəaliyyət  göstərir  və  bununla  yanaşı  bütün 

şəbəkələr informasiya paketlərini qəbul edib lazımi ünvana ötürə bilirlər.  

İlk  vaxtlar  İnternet  yalnız  elmi  informasiya  mübadiləsini  həyata 

keçirdiyindən,  kommersiya  (ticarət)  xarakteri  daşımırdı.  Son  illərdə  İnternet 

kommersiya baxımından daha böyük əhəmiyyət daşımağa başlamışdır. 

Şirkət  və  korporasiyaların  korporativ  informasiya  və  kommunikasiya 

resursları əsasında İnternetin İntranet  texnologiyası yaranmışdır. 

İntranet  (ingiliscə  İntranet,  bununla  yanaşı  texniki  ədədbiyyatlarda 

İntraşəbəkə termini də işlədilir) İnternet şəbəkəsindən fərqli olaraq müəyyən bir 

təşkilata  məxsus  daxili  şəxsi  şəbəkədir.  Adətən,  İntraneti  təşkilatın  daxilində 

informasiyanın  müəyyən  hissəsinin  istifadə  və  mübadilə  edilməsi  üçün  IP 

protokolundan istifadə etməklə qurulmuş kiçik ölçülü (miniatür) İnternet də hesab 

edirlər.  Bura  əməkdaşların,  partnyorların  və  sifarışçilərin  telefonlarının  siyahısını 

aid etmək olar. Əksər hallarda termin təşkilatın Veb-saytı kimi nəzərdə tutulur. Bu 

zaman  NTTP  və  HTTPS  baza  protokollarından  istifadəyə  əsaslanan  və  kliyent-

server prinsipinə  uyğun  təşkil  olunan  İnternet-sayt  istənilən  kompüterlə  brauzer 

vasitəsilə  əlaqə  yaratmağa  imkan  verir.  Deməli,  İntranet  virtual  sahəyə  malik 

təşkilat üçün “şəxsi” İnternetdir.  

 

 

Şəkil 139. İntranet texnologiyası 



 

İntranet istifadəçiyə korporativ düyünlərdən ötürülən məlumatların müdafiə 




İ N F O R M A T İ K A

 

 

____________________________________________________________ 375 

olunmasını təmin etməklə İnternetə daxil olan ictimai əlaqə kanallarından istifadə 

etməyə imkan verir.  

İntranet  əlavələri  İnternet  texnologiyalarından  (əsasəndə  Veb-texnologiya, 

HTML formatında hipermətn, HTTP hepermətnin ötürülmə protokolu, CGI server 

əlavələri interfeysi) istifadəyə əsaslanır. 

Qeyd  etmək  lazımdır  ki,  “İntranet”  termini  ilk  dəfə  24  aprel  1995-ci  ildə 

Stiven Lotonun texniki redaktoru olduğu “Digital News & Review” jurnalda istifadə 

olunmuşdur.  

İntranetdə  istifadəçi  məşhur  İnternet-protokollarla  (məsələn,  HTTP 

protokolu – Veb xidmət, elektron poçt – SMTP, faylların ötürülməsi – FTP və s.) 

rastlaşır. İntraneti İnternetin “natamam” versiyası kimi də qəbul etmək olar. 

İlk dəfə İntranet-Veb sayt 1990 – 1991-ci illərdə yaradılmışdır. Qeyri-rəsmi 

mənbəələrə  əsaslanaraq  demək  olar  ki,  İntranet  termininin  istifadəsi  1992-ci  ilə 

təsadüf edir. 

İstifadəçinin  İnternetə  daxil  olmasının  təmin  edilməsi  İntranet  şirkətləri 

üçün  məcburi  deyil.  Amma  istifadəçi  İntraneti  icazəsiz  xaricdən  daxil  olan 

məlumatlardan  mühafizə  etməklə  şəbəkə  şlüzləri  vasitəsilə  brandmayerlərin 

köməkliyi ilə İnternetə daxil ola bilir. Belə qoşulmadan istifadə etməklə şirkətdən 

kənarda  olan  şirkət  əməkdaşları  şərkət  haqqında  məlumatlarla  yanaşı  istifadə 

edilən  hesablama  texnikası  avadanlıqları  haqqında  informasiyanı,  həmçinin 

şirkətdaxili əlaqələrin yaradılmasını həyata keçirə bilirlər.  

İntranet aşağıdakı üstünlüklərə malikdir: 

1.Müştərək layihə üzərində işləyəkən yüksək məhsuldarlığın əldə edilməsi; 

2.İstifadəçinin verilənləri əldə etməsinin rahatlığı; 

3.Qarşılıqlı əlaqənin uyuşanlığı; 

4.İntranetdə 

Veb-saytın 

kliyent-server 

arxitekturasının 

müştəri 


proqramlarına nəzərən üstünlüklərə malik olması; 

5.İstifadəçinin  istifadə  etdiyi  kompüterlərdə  kliyent-proqramlarının 

instalizasiya  edilməsinə  ehtiyacın  olmaması  (İnstalizasiya  ingiliscə  “installation” 

sözündən  yaranmışdır,  quraşdırma,  yerləşdirmə,  montaj  anlamını  verir. 

İntalızasiya sonuncu  istifadəçinin  istifadə  etdiyi  kompüterin  proqram  təminatı  ilə 

təmin edilməsi prosesidir); 

6.Müxtəlif  verilənlərin  daxil  olunması  zamanı  çoxlu  sayda  əməliyyatların 

geçikmə vaxtının azaldılması;, 

7.Veb-formalarının  yerinə  elektron  poçtundan  istifadə  etməklə  verilənlərin 

dəyişdirilməsində geçikmələrin minimuma endirilməsi; 

8.Kross-platforma  uyğunluğunun  olması  (kross-platforma  plarformaarası 

proqram təminatı anlamını verir). 

İntranetin çatışmazlıqları bunlardır: 

1.Şəbəkənin “sındırılması” ilə ondan digər məqsəd üçün istifadə olunması; 

2.Yoxlanılmamış  (və  ya  etibarsız)  informasiyadan  istifadə  nəticəsində 

İntranetdə nəşr olunmuş informasiyanın dolaşığa və anlaşılmazlığa səbəb olması; 

3.Azad interaktiv məkənda təhqiredici materialların yayılması; 



İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



376 

4.Vicdansız əməkdaşlar tərəfindən müəyyən materialların digər mənbəələrə 

“axıdılması”; 

5.İnzibatı işçilərə hiss ediləcək dərəcədə əlavə xərclərin çəkilməsi. 

İntranetin  əsaslı  şəkildə  planlaşdırılması  üçün  şırkətdaxili  informasiya 

mübadiləsinin  məqsədyönlü  azaldılması  və  optimallaşdırılması  mütləq  yerinə 

yetirilməlidir. 

Lokal  və  korporativ  şəbəkələrin  İnternetə  qoşulması  üçün  müxtəlif 

mürəkkəbliyə malik məsələlər həll edilməlidir. Belə ki: 

 



Şəbəkələr TCP/IP  protokolları üzrə təşkil edilməlidir; 

 



İnternet  ünvanları  və  adları  şəbəkənin  bütün  daxili  istifadəçiləri  üçün 

alınmalıdır; 

 

Lokal və ya korporativ şəbəkələr İnternetə fiziki qoşulmalıdır; 



 

İnternetə  qoşulmuş  şəbəkədə  informasiya  ötürülməsinin  marşrutu  təyin 



edilməli və marşrutlaşdırma idarə edilməlidir; 

 



Şəbəkə daxilində və şəbəkədən kənar ünvanlar arasında  elektron poçtla 

informasiya mübadiləsi reallaşdırılmalıdır; 

 

İnternet  bazasında  İntranet  texnologiyasına  maneəsiz  informasiya 



xidmədi təşkil edilməlidir; 

 



İnternetə qoşulmuş şəbəkənin təhlükəsizlik problemi həll edilməlidir. 

 

Hazırda  informasiya  mübadiləsinə  ehtiyacın  artması  və  müasir  texniki 



nailiyyətlər,  qlobal  kompüter  şəbəkələri  dövlətlər  arasında  əməkdaşlıq 

proqramının həyata keçirilməsinin ayrılmaz tərkib hissələrindən birinə çevrilmişdir. 

Bu  məqsədlə  elm  və  təhsilə,  biznesə,  maliyyəyə,  iqtisadi  fəaliyyət  sahələrinə 

informasiya  və  s.  xidmətləri  göstərən  çoxlu  sayda  kompüter  şəbəkələri 

yaradılmışdır. 

Heç  də  təsadüfi  deyildir  ki,  informasiyanın  elektron  formada  ötürülməsini 

təmin  edən  kommunikasiya  vasitələrinin  ən  böyük  istehlakçıları  elə  bu 

təşkilatlaşdırılmış  kompleksləri  birləşdirən  qlobal  kompüter  şəbəkələrini  milli  və 

beynəlxalq  miqyasda  maliyyə  hesablaşmaları  aparmağa  və  geniş  informasiya 

resurslarından  hərtərəfli  istifadə  etməyə  imkan  verir.  Bundan  başqa  qlobal 

kompüter  şəbəkələri  ticarət  və  istehsal  müəssisələri  üçün  bütün  gün  ərzində 

fasiləsiz  işləyən  “

reklamçı

”  funksiyasını  da  yerinə  yetirir.  Reklamın  belə  təşkili 

ucuz başa gəldiyindən hal-hazırda bütün müəssisələr bu xidmət növündən istifadə 

edirlər.  Qeyd  etmək  lazımdır  ki,  informasiyanın  verilməsinin  (ötürülməsinin) 

elektron  sistemlərindən  istifadə  etmədən  iqtisadiyyatın  idarə  edilməsinin  müasir 

tələblərə  cavab  verən  mükəmməl  bir  sistemin  yaradılması  mümkün  deyil.  Ona 

görə  də  idarəetmə  orqanları  proqram-aparat  komplekslərinin  əsas  istehlakçıları 

olmaqla yanaşı informasiyanın elektron formada ötürülməsinin və kommunikasiya 

vasitələrinin tətbiq edildiyi əsas sahələrdir. 

Ən geniş yayılmış qlobal şəbəkə İNTERNETdir. 

 



Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə