İ N F O R M A T İ K A
____________________________________________________________ 371
Wi-Fi şəbəkəsi
Orta
və
böyük
kompüter bazasında hesablama
proseslərinin
mərkəzləşdirilmiş idarəetmə sxemi son zamanlar
“klient-server”
texnologiyası
ilə əvəz edilmişdir.
Mərkəzləşdirilmiş idarəetmə sistemində
bütün hesablama resursları,
məlumatlar və onların işlənmə proqramları bir kompüterdə cəmləşdirilir.
İstifadəçilər terminalların (displeylərin) vasitəsilə hesablama maşınlarına daxil
olurlar. Terminallar kompüterə ya interfeys vasitəsilə, əgər terminallar uzaq
məsafədə yerləşdirilmişsə, telefon xətləri vasitəsilə qoşulurlar. Terminalın əsas
funksiyası istifadəçiyə verilən informasiyanın təsvirindən ibarətdir. Sxemin müsbət
cəhəti inzibati rəhbərliyin asan olması, proqram təminatının təkmilləşdirilməsinin
mümkün olması və informasiyanın mühafizə olunmasıdır. Mənfi cəhəti isə aşağı
etibarlılığa malik olması, aparat və proqram təminatının artırılmasının çətin olması
və bir qayda olaraq, şəbəkənin istifadəçilərinin sayı artdıqda operativliyin aşağı
düşməsi və sairədir.
İ N F O R M A T İ K A
____________________________________________________________
372
“
Kliyent-server
” arxitekturasında terminalı kliyentə məxsus olan fərdi
kompüter, meynfreymi isə informasiyanın təhlilinin ümumi məsələlərini həll etmək
məqsədilə ayrılan bir və ya bir neçə güclü kompüterlər (kompüter-serverlər) əvəz
edir. Modelin müsbət cəhəti onun daha canlı olması və hesablama sisteminin
etibarlılığı, istifadəsinin bir neçə tətbiqi proqramla eyni zamanda işləyə bilməsi,
informasiya təhlilinin yüksək operativliyi, istifadəsinin yüksək keyfiyyətli interfeys
ilə təmin olunması və sairədir.
“Klient-server”
texnologiyası
Qeyd etmək lazımdır ki, bu cür daha perspektivli və öz imkanları tam
bitməmiş texnologiya özünün sonrakı inkişafına zəmin yaratmışdır. Son zamanlar
“
İnternet
” texnologiyası yaranmışdır. “Kliyent-server” texnologiyasından fərqli
olaraq, bu texnologiya məlumatlara yox, istifadəçi üçün hazırlanmış informasiyaya
yönəldilmişdir. İnternet texnologiyası yuxarıdakı hər iki sistemin müsbət
xüsusiyyətlərini özündə cəmləşdirir. Texnologiya əsasında qurulmuş hesablama
sistemlərinin tərkibində mərkəzi informasiya serverləri və son istifadəçiyə
informasiyanı çatdıran paylanmış komponentlər olur.
“Kliyent-server” 2 texnologiyası ilə əlaqədar olan bəzi anlayışlar aşağıda
verilmişdir.
Şəbəkədə istənilən iki obyektin qarşılıqlı əlaqəsi zamanı iki tərəf: server və
xidmət resursları imkanlarını ayıran tərəf iştirak edir. Resurslardan istifadə edən
adətən kliyent, resursları təmin edən tərəf isə server adlanır. Resurs kimi aparat
komponenti (disk, printer, modem, skaner və s.), proqram, fayl, verilənlər bazası
İ N F O R M A T İ K A
____________________________________________________________ 373
ola bilər. Buradan da bir sıra terminlər meydana gəlmişdir: fayl-server və ya disk-
server, printer-server və ya çap serveri, məlumatlar bazası serveri, SQL-server
(SQL dilində məlumatlar bazasında sorğuların işlənməsi proqramları), kompüter-
server və s. Aydındır ki, bütün serverlərin öz kliyentləri vardır.
Proqram təminatı nöqteyi-nəzərindən “kliyent-server” texnologiyası
kliyentlərin və serverlərin ayrı-ayrılıqda öz proqramlarının olmasını təmin edir.
Kliyent proqramları kimi mətn və cədvəl prosessorları proqramlarından, server
proqramı kimi isə məlumatlar bazasının idarəetmə proqramından istifadə oluna
bilər. “Kliyent-server” proqram cütlüyü kimi məlumatlar bazasından götürülmüş
informasiyalı cədvələ malik sənədi işləyən mətn prosessorunun proqramını misal
göstərmək olar.
Şəbəkədə yerinə yetirilən hər hansı bir proqram bir halda kliyent, digər
halda isə server rolunda çıxış edə bilər. Müəyyən zaman intervalında bir
proqramda kliyent və server öz rollarını dəyişə bilərlər.
ŞƏBƏKƏDƏ İŞİN SİSTEM TƏMİNATI
Lokal şəbəkədə məlumat ötürülməsi prosesi şəbəkə əməliyyat sistemini
təşkil edən proqram vasitələri kompleksinin köməyi ilə həyata keçirilir. Bəzi
şəbəkə əməliyyat sistemləri, məsələn,
Novell
NetWare,
ayrıca kompüter üçün
yaramır. Bu halda şəbəkə örtüyündən istifadə edilir.
UNIX
və ya
Windows NT
həm şəbəkədə, həm də ayrıca kompüterdə işləyir. Şəbəkə əməliyyat sistemləri
aşağıdakı əməliyyatları yerinə yetirir:
Verilən və proqramları bir kompüterdən digərinə ötürmək;
Ayrıca kompüterdə proqram işlətmək;
Şəbəkədə fayl sisteminin idarə edilməsi;
İstifadəçilərin şəbəkə resurslarına müdaxiləsinin və verilənlərin icazəşiz
müdaxilədən qorunmasının idarə edilməsi;
Xarici və operativ yaddaşdakı verilənlərin təhlükəsizliyinin təmin edilməsi,
imtinalardan qoruma, verilənlərin arxivləşdirilməsi və təkrarlanması;
Giriş və çıxışa görə şəbəkə resurslarının paylanması;
Şəbəkədən kollektiv istifadə qaydalarına əməl olunmasının uçotu və
nəzarət edilməsi;
Şəbəkənin əmr prosessorunun interfeysinin təmin edilməsi.
Şəbəkə əməliyyat sistemlərinin proqram təminatı iki hissəyə bölünür. Əgər
mərkəzi server varsa, bəzi modullar şəbəkəni idarə edən sistem cədvəllərinin
saxlandığı mərkəzi serverdə işləyir. Bu modullar şəbəkə sisteminin nüvəsini təşkil
edir. Digər modullar işçi stansiyalarda işləyir. Adətən şəbəkə elə qurulur ki, işçi
stansiyalar yalnız serverin disklərinə və birgə istifadə edilən printerlərə müraciət
edə bilir. Stansiyalar bir-birinin diskinə müdaxilə edə bilmir. Lakin
Net
Link
proqramı serverə müraciət etmədən iki kompüter arasında (əgər həmin proqram
hər iki kompüterə yüklənibsə) birbaşa informasiya mübadiləsinə imkan verir.