İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə116/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   ...   112   113   114   115   116   117   118   119   ...   134

İ N F O R M A T İ K A

 

 

____________________________________________________________ 379 

ARPANET layihəsi çərçivəsində həyata keçirilən iş paketlərin kommutasiyası 

ilə şəbəkələrin yaradılmasına əsaslanır. Bu şəbəkə növündə informasiya (məsələn, 

xəbər)  böyük  olmayan  paketlərə  bölünür,  həmin  paketlər  təyin  olunmuş  yerə 

çatana  qədər  səmərəli  marşrut  seçərək 

bir-birindən  asılı  olmayaraq  müxtəlif 

şəbəkələrdə  yerini  dəyişir.  Sonda  bütün 

paketlər  lazımı  yerə  çataraq  yenidən 

birləşərək 

ilkin 

formanı 


alır. 

Kompüterlərin  eyni  hüquqlu  olması 

informasiyanın konkret bir kompüterdən 

asılılığını 

aradan 

qaldırır. 



Bu 

texnologiyaya 

əsasən 

əgər 


kommunikasiya      xəttinin  bir  hissəsi 

sıradan çıxarsa, böyük olmayan paketlər 

digər  işləyən  xətlərə  ötürülə  bilər.

 

ARPANET  sistemi  uzaq  məsafədə  olan 



kompüter  mərkəzləri  ilə  əlaqələri 

yaradırdı.  Bu  sistem    elektron poçtunun 

göndərilməsi və informasiya mübadiləsi  

üçün  istifadə  olunurdu.  Sistem  inkişaf                                                    

edərək, 1983-cü ildə iki şəbəkəyə:  

            Leonard Kleynrok

 

 

ARPANET  və  MILNET  şəbəkələrinə  bölünür.  MILNET  səbəkəsi  hərbi  məqsədlər, 



ARPANET  şəbəkəsi  isə  elmi  tədqiqatlar  məqsədi  üçün  nəzərdə  tutulur.  Son 

nəticədə iki şəbəkə arasında informasiya mübadiləsi imkanı yaranır və bu birləşmə 

İnternet adı ilə dünyada tanınır. 

İnternet  qlobal  şəbəkədə  birləşmiş  kompüterləri,  proqramları,  verilənlər 

bazalarını,  faylları  və  nəhayət  insanları  birləşdirən  şəbəkələrdən  ibarət  şəbəkə 

sistemidir. 

Statistik  hesablamalara  əsaslanaraq  demək  olar  ki,  İnternet  sistemi  ilə 

dünyada  çoxlu  sayda  ölkələrin  bir  neçə  yüz  milyonlarla  istifadəçisi  bir-biri  ilə  sıx 

informasiya mübadiləsi edirlər. Göstəricilər zaman keçdikcə artmaqdadır. Təxmini 

alınmış  hesablamalardan  məlum  olur  ki,  İnternetdə  hər  ay  istifadəçilərin  sayı  2 

milyona qədər çoxalır (bəlkədə daha çox), hər dəqiqədə isə sistemə təxminən 46 

yeni  istifadəçi  (bəlkə  daha  da  çox)  qoşulur.  Hər  yeni  qoşulan  istifadəçiyə 

İnternetdə yeni ünvan verilir. 

İnternet şəbəkəsi hazırda dünyada ən böyük informasiya resurslarına malik 

olan qlobal bir şəbəkədir. İnternet şəbəkəsi istifadəçiyə praktiki olaraq hüdudsuz 

informasiya resursları təqdim edir. Uyğun tətbiqi proqram təminatı və sadə qrafiki 

interfeys istənilən istifadəçiyə İnternet xidmətindən istifadə etmək imkanı verir. 

İnternet  ümumdünya  informasiya  -  kompüter  şəbəkəsidir.  İnternetdə 

informasiya  serverlərdə  saxlanılır.  Serverlərin  öz  ünvanları  olur  və  onlar 



İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



380 

xüsusiləşdirilmiş proqramlar vasitəsilə idarə olunurlar. Onların köməyi ilə poçtu və 

faylları  göndərmək,  verilənlər  bazasında  informasiya  axtarışını  aparmaq  və  s. 

həyata keçirmək mümkündür. 

İnternet  serverlərinə  müraciət  edə  bilmək  üçün  istifadəçinin  kompüteri  bu 

qlobal  şəbəkəyə  qoşulmalıdır.  Ayrı-ayrı  istifadəçilərin  İnternetin  informasiya 

resurslarına daxil olması adətən telefon şəbəkəsi ilə provayderlər və ya korporativ 

şəbəkələr vasitəsilə həyata keçirilir. Provayder kimi kliyentlərlə əlaqə saxlaya bilən 

və ümumdünya şəbəkəsinə çıxışı olan hər hansı bir təşkilat iştirak edə bilər. 

İnternetin  əsas  halqası  lokal  hesablama  şəbəkəsidir.  Şəbəkə  vasitəsi  ilə 

İnternet  təkcə  ayrı-ayrı  kompüterlər  arasında  əlaqəni  deyil,  həmçinin  daha  bir 

qrup  kompüterlərin  birləşməsini  də  həyata  keçirir.  Əgər  bir  neçə  lokal  şəbəkə 

ardıcıl  olaraq  İnternetə  qoşularsa,  onda  bu  şəbəkələrin  hər  bir  işçi  stansiyasıda 

İnternetə qoşulmalıdır. Bundan əlavə istifadəçinin kompüteri də sərbəst formada 

İnternetə  qoşula  bilər.  Onda  bu  kompüterlər 

host

  kompüterlər  (aparıcı  əsas 

kompüter) adlanır və istifadə orada mövcud olan müştəri – proqramlar vasitəsi ilə 

lazımi serverlərə müraciət etməklə həyata keçirilir. 

Məlumatların  ötürülməsinin  yüksək  sürətli  magistralı  kimi  xüsusi  ayrılmış 

telefon  xətlərindən,  optik  lifli  kabellərdən  və  peyk  rabitə  kanallarından  istifadə 

oluna bilər. İnternetə qoşulmaq istəyən təşkilat xüsusi kompüterdən istifadə edir 

ki,  buna 



şlüz 

deyilir.  Şlüz,  məlumatların  lazımi  ötürmə  marşrutlarını  seçməklə 

bərabər,  şəbəkənin  ayrı-ayrı  hissələrində  nasazlıqlar  baş  verən  halda 

məlumatların  ötürülmə  marşrutlarını  təshih  (korrektə)  etmək  üçün  daha  böyük 

şəbəkəyə qoşulan altşəbəkələrin parametrləri haqqında məlumata malik olmalıdır. 

Burada yerləşdirilmiş proqram təminatı vasitəsilə şlüzdən keçən bütün məlumatlar 

işlənir. Hər bir şlüzün öz İnternet protokol ünvanı olur. 

Əgər  şlüzün  qoşulduğu  lokal  şəbəkəyə  ünvanlaşdırılmış  məlumat  daxil 

olubsa, həmin məlumat bu lokal şəbəkəyə ötürülmüş olacaq. Əgər məlumat digər 

bir şəbəkəyə aid olarsa, o zaman həmin məlumat növbəti şlüzə ötürüləcək. Hər 

bir şlüz bütün yerdə qalan şlüz və şəbəkələr haqqında geniş informasiyaya malik 

olur.  Hər  bir  məlumat  lokal  şəbəkədən  şlüz  vasitəsilə  İnternetə  ötürülürsə,  bu 

halda  ən  „

tez

  yol  seçilir.  Şlüzlər  protokol  vasitəsilə  bir-biri  ilə  marşrutlar  və 

şəbəkənin vəziyyəti haqqında informasiya mübadiləsini aparırlar.  

Bəzi  şirkətlər  provayder  rolunda  çıxış  edə  bilir.  Provayder  İnternetdə  öz 

şlüzünə malik olur və digər şirkətlərə və ayrı-ayrı istifadəçilərə bu şlüz vasitəsilə 

şəbəkəyə daxil olmağa icazə verir. 

 

 

 



İNTERNETİN XİDMƏTLƏRİNDƏN İSTİFADƏ 

İMKANLARI 

 

Müasir  dövrdə  İnternetin  istifadəçilərə  təklif  etdiyi  xidmətlər  onun 

nüfuzunun  gündən-günə  artmasına  səbəb  olur.  İnternetin  xidmətləri  sayca 

nisbətən  çox  olsa  da,  onlardan  daha  geniş  tələbata  malik  olanları  aşağıda  qeyd 




Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə