1
13
• I fəsil •
Kodlaşdırma
•
Rastr və vektor qrafikasının müqayisəsi
Bununla belə, vektor qrafikasında rənglərin arasında rəvan keçidi, səlis sərhədləri
və xətləri təsvir etmək çətin olur. Bu elementlər fotoqrafiya və rəsm əsərlərinə xas-
dır. Buna görə də, vektor qrafikasından çox zaman sxemlərin, planların yaradıl-
masında istifadə edilir.
Vektor görüntülərlə işləmək üçün çoxlu proqramlar işlənib hazırlanıb. Onların
içərisində
CorelDRAW,
Adobe Illustrator,
Adobe Freehand kimi proqramlar da-
ha geniş yayılıb. İnternet üçün animasiyalar hazırlamaq məqsədilə nəzərdə tutulmuş
Adobe Flash proqramı da vektor qrafikası prinsiplərinə əsaslanır. Göstərilən proq-
ramların hamısı kommersiya məhsullarıdır, ancaq sərbəst (ödənişsiz) yayılan proq-
ramlar da vardır. Belə proqramlara örnək olaraq
Inkscape,
OpenOffice.org Draw,
Skencil kimi proqramları göstərmək olar.
Adobe Freehand
Adobe Flash
Inkscape
Vektor redaktorlarının hamısında rəsm və redaktə üçün əsas alətlər dəsti bir-bi-
rinə bənzərdir. Bunların içərisində
seçdirmә alәtlәri
çox önəmlidir.
OpenOffice.org Draw proqramı düz xətlər, müx-
təlif növ əyrilər, düzbucaqlılar, çevrələr və başqa fi-
qurlar çəkməyə imkan verir. Üçölçülü qrafika alətləri
•
Vektor qrafikası
•
Düstur
•
Seçdirmə alətləri
•
ODG formatı
S ö z l ü k
LAYİHƏ
14
paralelepiped, konus, silindr və bu kimi üçölçülü həndəsi cisimlər çəkmək üçün
nəzərdə tutulub. Bundan başqa, bu proqramın köməyi ilə veb-səhifələr üçün müxtəlif
idarəetmə elementləri (düymələr, mətn boksları, radio düymələri və s.) yaratmaq
olar.
Yaradılmış rəsmləri proqramın öz formatında –
ODG formatında saxlamaq, eləcə
də BMP, GIF, JPEG, PNG, TIFF və WMF də daxil olmaqla bütün tanınmış
formatlara çevirmək olar.
1. OpenOffice.org Draw proqramını başladın. Proqramın baş pəncərəsi açılacaq.
2. Rəsm sahəsinin ölçülərini və səmtini müəyyənləşdirmək üçün göstəricini rəsm
sahəsinə aparıb siçanın sağ düyməsini çıqqıldadın.
Açılan qısayol menyusundan PagePageSetup
bəndini seçin. Uyğun dialoq boksu açılacaq.
3. Paper format bölümündə kağızın formatını, onun
yönünü (Landscape), qıraqlardan boşluq sahə-
lərini quraşdırın.
4. Rəsmdə yüksək dəqiqlik üçün çəkiləcək fiqurları
tora bağlamaq və toru görünən etmək üçün yenə də rəsm sahəsində qısayol menyusunu
açın və Grid bəndində torun parametrlərini göstərən bəndləri aktivləşdirin.
5. Proqram pəncərəsinin aşağı qırağı boyunca yerləşmiş ellips (Ellipse) düyməsini
çıqqıldadın və rəsm sahəsində uyğun fiquru çəkin. Sonra yazı (Text) düyməsini seçin
və ellipsin
içərisinə Başlanğıc sözünü yazın.
6. Eyni qayda ilə düzbucaqlı
(Rectangle) və sonra yenə də
ellips çəkib içərilərinə uyğun
olaraq
Komandalar seriyası
və
Son sözlərini yazın.
7. Line Ends with Arrow düy-
məsini çıqqıldadın və çəkdi-
yiniz fiqurları oxlarla birləş-
dirin. Xətti alqoritmin ümumi
blok-sxemi alındı.
8. Ayrı-ayrı obyektlərdən ibarət
blok-sxemin bütövlükdə yeri-
ni dəyişmək, yaxud üzünü kö-
çürmək üçün həmin obyektləri qruplaşdırmaq lazımdır. Bunun üçün öncə bildiyiniz
üsulların birindən istifadə etməklə obyektlərin hamısını seçdirin. Sonra göstəricini
seçdirilmiş sahəyə aparıb siçanın sağ düyməsini çıqqıldadın. Açılan qısayol men-
yusundan Group komandasını seçin. İndi seçdirilmiş obyektlərin hamısı bir qrupda
birləşəcək.
F ә a l i y y ә t
2
LAYİHƏ