28
K
OMPÜTERİN ƏSAS XARAKTERİSTİKALARI
İşlədiyiniz kompüterlə bağlı aşağıdakı cədvəli doldurun.
Göstәricinin adı
Göstәricinin qiymәti
Əməliyyat sisteminin adı
Prosessorun adı
Prosessorun
sürəti
Operativ yaddaşın həcmi
Monitorun ekranının çözümlülüyü
Nәticәni müzakirә edәk:
-
Sizcə bir kompüterin başqasından üstünlüyü üçün bu göstəricilərdən hansı daha
önəmlidir?
Kompüterlərin ilbəil gücləndiyini və onların məhsuldarlığının (hesablama gü-
cünün) yüksəldiyini, yəqin ki, bilirsiniz. Bu yüksəliş, ilk növbədə, kompüter sis-
temini təşkil edən əsas qurğuların göstəricilərindən asılı olur. Bu qurğuların məhsul-
darlığı yüksəldikcə kompüterin ümumi məhsuldarlığı da artır.
Kompüterin başlıca hissəsi
mәrkәzi prosessor və ya, sadəcə,
prosessordur və
onun sürəti kompüterin məhsuldarlığına təsir edən əsas amildir. Tarixən prosessorun
sürəti olaraq
bir saniyәdә yerinә yetirilәn әmәliyyatların sayı götürülüb. Belə qiy-
mətləndirmə müxtəlif əməliyyatların icrası üçün təxminən eyni zaman tələb olun-
ması, kompüterin isə eynitipli məsələlərlə işləməsi təsəvvürünə əsaslanıb. Çağdaş
kompüterlərdə isə bu belə deyil. Mürəkkəbliliyi müxtəlif olan komandaların yerinə
yetirilmə sürəti bir-birindən onlarca dəfə fərqlənə bilər. Bununla belə, proqramların
işləmə sürəti təkcə prosessora görə deyil, kompüter sisteminin başqa komponent-
lərinə (məsələn, videosistemin məhsuldarlığına) görə də müəyyən olunur.
F ә a l i y y ә t
1
6
Fərdi kompüterlərin hansı növləri var?
Kompüterin hansı hissəsi onun "beyni" hesab olunur?
KOMPÜTER
2
LAYİHƏ
2
29
• II fəsil •
Kompüter
•
Bundan başqa, müasir kompüterlər bəzi əməliyyatları (o cümlədən ayrı-ayrı koman-
daları)
paralel (yəni eyni anda) yerinə yetirə bilir.
Prosessorun istənilən komandanı icra etməsini elementar əməliyyatlar ardıcıllı-
ğının yerinə yetirilməsi kimi təsəvvür etmək olar. Prosessorun durumunu dəyişən
hər bir elementar əməliyyata müəyyən zaman –
bir takt tələb olunur. Komandaların
əksəriyyəti bir neçə takta yerinə yetirilir. Prosessorun taktlarının tezliyi (
takt tezliyi)
kənardan xüsusi generator tərəfindən təyin olunur.
Əgər iki prosessor bir-birindən yalnız takt tezliklərinə görə fərqlənirsə, onda
verilənləri emaletmə sürətləri onların takt tezlikləri ilə düz mütənasibdir. Ona görə
də prosessorun takt tezliyini onun məhsuldarlığının başlıca göstəricisi kimi istifadə
etmək olar.
Tezliyi ölçmək üçün fiziki vahid 1
Hers qəbul olunub. Artıq ilk fərdi kompü-
terlərdə taktların sayı saniyədə bir neçə milyona bərabər olduğundan takt tezliyinin
standart ölçü vahidi olaraq 1
meqahers (saniyədə milyon takt) götürüldü. Bugünkü
fərdi kompüterlərin takt tezliyi isə
giqaherslә (saniyədə milyard takt) ölçülür.
Prosessorun takt tezliyi ümumilikdə kompüter sisteminin məhsuldarlığının
yeganə göstəricisi deyil. Eyni takt tezliyinə malik prosessorların məhsuldarlığı
müxtəlif ola bilər. Bundan başqa, kompüterin məhsuldarlığı yalnız prosessordan asılı
deyil. Başqa komponentlər verilənləri prosessora onun emal etdiyi sürətlə çatdıra
bilmirsə, prosessor "boş dayana" bilər. Nəticədə sistemin ümumi məhsuldarlığı aşağı
düşər.
Mərkəzi prosessorun bilavasitə hesablama işlərini görən hissəsi onun
nüvәsi
adlanır. İlk prosessorlarda
bir nüvə olurdu, ancaq müasir prosessorlarda onların sayı
iki və ya daha çox olur. Bir neçə nüvənin olması bir neçə məsələni (proqramı) paralel
yerinə yetirməyə imkan verir ki, bu da kompüterin sürətini önəmli dərəcədə artırır.
Başqa sözlə, mərkəzi prosessorun nüvələrinin sayı nə qədər çox olarsa, onun
məhsuldarlığı da yüksək olar.
Kompüter işləyərkən prosessor və operativ yaddaş arasında aramsız olaraq veri-
lənlərin mübadiləsi gedir. Bu mübadilənin sürəti kom-
püter sisteminin məhsuldarlığının mühüm göstəricisi-
dir. O, həm yaddaş mikrosxemlərinin parametrlərindən,
həm də bütövlükdə kompüter sisteminin özəlliklərindən
asılı olur. Adətən, prosessoru və yaddaşı birləşdirən
şinin (verilənlərin ötürülməsi üçün nəzərdə tutulmuş
elektrik keçiriciləri) tezliyi prosessorun işləmə tezli-
yindən bir neçə dəfə az olur ki, bu da prosessorun işində
gecikmələrə səbəb ola bilir. Bu gecikmələrin təsirini
Əgər kompüterin prosessoru indiki sürətlə deyil, insanın
hesablama sürəti ilə işləsə idi:
siqnal klaviaturadan prosessora 10 ilə çatardı;
siçanın göstəricisinin ekranın bir
küncündən o birinə yerini
dəyişmək üçün 1000 il lazım gələrdi.
•
Mərkəzi prosessor
•
Takt tezliyi
•
Nüvə
•
Operativ yaddaş
•
Keş-yaddaş
•
Sərt disk
•
Videoadapter
S ö z l ü k
LAYİHƏ