I9az titul+шмуц



Yüklə 4,16 Kb.
Pdf görüntüsü
səhifə9/39
tarix14.10.2017
ölçüsü4,16 Kb.
#4961
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   39

 
 
 
 
 
 
 
 
 
 
 
KOMPÜTER
 
 
6. Kompüterin əsas 
xarakteristikaları 
7. İdarəetmə paneli 
8. Xidməti proqramlar 
9. Xidməti proqramlar (ardı) 
2
LAYİHƏ


 
 
28 
 
 
 
 
 
 
 
 
K
OMPÜTERİN ƏSAS XARAKTERİSTİKALARI  
 
 
 
 
 
 
İşlədiyiniz kompüterlə bağlı aşağıdakı cədvəli doldurun. 
 
Göstәricinin adı 
Göstәricinin qiymәti 
Əməliyyat sisteminin adı 
 
Prosessorun adı 
 
Prosessorun sürəti 
 
Operativ yaddaşın həcmi 
 
Monitorun ekranının çözümlülüyü 
 
 
Nәticәni müzakirә edәk: 

Sizcə bir kompüterin başqasından üstünlüyü üçün bu göstəricilərdən hansı daha 
önəmlidir?
 
 
Kompüterlərin  ilbəil  gücləndiyini  və  onların  məhsuldarlığının  (hesablama  gü-
cünün)  yüksəldiyini,  yəqin  ki,  bilirsiniz.  Bu  yüksəliş,  ilk  növbədə,  kompüter  sis-
temini təşkil edən əsas qurğuların göstəricilərindən asılı olur. Bu qurğuların məhsul-
darlığı yüksəldikcə kompüterin ümumi məhsuldarlığı da artır.
 
Kompüterin başlıca hissəsi mәrkәzi prosessor və ya, sadəcə, prosessordur və 
onun sürəti kompüterin məhsuldarlığına təsir edən əsas amildir. Tarixən prosessorun 
sürəti olaraq bir saniyәdә yerinә yetirilәn әmәliyyatların sayı götürülüb. Belə qiy-
mətləndirmə müxtəlif əməliyyatların icrası üçün təxminən eyni zaman tələb olun-
ması, kompüterin isə eynitipli məsələlərlə işləməsi təsəvvürünə əsaslanıb. Çağdaş 
kompüterlərdə isə bu belə deyil. Mürəkkəbliliyi müxtəlif olan komandaların yerinə 
yetirilmə sürəti bir-birindən onlarca dəfə fərqlənə bilər. Bununla belə, proqramların 
işləmə  sürəti  təkcə  prosessora  görə  deyil,  kompüter  sisteminin başqa  komponent-
lərinə (məsələn, videosistemin məhsuldarlığına) görə də müəyyən olunur.  
 
 
F ә a l i y y ә t
 
1


Fərdi kompüterlərin hansı növləri var? 

Kompüterin hansı hissəsi onun "beyni" hesab olunur?  
 
 
KOMPÜTER 
2
LAYİHƏ


 
 

29 
 
•   II  fəsil  •  
Kompüter 

Bundan başqa, müasir kompüterlər bəzi əməliyyatları (o cümlədən ayrı-ayrı koman-
daları) paralel (yəni eyni anda) yerinə yetirə bilir.  
 
 
 
Prosessorun istənilən komandanı icra etməsini elementar əməliyyatlar ardıcıllı-
ğının yerinə yetirilməsi kimi təsəvvür etmək olar. Prosessorun durumunu dəyişən 
hər bir elementar əməliyyata müəyyən zaman – bir takt tələb olunur. Komandaların 
əksəriyyəti bir neçə takta yerinə yetirilir. Prosessorun taktlarının tezliyi (takt tezliyi
kənardan xüsusi generator tərəfindən təyin olunur. 
Əgər  iki  prosessor  bir-birindən  yalnız  takt  tezliklərinə  görə  fərqlənirsə,  onda 
verilənləri emaletmə sürətləri onların takt tezlikləri ilə düz mütənasibdir. Ona görə 
də prosessorun takt tezliyini onun məhsuldarlığının başlıca göstəricisi kimi istifadə 
etmək olar.  
Tezliyi ölçmək üçün fiziki vahid 1 Hers qəbul olunub. Artıq ilk fərdi kompü-
terlərdə taktların sayı saniyədə bir neçə milyona bərabər olduğundan takt tezliyinin 
standart ölçü vahidi olaraq 1 meqahers (saniyədə milyon takt) götürüldü. Bugünkü 
fərdi kompüterlərin takt tezliyi isə giqaherslә (saniyədə milyard takt) ölçülür. 
Prosessorun  takt  tezliyi  ümumilikdə  kompüter  sisteminin  məhsuldarlığının 
yeganə  göstəricisi  deyil.  Eyni  takt  tezliyinə  malik  prosessorların  məhsuldarlığı 
müxtəlif ola bilər. Bundan başqa, kompüterin məhsuldarlığı yalnız prosessordan asılı 
deyil.  Başqa  komponentlər  verilənləri  prosessora  onun  emal  etdiyi  sürətlə  çatdıra 
bilmirsə, prosessor "boş dayana" bilər. Nəticədə sistemin ümumi məhsuldarlığı aşağı 
düşər. 
Mərkəzi  prosessorun  bilavasitə  hesablama  işlərini  görən  hissəsi  onun  nüvәsi 
adlanır. İlk prosessorlarda bir nüvə olurdu, ancaq müasir prosessorlarda onların sayı 
iki və ya daha çox olur. Bir neçə nüvənin olması bir neçə məsələni (proqramı) paralel 
yerinə yetirməyə imkan verir ki, bu da kompüterin sürətini önəmli dərəcədə artırır. 
Başqa  sözlə,  mərkəzi  prosessorun  nüvələrinin  sayı  nə  qədər  çox  olarsa,  onun 
məhsuldarlığı da yüksək olar.     
Kompüter işləyərkən prosessor və operativ yaddaş arasında aramsız olaraq veri-
lənlərin mübadiləsi gedir. Bu mübadilənin sürəti kom-
püter  sisteminin  məhsuldarlığının  mühüm  göstəricisi-
dir. O, həm yaddaş mikrosxemlərinin parametrlərindən, 
həm də bütövlükdə kompüter sisteminin özəlliklərindən 
asılı  olur.  Adətən,  prosessoru  və  yaddaşı  birləşdirən 
şinin  (verilənlərin  ötürülməsi  üçün  nəzərdə  tutulmuş 
elektrik  keçiriciləri)  tezliyi  prosessorun  işləmə  tezli-
yindən bir neçə dəfə az olur ki, bu da prosessorun işində 
gecikmələrə  səbəb  ola  bilir.  Bu  gecikmələrin  təsirini 
Əgər kompüterin prosessoru indiki sürətlə deyil, insanın 
hesablama sürəti ilə işləsə idi:  
 siqnal klaviaturadan prosessora 10 ilə çatardı; 
 siçanın göstəricisinin ekranın bir küncündən o birinə yerini 
dəyişmək üçün 1000 il lazım gələrdi.
• 
Mərkəzi prosessor 

 Takt tezliyi 
• 
Nüvə 
• 
Operativ yaddaş
 
• 
Keş-yaddaş 
• 
Sərt disk
 
• 
Videoadapter 
S ö z l ü k  
LAYİHƏ


Yüklə 4,16 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə