I9az titul+шмуц


      azaltmaq üçün prosessor xüsusi yaddaşla – keş-yaddaşla



Yüklə 4,16 Kb.
Pdf görüntüsü
səhifə10/39
tarix14.10.2017
ölçüsü4,16 Kb.
#4961
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   39

 
 
30 
 
 
azaltmaq üçün prosessor xüsusi yaddaşla – keş-yaddaşla təchiz olunur. Prosessorun 
mikrosxeminə yerləşdirilən və tutumu o qədər də böyük olmayan keş-yaddaş onun 
tezliyində  işləyir.  Operativ yaddaşdan  oxuma-yazma  zamanı  verilənlərin  kopiyası 
keş-yaddaşa  yazılır.  Prosessor  həmin  verilənlərə  yenidən  müraciət  etdikdə  onlar 
birbaşa keş-yaddaşdan götürülür. Bu da qeyd olunan gecikmələri aradan qaldırır.    
 
 
 
Kompüterin prosessorunun və operativ yaddaşının sürət göstəriciləri hesablama 
məsələlərinin sürətlə aparılmasında mühüm rol oynayır. Ancaq, bildiyiniz kimi, bu 
gün  fərdi  kompüterlərin  istifadə  olunduğu  sahələr  təkcə  hesablama  məsələləri  ilə 
məhdudlaşmır. Ona görə də kompüter sisteminin məhsuldarlığına başqa faktorlar da 
təsir göstərir: 
-  operativ yaddaşın həcmi 
-  xarici yaddaşın həcmi 
-  videosistemin məhsuldarlığı 
Kompüterin sürətinə təsir edən amillərdən biri də onun operativ yaddaşının (RAM) 
hәcmidir. Müasir kompüterlər çoxtapşırıqlı rejimdә işləyir. Eyni anda çalışan hər bir 
məsələ (proqram) üçün əməliyyat sistemi operativ yaddaşda ayrıca sahə ayırır. Bütün 
məsələlərin tələb etdiyi yaddaşın ümumi həcmi mövcud operativ yaddaşın tutumundan 
çox olarsa, əməliyyat sistemi əlavə yaddaşı sərt diskdə formalaşdırır. Ancaq operativ 
yaddaşla müqayisədə sərt diskə müraciət sürəti yavaş olduğundan bu, bütün kompüter 
sisteminin sürətini aşağı salır. Kompüterə əlavə operativ yaddaş modullarının artırılması 
belə əməliyyatların zəruriliyini azaldır və bütövlükdə sistemin sürətini yüksəldir.     
Kompüterin başlıca xarakteristikalarından biri də onun sәrt diskinin tutumudur. 
Proqramların  və  verilənlərin  uzun  müddətə  saxlanması  üçün  nəzərdə  tutulmuş  bu 
disklərin tutumu yetərli olmadıqda daha böyük tutumu olan disklərə ehtiyac yaranır. 
Kompüterdə  iş  zamanı  daim  monitorun  ekranına  baxmaq  lazım  gəldiyindən 
monitor – videoadapter birləşməsinin düzgün seçimi çox önəmlidir. Burada başlıca 
göstərici  bir saniyәdәki kadrların sayıdır.  Bu  tezlik  bir  saniyədə  70  kadrdan  az 
olduqda insanın gözü (və ya beyni) ekranda görüntünün titrəməsini hiss edir ki, bu 
da tez yorğunluğa səbəb olur. 
Kompüterlərin  yuxarıda  göstərilən  və  digər  parametrlərini  təsvir  etmək  üçün 
xüsusi yazılışdan istifadə olunur. Latın hərfləri və rəqəmlərin "qarışığından" ibarət 
olan  və  parametrləri  bir-birindən  vergüllə  və  ya  "\"  simvolu  ilə  ayrılan  belə  ya-
zılışlarla kompüter alan hər kəs rastlaşır. Məsələn, verilmiş noutbuk nümunəsində 
ilk olaraq prosessorun modeli (Intel Core i3-3217U) və onun takt tezliyi (1,7 GHz) 
göstərilib. Sonra operativ yaddaşın tutumu və modeli (4GB DDR3L), ardınca isə 
sərt diskin tutumu (500 GB HDD) verilib.  
LAYİHƏ


 
 

31 
 
•   II  fəsil  •  
Kompüter 

 
 
Kompüterlərin aparat təminatının inkişafı çox böyük sürətlə gedir. Onların orta 
xarakteristikaları ilbəil dəyişir. 2015-ci ildə fərdi kompüterlərin prosessorlarının takt 
tezliyi 4 GHs təşkil edir. Ümumi təyinatlı kompüterlərin operativ yaddaşının həcmi 
artıq  bir  neçə  giqabayt  olur.  Mürəkkəb  məsələlərin  həlli  üçün  nəzərdə  tutulmuş 
xüsusi kompüterlərdə isə bu göstərici 16 giqabayta çatır. Sərt diskin tutumu isə 500 
GB-dan başlayır.  
 
  
 
 
 
 
  
1.  Kompüterin məhsuldarlığını müəyyən edən başlıca parametr hansıdır? 
2.  Takt tezliyi nədir və nə ilə ölçülür? 
3.  Keş-yaddaş harada yerləşir və hansı funksiyanı yerinə yetirir? 
4.  Xarakteristikaları aşağıda verilmiş kompüterin operativ yaddaşının və sərt diskinin 
həcmi nə qədərdir?   
Intel core i7 2600k 3.4/Asus P4PE-2x/16 GB DDR3/1,5 TB HDD/Video Asus Radeon AX600 
Pro 128 MB TV-out/DVD+RW NEC/ATX
 
 
 
1981-ci ildə buraxılmış ilk IBM PC kompüterində olan 8088/86 prosessorunun takt tezliyi 
4,77 MHs idi. 1993-cü ildə buraxılmış Pentium prosessorunun takt tezliyi isə 66 MHs-ə 
çatmışdı. Pentium prosessorunun 1997-ci il son buraxılışında bu göstərici 233 MHs ol-
muşdur.   
Ən güclü Pentium prosessoru ilə öz kompüterinizin prosessorunun takt tezliyini müqa-
yisə edin. Sizin kompüteriniz ondan neçə dəfə güclüdür? 
 
Araşdıraq- 
          öyrәnәk  
 
Öyrәndiklәrinizi  
yoxlayın
 
LAYİHƏ


 
 
32 
 
 
 İ
DARƏETMƏ PANELİ  
 
 
 
Kompüterin həm aparat, həm də proqram təminatının işini idarə edən, istifadəçi 
ilə  kompüter  arasında  "vasitəçilik"  edən  proqramın  əməliyyat  sistemi  olduğunu 
bilirsiniz.  Zövqlər,  istəklər,  tələbatlar  müxtəlif  olduğundan  bəzən  əməliyyat 
sisteminin  özünü  kökləməyə,  onun  müəyyən  parametrlərini  dəyişdirməyə  ehtiyac 
yaranır. Ötən il siz iş masasının nizamlanması ilə tanış oldunuz. Bu zaman siçanın 
sağ düyməsinin köməyilə açılan kontekst menyularından istifadə etdiniz.  
Windows  əməliyyat  sistemi  və  onun  elementlərinin  köklənməsi  üçün  bütün 
alətlər Control Panel (İdarәetmә paneli) adlandırılan bir qrupda birləşdirilib.  
 
  
1.  Start menyusunu açın. 
2.  Control Panel bəndini seçərək uyğun pəncərəni açın.  
3.  İdarəetmə panelinin alətləri kateqoriyalara (Category) görə qruplaşdırılıb. Hər 
qrupa daxil edilmiş alətlərlə tanış olun. 
4.  Bütün alətləri bir siyahıda görmək üçün View by (Baxış) sahəsinə daxil olun və 
Large icons (Böyük simgələr), yaxud Small icons (Kiçik simgələr) bəndini seçin. 
 
5. Control Panel pəncərəsini qapadın. 
 
Nәticәni müzakirә edәk: 
-  İdarəetmə panelinin alətləri neçə kateqoriyaya bölünüb?
 
-  İş masasını nizamlamaq üçün alətlər bu qrupların hansında ola bilər?   
 
İdarəetmə panelində əməliyyat sisteminin bütün əsas kökləmələri toplanıb. Uy-
ğun aləti seçməklə, məsələn, əməliyyat sisteminin dil kökləmələrini, yaxud pəncə-
rələrin  və  Start  menyusunun  xarici  görünüşünü  dəyişdirmək,  kompüterdə  yeni 
 
 
F ә a l i y y ә t
 
1

 İş masasının nizamlanmasına nə zaman ehtiyac yaranır? 
 İş masasındakı simgələri proqramların növünə görə çeşidləmək üçün nə 
etmək lazımdır? 
 
 
LAYİHƏ


Yüklə 4,16 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə