I9az titul+шмуц



Yüklə 4,16 Kb.
Pdf görüntüsü
səhifə39/39
tarix14.10.2017
ölçüsü4,16 Kb.
#4961
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   39

 
 
 
129 
 
• 
Terminlər lüğəti

drag ~ перетаскивать ~ sürüklemek ~ sürüklәmәk – qrafik istifa-
dəçi interfeysində: görüntünü və ya obyekti “tutmaq” və yeni mövqeyə 
“dartmaq” yolu ilə ekranın bir yerindən başqa bir yerinə aparılması. 
 
extension расширение uzantı uzantı – faylın adını tamamlamaq 
və ya faylı təsvir etmək məqsədilə onun adına artırılan simvollar yığını.  
 
file файл dosya fayl – adı olan bitkin informasiya toplusu (mə-
sələn,  proqram);  proqramın  istifadə  etdiyi  verilənlər  yığını;  və  ya 
istifadəçinin yaratdığı sənəd.  
 
folder  ~  папка  ~  dizin  ~  qovluq  –  qrafik  istifadəçi  interfeysində: 
proqramların  və  faylların  saxlanma  yeri.  Ekranda  simvolik  olaraq 
qovluq  şəklində  olan  qrafik  simgə  ilə  göstərilir.  Qovluq  müəyyən 
anlamda kataloq ilə eynidir. 
 
font ~ шрифт yazı tipi ~ şrift – eyni üsluba (məsələn, Courier), şəklə 
(məsələn, kursiv), qalınlığa (məsələn, yarımqalın) və ölçüyə malik olan 
simvollar yığını. 
 
gigabyte (GB) гигабайт ~ gigabayt giqabayt – dəqiq anlamda: 
bir  milyard  bayt.  Dəqiq  qiyməti  çox  zaman  kontekstdən  asılı  olaraq 
dəyişir:  kompüterlərdə  baytların  sayı  (miqdarı)  çox  zaman  ikinin 
qüvvəti  olan  ədədlə  ifadə  olunur,  buna  görə  də  giqabayt,  həm  1000 
Mbayt, həm də 1024 Mbayt, yəni 2
20
 (1 048 576) bayt kimi göstərilə 
bilər. 
 
graph  ~  граф  ~  çizge  ~  qraf  –  proqramlaşdırmada:  öz  aralarında 
ixtiyari qaydada (tillər vasitəsilə) birləşmiş müəyyən sayda (sıfır da ola 
bilər) təpədən ibarət olan verilənlər strukturu. 
 
hexadecimal  (hex)  ~  шестнадцатиричная  система  счисления  
onaltılı sayı sistemi ~ onaltılıq say sistemi – 0-dan 9-dək rəqəmlərdən 
və  A-dan  (onluq  10  ədədinin  ekvivalenti)  F-dək  (15  ədədinin 
ekvivalenti) baş hərflərdən təşkil olunmuş, əsası 16 olan say sistemi. 
 
Internet  Service  Provider  (ISP)  ~  поставщик  услуг  Internet
Интернет-провайдер  ~  İnternet  servis  sağlayıcısı  ~  İnternet 
xidmәt provayderi – hüquqi və fiziki şəxslərə İnternet xidmətlərindən 
istifadə etmək (İnternetə erişmək) imkanı verən qurum. 
 
italic курсив ~ italik ~ kursiv – çapdan və ya təsvirdən sağa bərabər 
əyilimi  olan  şrift  şəkli.  Kursivlə,  adətən,  əcnəbi  sözləri,  başlıqları, 
texniki terminləri və sitatları seçdirirlər. 


























LAYİHƏ


 
 
130 
 
 
label  ~  1.  Этикетка  ~  etiket  ~  yarlıq  –  disketin  və  ya  hər  hansı 
qurğunun  üzərində  etiket;  faylın,  verilənlərin  saxlandığı  qurğunun 
bölümünü, proqramın və ya sənədin elementini tanıtmaq (identifikasiya 
etmək) üçün söz, simvol, simvollar qrupu.  
2.  Метка  ~  etiket  ~  nişan  –  elektron  cədvəllərdə:  xanalar  qrupunu, 
adlandırılmış  kəmiyyəti  və  ya  düsturu  identifikasiya  edən  təsviri  ad 
(məsələn, “Gəlir” və ya ”Çıxar”).  
3. Метка ~ etiket nişan – diaqramda: qrafikin oxu üzərindəki nişanı 
identifikasiya edən söz, ad və ya ədəd. 
 
LAN (Local Area Network) локальная вычислительная сеть
ЛВС  ~  yerel  alan  ağı,  YAA  ~  yerli  hesablama  şәbәkәsi,  lokal 
hesablama  şәbәkәsi  –  nisbətən  məhdud  ərazidə  yerləşmiş  və  rabitə 
xətləri ilə birləşdirilmiş kompüterlər və başqa qurğular qrupu. 
 
machine code машинный код ~ makina kodu ~ maşın kodu – 
assembler dilindən, yaxud C və ya Pascal kimi istənilən yüksək səviy-
yəli dildən translyasiyanın son nəticəsi; mikroprosessor tərəfindən yük-
lənən və yerinə yetirilən 1 və 0-ların ardıcıllığından ibarət olur.  
 
mainframe  computer  (=  mainframe)  ~  мейнфрейм  ~  ana  bilgi-
sayar  ~  meynfreym  kompüteri  –  daha  intensiv  hesablamalar  tələb 
edən  məsələlər  üçün  işlənib  hazlırlanmış  yüksək  güclü  kompüter. 
Meynfreymlər, adətən, ona qoşulmuş terminallarda eyni vaxtda işləyən 
çoxlu istifadəçilər tərəfindən istifadə olunur. 
 
media  ~  носитель  ~  ortam  ~  vasitә,  daşıyıcı  –  verilənləri  ixtiyari 
formada saxlayan, yaxud onları başqa yerə ötürmək üçün istifadə olu-
nan materiallar (məsələn: kağız, maqnit diski, maqnit lenti və s.). 
 
megabit (Mbit) ~ мегабит megabit ~ meqabit – adətən, 1048576 
bit, ancaq bəzən bir milyon bit kimi yorumlanır  (interpretasiya olunur). 
 
megabyte  (MB)  ~  мегабайт  ~  megabayt  ~  meqabayt  –  1  milyon 
bayt, yəni 1048576 bayt (2
20
). 
 
megapixel мегапиксел megapiksel ~ meqapiksel – bir milyon 
piksel; rəqəmsal kameraların, skanerlərin və başqa qurğuların çözüm-
lülük dərəcəsini göstərmək üçün bu termindən istifadə olunur. Məsələn, 
1024
1024 pikselli görüntünü çox zaman meqapiksel adlandırırlar. 
 
modem модем ~ modem ~ modem – informasiyanı kompüterdən 
adi telefon xətti ilə ötürməyə imkan verən rabitə qurğusu. 
 


























LAYİHƏ


 
 
 
131 
 
• 
Terminlər lüğəti

motherboard  ~  материнская  плата  ~  anakart  ~  ana  lövhә  – 
kompüter  sistemində  prosessoru,  operativ  yaddaşı,  şin  kontrollerini, 
birləşdiriciləri və başqa komponentləri özündə saxlayan əsas lövhə. 
 
network (вычислительная) сеть ~ ağ ~ şәbәkә – rabitə vasitələri 
ilə birləşdirilmiş kompüterlər və onlarla bağlı qurğular qrupu. Şəbəkə 
birləşmələri həm daimi (məsələn, kabellər vasitəsilə), həm də müvəq-
qəti (telefon və ya başqa müvəqqəti kommutasiya olunan rabitə xətləri 
vasitəsilə) ola bilər; nisbətən məhdud ərazidə (müəssisədə) yerləşmiş 
müəyyən  sayda  kompüterlərdən,  printerlərdən  və  başqa  qurğulardan 
ibarət lokal şəbəkə kimi ölçüləri (miqyası) çox da böyük olmaya bilər. 
Yetərincə böyük şəbəkələr də var, məsələn, geniş coğrafi sahədə yer-
ləşmiş çoxlu sayda müxtəlif kompüterlərdən ibarət olan genişmiqyaslı 
şəbəkə. 
 
password пароль parola ~ parol – kompüter sisteminə və onun 
fayllarına erişmənin (girişin) məhdudlaşdırılması üsullarından biri.  
 
peer‐to‐peer network одноранговая сеть ~ eşler arası ağ ~ “tay-
tuşlar”  şәbәkәsi  –  şəbəkədəki  bütün  kompüterlərin  eyni  dərəcəli  ol-
duğu şəbəkə arxitekturası. 
 
peripheral  ~  периферийный  ~  çevresel,  yanbirim  ~  çevrәsәl
periferiya  –  kompüterə  qoşulan  və  onun  mikroprosessoru  tərəfindən 
idarə olunan qurğu; məsələn: disk, printer, modem, yaxud coystik. 
 
personal  computer  (PC)  ~  персональный  компьютер  ~  kişisel 
bilgisayar  ~  fәrdi  kompüter  –  bir  şəxsin  istifadəsi  üçün  nəzərdə 
tutulmuş kompüter. 
 
pixel пиксель piksel piksel – ekranda, yaxud çapda görüntünü 
əmələ gətirən nöqtələrdən biri.  
 
pointer указатель göstergeç ~ göstәrici – 1. Qrafik mühitlərdə: 
görüntü,  ekran,  yaxud  menyu  elementlərini  göstərmək,  seçdirmək, 
seçmək üçün siçan, yaxud başqa göstərici qurğuyla idarə olunan nişan, 
yaxud simvol (məsələn, ox).  
2.  Proqramlaşdırmada  və  informasiyanın  emalında:  verilənlərin 
özlərindən deyil, yaddaş sahəsinin ünvandan ibarət dəyişən. 
 
port порт port ~ port – kompüterin sistem blokunun arxa pane-
lində yerləşən və periferiya qurğularını qoşmaq üçün nəzərdə tutulmuş 
bağlayıcı (yuva). 
 


























LAYİHƏ


 
 
132 
 
 
printer ~ принтер yazıcı printer – informasiyanı kağız daşıyıcıda 
qeyd  (çap)  etmək  üçün  qurğu,  yəni  sənədin  bərk  (kağız)  üzünü 
yaratmaq üçün nəzərdə tutulmuş çıxış qurğusu. 
 
RAM  (random  access  memory)  ~  оперативная  память,  опера-
тивное запоминающее устройство (ОЗУ)память прямого дос-
тупапамять с поизвольной выборкой ~ rastgele erişmli bellek ~ 
ixtiyari  erişimli  yaddaş,  operativ  yaddaş  –  birbaşa  mərkəzi 
prosessorla bağlı olan və onun əməliyyatlarında bilavasitə iştirak edən 
verilənləri saxlamaq üçün nəzərdə tutulmuş yaddasaxlama qurğusu.  
 
resolution разрешающая способность çözünürlük çözüm-
lülük  –  görüntünün  dəqiqliyini  müəyyənləşdirən  xarakteristika. 
Görüntü displeyə çıxarıldıqda onun çözümlülüyü ekrandakı piksellərin 
sayı  ilə  müəyyən  olunan  bir  düymdəki  nöqtələrin  sayına,  printerə 
çıxarıldıqda isə bir düymdəki nöqtələrin sayına deyilir. 
 
screen  saver  ~  хранитель  экрана  ~  ekran  koruyucusu  ~  ekran 
qoruyucusu  –  istifadəçi  kompüterdə  işləmədiyi  zaman  ekranı  sön-
dürən, yaxud ekrana hərəkət edən görüntü çıxaran proqram.  
 
screenshot снимок экрана ~ ekran görüntüsü ~ ekran görüntüsü 
–  ayrıca  anda  kompüterin  ekranında  olan  görüntünü,  yaxud  onun  bir 
hissəsini köçürməklə (kopiyalamaqla) yaradılan şəkil. 
 
scroll  bar  ~  полоса  прокрутки  ~  kaydırma  çubuğu  ~  fırlatma 
zolağı – qrafik istifadəçi interfeyslərində: pəncərənin sağ, yaxud aşağı 
qırağında  yerləşən  və  pəncərəyə  yerləşməyən  sənədi  fırlatmaq  üçün 
nəzərdə tutulmuş şaquli, yaxud üfüqi zolaq. 
 
search поиск arama aramaaxtarış – faylın, yaxud müəyyən 
verilənlərin yerləşmə yerinin tapılması. 
 
search  engine  ~  поисковая  система  ~  arama  motoru  ~  axtarış 
sistemi – veb-də informasiyanı açar sözlərə, mövzulara və başqa əla-
mətlərə  görə  axtarmağa  imkan  verən  proqram  (məsələn,  AltaVista, 
Excite, Google, HotBot, Infoseek, Lycos, Magellan, Rambler, Yahoo!). 
 
sector сектор kesim sektor – diskdə verilənlərin saxlandığı sa-
hənin bir hissəsi. Diskin üst və alt üzləri var, onların hər birində dairəvi 
cığırlar və sektorlar var. Diskinin hər bir cığırı formatlama zamanı mü-
əyyən ölçülü (adətən, 512 bayt) sektorlara bölünür. 
 


























LAYİHƏ


 
 
 
133 
 
• 
Terminlər lüğəti

setup установка kurmak quraşdırma – proqram təminatında: 
proqramın  kompüterdə  və  ona  qoşulmuş  qurğularda  işləməsi  üçün 
hazırlanması proseduru. 
 
shortcut ярлык kısayol qısayol – obyektin, proqramın, yaxud 
komandanın göstəricisi olan və özündə əlavə informasiya saxlayan fayl. 
“Əlverişsiz”  yerlərdə  saxlanılan  proqramları  tez  başlatmaq  üçün  çox 
zaman iş masasında onların qısayolları yaradılır. 
 
software  ~  программное  обеспечение  ~  yazılım  ~  proqram 
tәminatı – hesablayıcı maşının proqramları; maşının aparat vasitələrini 
işləməyə məcbur edən komandalar. 
 
source code (SRC) исходный код kaynak kodu ~ ilkin kod – 
yüksək səviyyəli dildə, yaxud assemblerdə yazılmış və insanın oxuduğu 
proqram  deyimi;  bunun  əksinə,  proqramın  obyekt  kodu  ilkin  koddan 
alınır və onu yalnız kompüter başa düşür. 
 
statement ~ оператор ~ deyim ~ deyim – proqramlaşdırma dilində ən 
kiçik  icra  elementi.  Ümumiyyətlə,  proqramın  hər  bir  sətri  ayrıca 
deyimdir. Çox zaman yanlış olaraq “operator” kimi işlədilir. 
 
status  bar  ~  строка  состояния  ~  durum  çubuğu  ~  status  zolağı  – 
proqram  pəncərəsinin  aşağısında  yerləşən  və  istifadəçi  üçün  vacib 
informasiyanı göstərən zolaq. 
 
storage ~  запоминающее устройство (ЗУ)  ~  depolamabellek ~ 
yaddasaxlama qurğusu – hesablama texnikasında: verilənlərin saxlan-
dığı istənilən xarici qurğu. 
 
taskbar  ~  панель  задач  ~  görev  çubuğu  ~  tapşırıqlar  zolağı  – 
Windows əməliyyat sistemində: ekranın aşağısında məsələlərin siyahı-
sından ibarət üfüqi zolaq. Tapşırıqlar zolağı iş masasının yuxarı, sol və 
ya sağ qırağına da yerləşdirilə bilər. 
 
title bar ~ строка заголовка başlık çubuğu ~ başlıq zolağı – qrafik 
istifadəçi  interfeysində:  pəncərənin  yuxarı  sərhədində  şaquli  zolaq; 
burada pəncərənin (proqramın) və bəzi düymələr olur. 
 
topology топология topoloji topologiya – lokal şəbəkədə qur-
ğular arasında yaranan konfiqurasiya. Şəbəkələrin əksəriyyəti üç təməl 
topologiyaya əsaslanır: şin, halqa və ulduz. 
 


























LAYİHƏ


 
 
134 
 
 
tree ~ дерево ~ ağaç ~ ağac – verilənlərin bir kök və bir neçə budağı 
olan  iyerarxik  struktur  şəklində  təşkil  olunması  üsulu.  Adi  ağacdan 
fərqli olaraq, ağacşəkilli struktur, adətən, “baş-ayaq” təsvir olunur. 
 
turtle  ~  черепашка  ~  kaplumbağa  ~  bağa  –  kompüter  ekranında 
göstərici rolunu oynayan, adətən, üçbucaqlı və ya tısbağa şəklində kiçik 
fiqur. 
 
utility  ~  утилита  ~  yardımçı  ~  utilit  –  müəyyən  funksiyanı  yerinə 
yetirmək üçün nəzərdə tutulmuş kiçik proqram, məsələn, redaktor və ya 
sazlayıcı.  
 
wallpaper  ~  обои  ~  duvar  kağıdı  ~  divar  kağızı  –  kompüter  tex-
nikasında:  qrafik  əməliyyat  sistemlərində  iş  masasının  tərtibatı  üçün 
görüntü. İş masası üçün divar kağızı kimi istifadə olunan görüntülər, 
adətən, rastr görüntülər olur və ölçüləri ekranın çözümlülüyünə uyğun 
olur  ki,  (məsələn,  1024×768  və  ya  1280×1024  piksel)  bütün  ekranı 
tutsun. 
 
web  browser  (=  browser)  ~  браузер,  веб-обозреватель  ~  web 
tarayıcısı, ağ gözatıcısı ~ veb brauzer – İnternetdə veb-saytlara bax-
maq,  yəni    veb-səhifələrə  sorğu  vermək,  onları  emal  etmək,  ekrana 
çıxarmaq və bir səhifədən başqasına keçmək üçün proqram təminatı. 
 
web page веб-страница ağsayfası ~ veb-sәhifә – Veb-də yerləş-
dirilmiş HTML-sənəd. 
 
web server веб-сервер ~ web sunucusu ~ veb-server – istifadəçi-
lərə  İnternet  və  intranet  şəbəkələrinin  xidmətlərinə  və  veb-səhifələrə 
erişməyə imkan verən kompüter. Bu funksiyanı yerinə yetirən proqram 
təminatına da veb-server deyilir. 
 
web site (site) веб-сайт ~ web sitesi ~ veb-sayt – ümumi ad, mövzu 
və naviqasiya sistemi ilə bağlı olan veb-səhifələr qrupu. 
 
window ~ окно ~ pencere ~ pәncәrә – tətbiqi proqram, yaxud onun 
bir hissəsi ilə qarşılıqlı əlaqədə olmaq üçün monitorun ekranında mü-
əyyən  düzbucaqlı  sahə.  Pəncərələri  təyinatından  asılı  olaraq  üç  növə 
ayırmaq olar: proqram pəncərəsi, sənəd pəncərəsi və dialoq boksu.  
 
wizard ~ мастер ~ sihirbaz ~  sehrbaz – proqramla iş zamanı istifa-
dəçiyə ipucu, yaxud başqa faydalı informasiya verən yardımçı funksiya. 
Adətən, “sehrbazlar” yeni başlayanlar üçün faydalı olur.  
 


























LAYİHƏ


 
 
 
135 
 
• 
Terminlər lüğəti

word processor ~ текстовый процессор kelime işlemci ~ mәtn 
prosessoru  –  istənilən  növ  çap  informasiyasının  istehsalı  (yığılması, 
redaktəsi, formatlanması, çapı) üçün nəzərdə tutulmuş tətbiqi kompüter 
proqramı növü. 
 
worksheet  ~  рабочий  лист  ~  işlem  tablosu  ~  iş  vәrәqi  –  elektron 
cədvəl proqramı vasitəsilə yaradılan və istifadə olunan verilənlər faylı, 
yaxud onun ayrıca bir hissəsi. Elektron cədvəl faylına iş kitabı, yaxud, 
sadəcə, kitab da deyilir. İş kitabı bir neçə iş vərəqindən ibarətdir və ona 
yeni vərəqlər artırmaq olur. 
 
workstation  ~  рабочая  станция  ~  iş  istasyonu  ~  iş  stansiyası  – 
şəbəkə  mühitində,  yaxud  müştəri-qulluqçu  mühitində  istifadə  olunan 
fərdi kompüterləri göstərmək üçün ümumi termin. 
 
World-Wide Web (WWW) Всемирная паутинаСеть ~ dünya 
çapında ağ ~ Dünya hörümçәk toru – İnternetə qoşulmuş müxtəlif 
kompüterlərdə  saxlanılan  bir-birilə  əlaqəli  sənədlərə  erişmək  imkanı 
verən  paylanmış  sistem.  “Dünya  hörümçək  toru”  termininin  əvəzinə 
çox zaman, sadəcə, “veb” (ingiliscə web – “hörümçək toru”) sözündən 
və ya WWW abreviaturasından istifadə olunur. 
 
 
 
 
 
 
 


























LAYİHƏ


 
 
136 
 
 
 
Mahmudzadə Ramin Əli Nazim oğlu 
Sadıqov İsmayıl Calal oğlu 
İsayeva Naidə Rizvan qızı 
 
İnformatika  
Ümumtәhsil mәktәblәrinin 9-cu sinfi  üçün  dәrslik 
 
Dil redaktoru: K.Abbasova 
Rəssamlar: M.Hüseynov, E.Məmmədov 
Korrektor: A.Məsimov 
 
e-poçt: yazneshr@mail.ru 
 
Kağız formatı: 70 

 100
1
/
16
.  
Fiziki çap vərəqi: 8,5.  
Çapa imzalanmışdır: 00.00.2016.   
Tirajı: 000 000.  
Pulsuz. 
 
LAYİHƏ

Yüklə 4,16 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə