I9az titul+шмуц



Yüklə 4,16 Kb.
Pdf görüntüsü
səhifə34/39
tarix14.10.2017
ölçüsü4,16 Kb.
#4961
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   39

 
 

113 
 
•  V  fəsil  •  
İnformasiya texnologiyaları

  
İ
NTERNETDƏ ÜNVANLAMA  
 
 
 
 
 
 
1. Brauzerin ünvan zolağında http://www.speedguide.net/ip/ yığıb  klavişini ba-
sın. 
2. Açılan  səhifənin  Search  IP  address  or  hostname  sahəsində  informatika.edu.az 
yazıb    klavişini  basın.  informatika.edu.az  saytının  olduğu  serverin  harada 
yerləşməsi haqqında informasiya və yerləşmə xəritəsi açılacaq. 
 
 
  
Nәticәni müzakirә edәk: 
-  “Internet Service Provider” sözlərinin qısaltması olan ISP nəyi bildirir?
 
-  informatika.edu.az saytının serveri harada yerləşir?
 
 
Şəbəkədəki bütün kompüterlərin bənzərsiz nömrəsi – IP-ünvanı ("ay-pi ünvanı" 
kimi tələffüz olunur) olur. Hər bir ünvan 32-bitli ikilik ədəddir.  
 
 
F ә a l i y y ә t
 
 
25 
 8 ardıcıl bitlə neçə müxtəlif obyektə ünvan vermək olar?  
 Şəbəkədə kompüterlər bir-birindən nə ilə fərqlənir? 
 
 
 
LAYİHƏ


 
 
114 
 
 
Əlverişlilik  baxımından  həmin  ədəd  aralarında  nöqtə  olan  dörd  onluq  ədəd 
şəklində göstərilir. Bu onluq ədədlərin hər biri isə 0-dan 255-dək qiymət ala bilər.  
 
Aydındır ki, belə rəqəmlər yığınını yadda saxlamaq çətindir. Buna görə də domen 
adları sistemi – DNS (Domain Name System) yaradılıb və  bu  sistem  IP-ünvanların 
əvəzinə istifadəçi üçün daha anlamlı olan adlardan (məsələn, www.informatika.edu.az
istifadə  etməyə  imkan  verir.  Belə  ki,  istifadəçi  ünvan  sahəsində  həmin  adı  yığdıqda 
DNS-serverlər avtomatik olaraq onu IP-ünvana çevirir. 
Şəbəkədə olan bütün adlar müxtəlif səviyyəli domenlәrә bölünüb. Hər bir ölkə üçün 
birinci səviyyəli domen ayrılıb. Məsələn, “.az” domeni Azərbaycana, “.de” domeni Alma-
niyaya,  “.ru”  domeni  Rusiyaya  məxsusdur.  Ərazi  domenləri  adlanan  belə  domenlərlə 
yanaşı birinci səviyyəli digər domenlər də mövcuddur. Məsələn, “.com” domeni kommer-
siya qurumlarını, “.gov” domeni hökumət təşkilatlarını birləşdirir. Birinci səviyyəli do-
menlər  azdır  və  yeni  domenlər  nadir  hallarda  meydana  çıxır.  Hər  bir  birinci  səviyyəli 
domen çox böyük sayda daha aşağı səviyyəli domeni ünvanlaya bilər.   
Hər bir domenin sahibi öz domeninin alt-domenlərini yarada bilər.  
 
 
 
İnternet  şəbəkəsində  təmsil  olunmaq  istəyən  hər  bir  hüquqi,  yaxud  fiziki  şəxs 
domen  adının  seçilməsinə  xüsusi  diqqət  yetirməlidir.  Belə  ki,  domen  adları 
müəyyən prinsiplərə cavab verməlidir: 
  seçilmiş ad saytın mahiyyətinə uyğun gəlməlidir
  ad mümkün qədər uzun olmamalıdır; 
  çalışmaq lazımdır ki, domen adı kimi seçilən sözdə ingilis əlifbasında olma-
yan hərflər olmasın (məsələn, “orman” sözü “meşə” sözündən daha uğur-
ludur). 
İnternet şəbəkəsində hər bir kompüterin, saytın öz ünvanı olduğu kimi, hər bir 
resursun – veb-səhifənin də öz ünvanı olur. Bu ünvan URL-ünvan (“yu-er-el” kimi 
tələffüz  olunur)  adlanır.  (URL  qısaltması  Uniform  Resource  Locator  ifadəsindən 
yaranıb və birformalı resurs göstәricisi anlamını verir.) Brauzer proqramı hər hansı 
İnternet resursunu – sənədi, yaxud onun bir hissəsini axtarmaq üçün bu ünvandan 
istifadə edir.  
URL-ünvan  İnternet  resurslarının  rəsmi  yerini  müəyyən  edir.  Hər  belə  ad  iki 
hissədən ibarətdir: birinci hissə resursun identifikatorudur, ikinci isə həmin resursun 
yerlәşdiyi yeri göstərir. Tipik URL-ünvan aşağıdakı şəkildə olur:  
                                                                    
 
. informatika
.edu 
.az 

LAYİHƏ


 
 

115 
 
•  V  fəsil  •  
İnformasiya texnologiyaları

http://informatika.edu.az/tasks.php?action=result 
Ünvanın  birinci  hissəsi  – 
http:// 
protokoldur  və 
resursun veb-səhifə olduğunu göstərir. Protokol kom-
püterlər arasında bağlantının qurulması və informasiya 
mübadiləsinin minimal xətalarla aparılmasını nizamla-
yan qaydalar və ya standartlar toplusudur. Qalan ikinci 
hissəni daha yaxşı anlamaq üçün onun özünü də iki his-
səyə ayıraq. Birinci hissə (
informatika.edu.az
) resursun 
yerləşdiyi  kompüterin  domen  adını,  ikinci  hissə 
(
/tasks.php?action=result
) isə ayrıca veb-resursun (veb-səhifənin) adını bildirir. 
Tutaq ki, hər hansı sayt yaratdınız və onun üçün domen adı müəyyənləşdirdiniz. 
Bəs həmin saytı İnternetdə necə yerləşdirməli? İlk növbədə seçdiyiniz domen adını 
qeydiyyatdan keçirməlisiniz. Nəzərə alın ki, münasib adın tapılması məsələnin bir 
tərəfidir: ola bilər ki, sizin seçdiyiniz adı kimsə artıq öz adına qeydiyyatdan keçirib.  
Domen adlarının qeydiyyatı xüsusi şirkətlər tərəfindən həyata keçirilir. Məsələn, 
“.az” domenində adların paylanması ilə “İntrans” şirkəti məşğul olur. Orada ikinci 
səviyyəli  domenlər  qeydiyyatdan keçirilir.  Məsələn,  azerbaijan.az,  ict.az,  ayna.az 
belə domenlərdəndir.  
Saytların İnternet şəbəkəsində olan hər hansı serverdə yerləşdirilməsi və onlara 
xidmət göstərilməsi ilə də xüsusi şirkətlər – provayderlәr məşğul olur. Belə xid-
mətlərə hostinq deyilir. Hostinq xidməti ödənişli olsa da, ödənişsiz xidmət göstərən 
şirkətlər də vardır. 
 
 
 
 
 
  
1. Şəbəkələrdə kompüterlərin ünvanları hansı formatlarda olur?  
2. Təhsil Nazirliyinin rəsmi saytı hansı IP-ünvanda yerləşir? 
3. URL-ünvan nəyi göstərir? 
4. Hostinq xidməti nədir?  
5. 1100110110100010000101001111010 32-bitlik IP-ünvanını nöqtələrlə ayrılmış dörd 
onluq ədəd vasitəsilə göstərin. 
6. 145.120.30.56 dörd onluq ədəddən ibarət IP ünvanı 32-bitlik formada göstərin. 
 
 
 
Mövcud  IP-ünvanlama  sistemi  (IPv4)  ilə  4  294  967  296  (256×256×256×256)  sayda 
kompüterə  bənzərsiz  ünvan  vermək  mümkündür.  Yeni  ünvanlama  sisteminə  –  IP 
ünvanının 6-cı versiyasına (IPv6) keçid hansı zərurətdən yaranıb? Bu haqda araşdırma 
aparın və IPv6 ünvanlama sisteminin mahiyyəti haqqında təqdimat hazırlayın. 
 
Araşdıraq- 
          öyrәnәk  
 
Öyrәndiklәrinizi  
yoxlayın
 
• 
Domen adı 
• 
Domen adları sistemi 
• 
IP-ünvan 
• 
DNS-ünvan
 
• 
Protokol
 
• 
Provayder 
• 
Hostinq 
S ö z l ü k  
LAYİHƏ


Yüklə 4,16 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə