I9az titul+шмуц



Yüklə 4,16 Kb.
Pdf görüntüsü
səhifə33/39
tarix14.10.2017
ölçüsü4,16 Kb.
#4961
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   39

 
 
110 
 
 
14.  Saytın  ünvanını  təsdiq  etmək  üçün  elektron  poçtunuza  gələn  məktubu  açıb  gös-
tərilmiş istinada keçin. Saytınızın ünvanı simplesite adından və özünüz təyin etdi-
yiniz addan ibarət olacaq: info-cemiyyet.simplesite.com.  
 
 
 
15.  Saytda  mövzuya  aid  materiallar  yerləşdirmək  üçün  əlavə  səhifələr  yaratmaq  olar. 
Bunun üçün sağ tərəfdə yerləşən paneldə Add a page düyməsini çıqqıldadın. Müx-
təlif səhifə növləri olan pəncərə açılacaq. Standart page variantını seçin. 
 
 
 
16.  Səhifəyə  material  yerləşdirmək  və  redaktə  etmək  üçün  sağ  yuxarı  küncdəki 
  düyməsini  çıqqıldadın.  Açılan  səhifə  redaktorunun  alətləri  ilə 
tanış olun və hər bir alətin funksiyasını aydınlaşdırın. 
17.  İnformasiya cəmiyyətinə aid verilmiş mətni səhifədə yerləşdirin.  
18.  İnternetdə informasiya cəmiyyətinin formalaşdırılmasının əsas istiqamətləri barədə 
material toplayın və saytın ikinci səhifəsində yerləşdirin. 
19.  Foto albom və Video səhifələri yaradın və mövzuya uyğun
 
şəkillər, videomateriallar 
tapıb uyğun səhifədə yerləşdirin.  
 
 
Ötən  əsrin  ikinci  yarısında  böyük  həcmdə  informasiyanın  saxlanması,  ötürül-
məsi,  emalı  üçün  müasir  vasitələrdən  istifadə  edilməsi  qaçılmaz  oldu.
 
İnsanların 
LAYİHƏ


 
 

111 
 
•  V  fəsil  •  
İnformasiya texnologiyaları

müəyyən bir qisminin maddi məhsul istehsalından in-
formasiya sahəsinə keçməsi baş verdi. Bilavasitə mad-
di sərvətlər istehsal etməyən əhalinin yeni sosial təbə-
qəsi yarandı. Əqli əməyin payı artdığından bu əməklə 
bağlı sənət sahələrini seçən insanların sayı da artdı. Alimlərin "informasiya cəmiy-
yəti" adlandırdıqları yeni cəmiyyət formalaşmağa başladı.
 
 
İnformasiya cәmiyyәti elə bir cəmiyyətdir ki, orada cəmiyyət üzvlərinin əksəriy-
yəti informasiyanın istehsalı, saxlanması, emalı və istifadəsilə məşğul olur. 
İnformasiya cəmiyyətinin bəzi xarakterik cəhətləri bunlardır: 
1.
 
İnformasiyanın hәcmi inanılmaz dәrәcәdә artdığından onların emalı  vә 
saxlanması üçün xüsusi texniki vasitәlәrdәn istifadә edilir. 
İnformasiyanın həcmi o dərəcədə artmışdır ki, insan özü onu emal etməyə qadir 
deyil və bu işə xüsusi texniki vasitələri cəlb edir. Kompüterlər etibarlı informasiya 
mənbələrindən istifadə etməyə imkan verir, faydasız işi azaldır, optimal qərarların 
qəbul olunmasını sürətləndirir və informasiyanın emalını avtomatlaşdırır. 
2.
 
Kompüter texnikası, kompüter şәbәkәlәri, informasiya texnologiyaları sürәtlә 
inkişaf edir.  
İnternet şəbəkəsi istifadəçilərinin sayı yüz milyonlarla ölçülür. Özündə müxtəlif 
qurğuların  funksiyalarını  cəmləşdirən  (kompüter,  televizor,  radio,  telefon  və  s.) 
müasir multimedia sistemlərinin istifadəsi informasiya texnologiyalarının universal-
laşmasına aparıb çıxarır. İnformasiyanı saxlayan qurğular isə çox kiçilərək ovucun 
içinə yerləşən ölçüdə olur. Bu qurğular daxilində həcmi bir neçə  ensiklopediyaya 
bərabər olan şəxsi universal soraqçalar da yerləşdirilir. Bu qurğuları şəbəkəyə qoşub 
operativ informasiya, məsələn, hava haqqında, yollardakı tıxaclar barədə məlumatlar 
almaq mümkündür.  
3.
 
Dәyәrlәr dәyişәrәk yeni hәyat tәrzi formalaşır, asudә vaxtda mәşğuliyyәtlәr 
dәyişir. 
Artıq indi kompüter oyunları insanın boş vaxtının əsas hissəsini tutur. Bu oyunlar 
uzaq  məsafədə  yerləşən  bir  neçə  oyunçunu  özündə  birləşdirən  şəbəkə  sisteminə 
keçirilir.  İnternetdə  vaxt  keçirənlərin  sayı  artır.  Onlar  tədris  saytlarına  və  virtual 
muzeylərə səyahət edirlər, lazım olan ədəbiyyatı tapıb oxuyurlar. Onlayn ünsiyyət 
xidmətləri  istifadəçilərinin  sayı  durmadan  artır.  Bu  xidmətlər  vasitəsilə  uzaq 
məsafələrdə olan insanlar real zaman rejimində bir-birilə əlaqə saxlayırlar. 
4.
 
Evlәrdә cürbәcür elektron cihazlar vә kompüterlәşdirilmiş qurğular olur.  
Mənzillər naqillər sisteminin əvəzinə bir cərəyan və bir də informasiya kabeli ilə 
təchiz  olunur.  İnformasiya  kabeli  rabitə,  televiziya  kanallarını  və  İnternetə  çıxışı 
özündə  birləşdirir.  Xüsusi  elektron  blok  bütün  məişət  avadanlıqlarına  və  yaşayış 
sistemlərinə  nəzarət  edir,  binalar  “ağıllı”  olur.  “Ağıllı  binalar”la  yanaşı  “ağıllı 
avtomobil”lər  də  yaranır.  Onlarda  avtomobilin  texniki  hissəsinə  cavab  verən 
• 
İnformasiya cəmiyyəti  
• 
Elektron hökumət 
S ö z l ü k  
LAYİHƏ


 
 
112 
 
 
kompüterlə yanaşı, şəhər informasiya xidmətlərinə qoşulan sistem də işləyir. Belə 
avtomobil “ağıllı ev”lə əlaqədə olur və hətta evi idarə də edə bilir. 
5.
 
Enerji vә maddi mәhsullar istehsalını maşınlar tәmin edir, insan isә  әsas 
etibarilә informasiyanın emalı ilә mәşğul olur.  
İstehsalatda  insanların  sayı  azalır,  onların  yerini  robotlar  və  manipulyatorlar 
tutur. 
6.
 
Fasilәsiz tәhsil sistemi yaranır. 
İnsanlar  zamanla  ayaqlaşmaq,  sənətini  dəyişmək  və  cəmiyyətdə  layiqli  yer 
tutmaq üçün ömürboyu oxumaq imkanı qazanırlar. 
7.
 
Şagirdlәr kompüter proqramları vә telekommunikasiya vasitәlәrinin kömәyilә 
evdә tәhsil ala bilirlәr.  
Bununla əlaqədar tədris prosesində təlimin formaları dəyişir və təlimin tərbiyəvi 
aspektlərilə bağlı problemlər yaranır. 
8.
 
İnformasiya xidmәtlәri bazarı yaranaraq inkişaf edir.  
İnformasiya məhsul və xidmət növünə çevrilir. Bu məhsulu adi əmtəə kimi alıb-
satmaq mümkündür. 
 
 
 
 
 
  
 
1. 
Hazır şablonlarla saytların hazırlanmasının hansı üstünlükləri var? 
2. Hazırladığınız saytın səhifələrinə mətni necə yerləşdirdiniz? 
3. İnformasiya cəmiyyəti barədə nə öyrəndiniz? 
4. İnformasiya cəmiyyətinin formalaşdırılmasının əsas istiqamətlərini söyləyin.
 
 
 
Elektron  Hökumət  Portalına  (https://www.e-gov.az/)    daxil  olun  və  ayrı-ayrı  dövlət 
qurumlarının təklif etdiyi elektron xidmətlərlə tanış olun. Portalda qeydiyyatdan keçin 
və Təhsil Nazirliyinin "Ümumtəhsil məktəbləri şagirdlərinin təhsil aldıqları yer haq-
qında elektron arayış" xidmətindən istifadə etməklə özünüz haqqında elektron arayış 
alın. 
 
Araşdıraq- 
          öyrәnәk  
 
Öyrәndiklәrinizi  
yoxlayın
 
LAYİHƏ


Yüklə 4,16 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə