I9az titul+шмуц



Yüklə 4,16 Kb.
Pdf görüntüsü
səhifə31/39
tarix14.10.2017
ölçüsü4,16 Kb.
#4961
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   39

 
 
102 
 
 
keçən siqnallar qonşu keçiricilərə, digər elektrik qurğularının yaratdığı maneələr 
isə koaksial kabeldən keçən siqnallara təsir etmir. Göstərilən üstünlüklərinə görə 
bu kabellər sarınmış cütlük kabellərinə nisbətən bahadır

 
Fiber-optik kabelFiber-optik kabel (optik lif kabeli) nazik, elastik şüşə boru-
cuqlardan hazırlanır. Bu kabellərin ənənəvi metal rabitə xətlərindən bir sıra üstün-
lükləri var. Buraxılış zolağının eni çox böyük olduğundan o, daha çox verilənləri 
daşıya bilir; metal naqillərə nisbətən daha yüngüldür və maneələrə daha az həs-
sasdır. Fiber-optik kabellərin əsas çatışmazlığı onların kövrək və baha olmasıdır. 
 
Verilənlərin ötürülməsi üçün fiziki vasitələr
 
Sarınmış cutluk kabeli 
 
Koaksial kabel 
 
Fiber-optik kabel 
 
Hazırda verilənləri daşımaq üçün fiziki vasitələrlə yanaşı, simsiz vasitәlәrdәn də 
geniş istifadə olunur. 
•  Radiosiqnallar. Radiosiqnallar vasitəsilə ötürülmə zamanı ötürücü və qəbuledici 
antenalar arasında görünüş xəttinin olması vacibdir; belə ki, siqnal bir mənbədən 
o  birisinə  düz  xətt  boyunca  ötürülür.  Radioveriliş  üçün  siqnalları  göndərən 
radioötürücü aparatın və siqnalları qəbul edən radioqəbuledicinin olması lazımdır. 
•  Mikrodalğalar. Mikrodalğalı siqnallar fəzada elektromaqnit dalğaları formasında 
yayılır. Radiosiqnallar kimi, onlar da bir mikrodalğa stansiyasından digərinə düz 
xətt  üzrə  göndərilir.  Maneələrin  təsirindən  qaçmaq  üçün  mikrodalğa  stansi-
yalarının əksəriyyəti yüksəkliklərdə, yaxud hündür binaların başında quraşdırılır. 
•  Peyk  rabitәsi  vasitәlәri.  Rabitə  peykləri  orbitdə  Yerin  səthindən  on  minlərlə 
kilometr məsafədə hərəkət edir. Belə yüksəklik peykə Yerlə eyni sürətlə fırlan-
maqla  Yer  səthindəki  bir  nöqtə  üzərində  sabit  mövqe  saxlamağa  imkan  verir. 
Peykdəki avadanlıqlar Yerdən göndərilən siqnalları gücləndirir və onları yenidən 
Yerə qaytarır. 
Şəbəkə qurarkən bu rabitə vasitələrindən hər hansı birini seçmək üçün bir neçə 
amili  –  şəbəkənin  növünü,  ölçüsünü  (miqyasını)  və  onun  maya  dəyərini  nəzərə 
almaq lazımdır. 
 
 
 
LAYİHƏ


 
 

103 
 
•  V  fəsil  •  
İnformasiya texnologiyaları

Verilənlərin ötürülməsi üçün simsiz vasitələr 
 
            
 
 
                  Mikrodalğa qüllәlәri                                                    Peyk rabitәsi 
 
 
 
 
 
  
 
1. Verilənlərin ötürülməsinin ümumi sxemi necədir?  
2. Rabitə kanalı nədir və onları necə təsnif etmək olar? 
3. Verilənlərin ötürülməsi üçün hansı simsiz rabitə vasitələrindən istifadə olunur? 
4. Məktəbinizin kompüter şəbəkəsində hansı növ kabeldən istifadə olunub? 
5. Sizcə, mobil telefonlarda informasiya hansı siqnallar şəklində ötürülür?  
Wi-Fi və Wi-Max texnologiyaları haqqında İnternetdən məlumat toplayın.  
Bu texnologiyalarda informasiyanın ötürülməsinin maksimal sürəti nə qədərdir? Onla-
rın hansı üstünlükləri və çatışmazlıqları var? 
 
Araşdıraq- 
          öyrәnәk  
 
Öyrәndiklәrinizi  
yoxlayın
 
LAYİHƏ


 
 
104 
 
 
  
V
EB-SAYTLARIN YARADILMASI
 
   
 
 
 
 
 
1.  Hər hansı brauzer proqramını başladın.  
2.  informatika.edu.az saytını açın. 
3.  Ümumi menyusunun Layihə haqqında bəndinə daxil olub saytın məqsədi ilə tanış 
olun. 
4.  Məsələlər menyusunun Ümumi siyahı bəndinə daxil olun. Bir neçə məsələnin şərti 
ilə  tanış  olun.  Sonra  Statistika  bəndinə  daxil  olun.  Diaqramlarla  yaxından  tanış 
olun.  
5.  İstifadəçilər menyusunun Reytinq bəndinə daxil olun. Birinci yerdəki istifadəçinin 
adını çıqqıldadın və açılan səhifədə onun nəticələri ilə tanış olun. 
 
 
 
Nәticәni müzakirә edәk: 
-  Saytın istifadəçiləri arasında hansı proqramlaşdırma dili daha populyardır? 
İstifadəçilərin neçə faizi proqramlarını Python dilində yazırlar?  
-  Sadə məsələ - tam ədədlər - A50 məsələsini neçə nəfər düzgün həll edib? 
 
 
 
F ә a l i y y ә t
 
 
23 
 Veb-səhifə nədir və onu veb-saytdan nə fərqləndirir? 
 Veb-səhifələri nümayiş etdirmək üçün proqramlar necə adlanır? 
 
 
LAYİHƏ


 
 

105 
 
•  V  fəsil  •  
İnformasiya texnologiyaları

Kompüterlərin İnternetə çıxışı çox zaman telefon şəbəkəsi 
vasitəsilə həyata keçirilir. Təəssüf ki, informasiyanın telefon 
şəbəkəsi ilə ötürülmə sürəti elə də böyük deyil. Buna görə də 
vahid zamanda göndərilən simvolların miqdarını, başqa söz-
lə, trafiki azaltmaq üçün İnternetdə sənədin özü deyil, onun 
xüsusi dildə təsviri göndərilir. HTML (HyperText Markup 
Language,  hipermətn  nişanlama  dili)  adlı  bu  dil  veb-sənədləri  təsvir  etmək  üçün 
nəzərdə tutulub (HTML "eyç-ti-em-el", yaxud "haş-ti-em-el" kimi tələffüz olunur). 
Sənədin  bu dildə  yazılmış  təsvirini  alan  brauzer  mətni  formalaşdırmaqla  və  illüs-
trasiyaları  uyğun  yerlərə  qoymaqla  sənədi  yenidən  yaradır.  Hər  dəfə  veb-səhifəni 
açarkən,  əslində,  HTML  dilində  yazılmış  sənəd  açılmış  olur.  Bütün  veb-sənədlər 
HTML dilinin köməyilə formatlanmışdır.  
İnformasiyanı  ekrana  necə  çıxartmağı  brauzerə,  yaxud  başqa  proqrama  gös-
tərmək üçün HTML dilində teqlәr toplusundan istifadə olunur. Teqlәr mətnin bra-
uzerdə əksolunma qaydasını müəyyənləşdirən göstərişlərdir. Teq həmişə açan künc 
mötərizə (< işarəsi) ilə başlayır və bağlayan künc mötərizə (> işarəsi) ilə bitir

Teq-
lərin köməyilə sənəddə bölümlər, abzaslar, siyahılar, rəsmlər, cədvəllər, kolontitullar 
və  başqa  obyektlər  təyin  oluna  bilər.  Hər  bir 
blokun  daxilində  şrifti,  simvolların  ölçüsünü, 
mətnin  rəngini  dəyişmək,  mətni  kursivlə  seç-
dirmək, yaxud onu qalın etmək olar. HTML-in 
yaradıcısı  Tim  Berners-Li  (Tim  Berners-Lee) 
hesab olunur. 
 
 
 
 
 
• 
Veb-sayt 
• 
Veb-səhifə 
• 
HTML 
• 
Teq 
• 
Baş səhifə 
S ö z l ü k  
Tim Berners-Li 
(1955)  
LAYİHƏ


Yüklə 4,16 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə