I9az titul+шмуц



Yüklə 4,16 Kb.
Pdf görüntüsü
səhifə18/39
tarix14.10.2017
ölçüsü4,16 Kb.
#4961
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   39

 
 

57 
 
•   III  fəsil  •  
Tətbiqi proqramlar

Xәtti  diaqram,  yaxud  qrafik  dəyişənlərin  necə  dəyişməsini  göstərmək  üçün 
verilənlərin qiymətlərinin düz xətlərlə birləşdirildiyi diaqram növüdür. 
Dairәvi diaqram  faiz qiymətlərini  dairənin, yaxud diskin sektorları kimi  gös-
tərən diaqram növüdür. Belə diaqramda hər bir bölmə (sektor) uyğun qiymətin bütün 
qiymətlər cəmində nisbi payını (faizlə ifadə olunmuş) əks etdirir. 
Histoqram,  yaxud  zolaqlı  diaqram  (sütunlu  diaqram)  müxtəlif  hündürlüklü 
(enli) şaquli və ya üfüqi zolaqlardan ibarət olan qrafik növüdür. Bu zolaqların hər 
biri  verilənlərin  müəyyən  qiymətinə  uyğundur  ki,  bu  da  onların  kəmiyyətlərinin 
nisbətini  müşahidə etməyə imkan verir. 
Elektron cədvəldə bir sətirdə, yaxud bir sütunda yerləşmiş verilənlərə sıra deyilir. 
Diaqram  qurarkən  öncə  sıraları  seçdirmək,  sonra  isə  diaqramın  tipini  seçmək  la-
zımdır.
 
Diaqram özü mürəkkəb obyekt olub aşağıdakı elementar obyektlərdən təşkil 
olunur: sıra, ox, başlıq, legenda, qurulma sahәsi.  
 
 
 
 
Diaqram istər bir sıraya, istərsə də bir neçə sıraya görə qurula bilər. Seçdirilmiş 
xanalar diapazonu üçün diaqramın qurulması bir neçə verilənlər sırası üzrə aparılır. 
Bu  halda  hər  bir  sıra  olaraq  seçdirilmiş  diapazonun  uyğun  sətri,  yaxud  sütunu 
götürülür.  Başlığı  istifadəçi  müəyyənləşdirir  və  o, 
adətən,  diaqramın  üstündə  yerləşdirilir.  Diaqrama  le-
genda  –  sıraların  adlarının,  başqa  sözlə,  dəyişənlərin 
işarələrinin siyahısını da əlavə etmək olar. Oxlarla əhatə 
olunmuş qurulma sahәsi verilənlər sırasını yerləşdirmək 
üçün nəzərdə tutulub. Nəticələrin təhlilini əlverişli etmək 
üçün qurulma sahəsinə tor da əlavə etmək olar.  
 
• 
Diaqram 
• 
Xətti diaqram 
• 
Dairəvi diaqram 
• 
Histoqram
 
• 
Legenda 
S ö z l ü k  
LAYİHƏ


 
 
58 
 
 
 
1.  Azәrbaycan әhalisi adlı elektron cədvəl faylını açın.
 
2.  Bu cədvələ uyğun diaqram qurmaq üçün öncə A3:I4 xanalarını seçdirin.
 
3.  Insert menyusunda Charts bölümündə Pie düyməsini çıqqıldadın. Dairəvi diaq-
ramların müxtəlif növləri təklif olunacaq. 
 
 
 
           
4.  Birinci variantı seçin. İş
 
sahəsində kiçik çərçivədə 
dairəvi diaqram qurulacaq. Diaqramın sağında 
görünən legenda tam deyilsə, çərçivədəki 
tutacaqlardan "tutub dartaraq" çərçivənin 
ölçülərini o qədər böyüdün ki, legenda tam 
yerləşsin. 
 
 
5.  Eyni zaman alətlər zolağında diaqramın tərtibatını 
və üslubunu kökləmək üçün variantlar əks oluna-
caq. Birinci tərtibatı (Layout 1) və onuncu üslubu 
(Style 10) seçin. 
 
 
6.  Diaqramın sektorlarında yaş qrupları və hər yaş qrupundan olan əhalinin faizi 
görünəcək. "Әhalinin sayı (min nәfәrlә)" yazılmış başlıq sahəsini çıqqıldadın və 
həmin sahəyə "Azәrbaycan Respublikasında әhalinin yaş qrupları üzrә bölgüsü 
(2015-ci ilin әvvәlinә)" cümləsini yazın. 
 
 
7. Faylı mövcud adı ilə saxlayın. 
 
 
 
F ә a l i y y ә t
 
2
LAYİHƏ


 
 

59 
 
•   III  fəsil  •  
Tətbiqi proqramlar

  
 
 
 
1.  Diaqram hansı elementar obyektlərdən ibarətdir? 
2.  Elektron cədvəl proqramında hansı əsas diaqram növləri var? 
3.  Aşağıdakı cədvəli və ona uyğun diaqramı qurun. 
 
 
 
 
 
4.  Diaqramlara baxıb aşağıdakı suallara cavab verin. 

Diaqramda hansı informasiya təqdim olunub? Bunu necə təyin etdiniz? 
- Bu informasiyanı cədvəl şəklində necə vermək olar? 
- Yeniyetmələri daha çox nə cəlb edir? 
 
 
 
Sonuncu  diaqramdakı  faiz  qiymətlərini  dərsin  başlanğıcında  verilmiş  cədvəlin 
"Əhalinin sayı (faizlə)" sətrindəki qiymətlərlə müqayisə edin. Diaqramda qiymətlərin 
nə üçün yuvarlaqlaşdırıldığını aydınlaşdırmağa və kəsr hissələri "bərpa etməyə" çalışın.
 
 
Araşdıraq- 
          öyrәnәk  
 
Öyrәndiklәrinizi  
yoxlayın
 
LAYİHƏ


 
 
60 
 
 
 
 
 
 
 
1. "Mətn sənədinin obyektləri" dedikdə nə başa düşülür? 
2. Şəkli mətnə nəzərən müxtəlif yerlərdə yerləşdirmək üçün nə etmək 
lazımdır? 
3. Verilmiş düymələrin təyinatını izah edin. 
 
 
4.  Multimedia  təqdimatında  slaydlar  arasında  eyni  keçid  effektini  vermək 
üçün nə etmək lazımdır? 
5. Nisbi, mütləq və qarışıq ünvanlar arasında hansı fərq var?   
6. Elektron cədvəldə otağın həcmini hesablamaq üçün E3 xanasına nə yazmaq 
lazımdır? 
 
 
 
7. Elektron cədvəlin fraqmenti verilib. C1 xanasına =A1−$B$1 düsturu daxil 
edilib. Bu düstur C1 və C2 xanalarına tətbiq olunarsa, onların qiyməti nə 
olacaq? 
 
 
 
8.  İlin  hər  ayında  günəşli  günlərin  sayını  göstərmək  üçün  hansı  növ  diaq-
ramdan istifadə etmək əlverişlidir? 
ÜMUMİLƏŞDİRİCİ SUAL VƏ TAPŞIRIQLAR 
LAYİHƏ


Yüklə 4,16 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə