4
69
• IV fəsil •
Proqramlaşdırma
•
find metodudur. Bu metod verilmiş sətirdə onun altsətrini tapmaq üçün nəzərdə
tutulub. Axtarılan altsətir tapılırsa, metod altsətrin birinci dəfə rast gəlindiyi yerin
indeksini qaytarır. Əgər axtarılan altsətir tapılmırsa, metod -1 qiymətini qaytarır.
Məsələn:
>>>
S =
'Maraqlanıb soruşmaq bilik əldə etməyin yarısıdır.'
>>>
print
(S.find(
'bilik'
))
20
>>>
print
(S.find(
'ar'
))
1
>>>
print
(S.find(
'kitab'
))
-1
find metodunun başqa parametrləri də ola bilər. S.find(T, a, b) yazılışı
S sətrində T altsətrinin S[a:b] kəsiyində axtarıldığını göstərir. Ancaq nəzərə
almaq lazımdır ki, S.find(T, a, b) metodunun qaytardığı qiymət T altsətrinin
kəsikdəki
indeksi deyil, S sətrindəki indeksi olur .
>>>
print
(S.find(
'a'
, 5, 10))
6
Proqramda istifadә olunacaq dәyişәnlәrin tәsviri:
s – daxil edilən sətir;
soyad, ad – sətirdəki
birinci və ikinci söz;
k – sətirdə sözlərin arasında olan boşluq simvolunun mövqeyi.
Mәsәlәnin hәll alqoritmi:
1. Sətir daxil edilir.
2. find metodu vasitəsilə boşluq simvolunun yeri müəyyən olunur.
3. Sətrin başlanğıcdan boşluq simvolunadək hissəsi soyad dəyişəninə
mənimsədilir.
4. Sətrin boşluqdan sonrakı simvolundan sonadək
hissəsi ad dəyişəninə mənim-
sədilir.
5. İkinci sözdən (ad) , boşluq simvolundan və birinci sözdən (soyad) ibarət
yeni sətir yaradılır.
6. Yeni sətir çıxışa verilir.
s =
input
()
p = s.find(
' '
)
soyad = s[:p]
# birinci söz – soyad
ad = s[p + 1:]
# ikinci söz – ad
s = ad +
' '
+
soyad
print
(s)
Soyadınız və adınızı klaviaturadan daxil edən və onların yerlərini dəyişərək
(yəni öncə adınızı, sonra soyadınızı) çıxışa verən proqram yazın.
Mәsәlә
LAYİHƏ
70
Sətir obyektinin başqa metodları da vardır ki, onlardan bəzilərinin təsviri aşağıdakı
cədvəldə göstərilib.
Metod
Tәsviri
s1.count(s0)
s1 sətrində s0 altsətrinə neçə dəfə
rast gəlindiyini müəyyən
edir. Məsələn:
>>>
s1 =
'abrakadabra'
>>>
s1.count(
'ab'
)
2
s1.strip()
Sətrin başlanğıcında və sonundakı boşluq simvolları
uzaqlaşdırılır. Məsələn:
>>>
s1 =
' abc '
>>>
s1.strip()
'abc'
s1.replace(s2,s3)
Verilmiş sətrin s2 fraqmenti s3 fraqmenti ilə əvəz olunur.
Məsələn:
>>>
s1 =
'Qırğızıstan'
>>>
s1.replace(
'Qırğız'
,
'Qazax'
)
'Qazaxıstan'
s1.capitalize()
Sətirdə birinci hərf baş (böyük) hərfə çevrilir. Məsələn:
>>>
s1 =
'diqqətli olun'
>>>
s1.capitalize()
'Diqqətli olun'
s1.upper()
Sətirdəki bütün hərflər baş hərflərlə əvəz olunur. Məsələn:
>>>
s1 =
'Qusar Quba Xaçmaz'
>>>
s1.upper()
'QUSAR QUBA XAÇMAZ'
s1.lower()
Sətirdəki bütün hərflər kiçik hərflərlə əvəz olunur. Məsələn:
>>>
s1 =
'Abı-Sırğaçiçəyi-Sarı-Qara'
>>>
s1.lower()
'abı-sırğaçiçəyi-sarı-qara'
1. Sətir nədir?
2. Proqramda giriş və çıxış əməlləri nəyi bildirir və Python dilində onlar hansı funksiyalar
vasitəsilə ifadə olunur.
3. Metod nədir?
4. Verilmiş sözün hərflərini tərs ardıcıllıqla çıxışa verən proqram tərtib edin.
5. Sətrin ortasındakı simvolu çıxışa verin. Əgər simvolların sayı cütdürsə, ortadakı iki
simvolu çıxışa verin.
Öyrәndiklәrinizi
yoxlayın
LAYİHƏ