I9az titul+шмуц



Yüklə 4,16 Kb.
Pdf görüntüsü
səhifə6/39
tarix14.10.2017
ölçüsü4,16 Kb.
#4961
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   39

 
 
18 
 
 
 
8. 
Fayla uyğun ad verib öz qovluğunuzda saxlayın. 
 
 
 
 
 
  
1. 
Rastr və vektor görüntülərin hansı fərqli cəhətləri ilə tanış oldunuz?  
2. 
Qrafik redaktorda qatlarla iş hansı üstünlükləri verir?  
3. 
Nəyə görə Paint qrafik redaktorunda qruplaşdırma komandası yoxdur?  
4. 
Vektor redaktorunda aşağıdakı fiqurları hazırlayın. 
 
   
 
 
5. 
Vektor redaktorunda gördüyünüz  kimyəvi maddənin molekul 
modelini çəkin. Bu maddənin adını öyrənməyə çalışın.  
 
 
 
 
1. 
OpenOffice.org Draw proqramının  Drawing  zolağında yerləşən düymələrin    təyi-
natını araşıdırın. 
2. Arrange menyusunun başqa bəndlərindən istifadə etməklə seçdirilmiş obyektin o biri 
obyektlərə nəzərən yerinin necə dəyişildiyinə diqqət edin.  
 
         
 
 
Araşdıraq- 
          öyrәnәk  
 
Öyrәndiklәrinizi  
yoxlayın
 
LAYİHƏ


 
 

19
 
 
 
•   I  fəsil  •  
Kodlaşdırma 

 Q
RAFİK İNFORMASİYANIN KODLAŞDIRILMASI  
 
 
 
 
1.  Damalı vərəqdə aşağıdakı cədvəllərin sətir və sütunlarının sayına uyğun düzbu-
caqlılar çəkin.  
 
0110 
1001 
1001 
0110 
 
00111100 
01111110 
11100111 
11000011 
11000011 
11100111 
01111110 
00111100 
 
2.  “1” olan xanalara uyğun damaları kağızda müəyyənləşdirin və həmin damaları 
rəngləyin.  
3.  Alınan görüntüləri müqayisə edin. 
 
Nәticәni müzakirә edәk: 
-  Hansı cədvələ uyğun görüntü daha “dəqiq” alındı? Sizcə niyə? İkinci görüntünü 
daha da “dəqiq” vermək üçün nə etmək lazımdır?  

0 və 1-lərdən ibarət cədvəlləri uyğun görüntülərin kodu hesab etmək olarmı? 
 
 
 
Təqdimolunma  formasından  (rastr  və  ya  vektor)  asılı  olmayaraq,  qrafik  infor-
masiya  kompüterin  ekranında  rastr formatında  kodlaşdırılır.  Bu  zaman  hər  bir 
görüntü rəngli nöqtələrdən – piksellərdən təşkil edilmiş düzbucaqlı cədvəldən ibarət 
olur.  Hər  bir  nöqtənin  rəngi  və  parlaqlığı  ədədlə  ifadə  olunur  ki,  bu  da  qrafik 
informasiyanı təqdim etmək üçün ikilik koddan istifadə etməyə imkan verir.  
Görüntünün  bir  pikselinin  rəngini  kodlaşdırmaq  üçün  istifadə  olunan  bitlərin 
miqdarına rәng dәrinliyi deyilir. Bildiyiniz kimi, 1 bitlə 2 rəngi (2
1
), 2 bitlə 4 rəngi 
(2
2
), 4 bitlə 16 rəngi (2
4
), 8 bitlə 256 rəngi (2
8
) kodlaşdırmaq mümkündür. Rəqəmsal 
videoda rəng dərinliyi üçün 15 bit yetərli olur. Rənglərin gerçək foto keyfiyyətində 
olması üçün ən azı 24 bit lazımdır. 
 
 
1 bit (2 rәng) 
4 bit (16 rәng) 
24 bit (16 777 216 rәng) 
 
 
F ә a l i y y ә t
 
 

 İnformasiyanın hansı növləri var? 
 Kompüterdə mətn informasiyası necə kodlaşdırılır? 
 
 
LAYİHƏ


 
 
20 
 
 
Qrafik faylın həcmini tapmaq üçün onun uzunluğunda və enində olan piksellərin 
sayını (uyğun olaraq, a və b) və rəngin dərinliyini (n) bilmək lazımdır. Onda qrafik 
faylın həcmi (V) aşağıdakı düsturla hesablanacaq: 
V = a · b · 
 
 
 
256 × 256 piksel ölçüsü olan rastr görüntüdə 512 rəngdən istifadə olunub. Görüntü 
kompüterin yaddaşında nə qədər yer tutacaq? 
 
Hәlli. Öncə görüntünü təşkil edən piksellərin ümumi sayını tapaq. Bu zaman 2-nin 
qüvvətlərindən istifadə etməklə hesablamaları asanlaşdırmaq olar: 
a · b = 256 · 256 = 2

· 2
8
 = 2
16

Palitra 512 rəngdən ibarət olduğundan həmin ədədi 2-nin qüvvəti şəklində göstərməklə 
rəng dərinliyini tapaq: 
512 = 2
n
  2
9
 = 2
n
  n = 9. 
Yəni görüntünün kodlaşdırılması zamanı 9 bitdən istifadə olunur.  
Beləliklə, rastr görüntünün həcmi  
= 2
16
· 9 bit = 2
13
· 9 bayt = 2
3
·9 Kbayt = 72 Kbayt olacaq. 
 
   
Monitorda  istənilən  rəng  üç  əsas  rəngin  qarışı-
ğından  alınır:  qırmızı  (Red),  yaşıl  (Green)  və  göy 
(Blue). Belə kodlaşdırma sistemi RGB adlanır ("er-ci-
bi" kimi oxunur). Bu rəngləri müəyyən nisbətdə qarış-
dırmaqla  insan  gözünün  qəbul  edə  biləcəyi  istənilən 
başqa rəngi almaq olar; heç bir rəngin olmaması qara 
rəngi, hər üç rəngin 100% olması isə ağ rəngi verir. 
Əgər bu üç əsas rəngin hər birinin parlağlığını kodlaşdırmaq üçün 8 bitdən (256 
qiymətdən) istifadə olunsa, onda görüntünün hər bir nöqtəsini kodlaşdırmaq üçün 24 
bit  lazımdır.  Belə  kodlaşdırma  sistemi  birqiymətli  olaraq  16,8  milyon  rəngi 
müəyyənləşdirməyə imkan verir. Rəngli görüntülərin 24 bitlik ikilik ədədlər vasi-
təsilə belə kodlaşdırılması tam rәngli 
(True Color) 
kodlaşdırma adlanır. 
 
 
 
Çap işlərində üç əsas rəngdən deyil, tamamlayıcı rәnglәrdәn istifadə edilməsi 
daha  əlverişli  olur.  Tamamlayıcı  rənglər  bunlardır:  abı  (Cyan),  sırğaçiçәyi 
(Magenta) və sarı (Yellow). Boyaq maddələri mükəmməl olmadığından bu rənglərin 
qarışığından  ideal  qara  rəng alınmır. Ona  görə  də  çapda  qara (Black) rəng ayrıca 
 
 
N ü m u n ә
 
Abı 
Sırğaçiçəyi
Sarı 
• 
Rəng dərinliyi 
• 
Tamamlayıcı rənglər 
• 
RGB kodlaşdırması 
• 
CMYK kodlaşdırması 
S ö z l ü k  
LAYİHƏ


Yüklə 4,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə