I9az titul+шмуц



Yüklə 4,16 Kb.
Pdf görüntüsü
səhifə3/39
tarix14.10.2017
ölçüsü4,16 Kb.
#4961
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   39

 
 
 
 
 
 
 
 
 
 
 
KODLAŞDIRMA 
 
 
1. Rastr qrafikası 
2. Vektor qrafikası 
3. Vektor redaktorunda iş 
4. Qrafik informasiyanın 
kodlaşdırılması 
5. Səs informasiyasının 
kodlaşdırılması 
 
1
LAYİHƏ


 
 

 
 
 
 
 
 
 
 
 
 R
ASTR QRAFİKASI 
 
 
 
 
 
1.  Paint qrafik redaktorunda hər hansı qrafik faylı açın. 
2. 
 
Magnifier (Böyüdücü) alətini seçin. Göstərici həmin alətin şəklini alacaq. 
3.  Göstəricini iş sahəsinə aparın və siçanın sol düyməsini çıqqıldadın. Şəklin ölçüsü iki 
dəfə böyüyəcək. (Şəkli kiçiltmək üçün siçanın sağ düyməsindən istifadə etmək 
lazımdır.) 
4.  Bu hərəkəti bir neçə dəfə təkrar edin.
 
 
 
 
Nәticәni müzakirә edәk: 
- Böyüdülmüş şəklə baxmaqla ekranda görüntünün necə formalaşması haqqında nə 
demək olar?
 
 
Ekranda görüntünün eyni ölçülü çox kiçik nöqtələrdən – piksellәrdәn formalaş-
dığını  bilirsiniz.  Ekranda  görüntünü  əmələ  gətirən  nöqtələrin  düzbucaqlı  şəbəkəsi 
rastr  adlanır.  (“Rastr”  termini  latın  dilindəki  “rastrum”  sözündəndir  və  “dırmıq” 
deməkdir.)  Hesablama  texnikası  vasitəsilə  yaradılan  və  kompüterin  yaddaşında 
 
 
F ә a l i y y ә t
 
1

 Hansı qrafik redaktorları tanıyırsınız? 
 Sizcə Paint qrafik redaktorunun hansı üstünlükləri və çatışmazlıqları var? 
 
 
KODLAŞDIRMA  
 
1
LAYİHƏ


 
 

9
 
 
 
•   I  fəsil  •  
Kodlaşdırma 

ekranın piksellərinə uyğun olan bitlər yığını şəklində saxlanılan görüntüyə isə rastr 
qrafikası deyilir. 
 
 
 
 
Ekranda nöqtələr birləşərək bütöv bir şəkil əmələ gətirsə də, rastr görüntünü çox 
böyütdükdə o, kiçik xanalardan təşkil olunmuş mozaikaya (tora) bənzəyir. Rastrın 
hər  bir  nöqtəsi  iki  parametrlə  xarakterizə  olunur:  ekrandakı  mövqeyi  ilə  və  əgər 
monitor rənglidirsə rəngi ilə, ag-qaradırsa, parlaqlıq dərəcəsi ilə.  
Rastr görüntülər yaratmaq və onlar üzərində əməliyyatlar aparmaq üçün çoxlu 
sayda proqramlar mövcuddur. Windows əməliyyat sisteminin tərkibinə daxil olan 
Microsoft Paint proqramı ilə aşağı siniflərdən tanışsınız. İkiölçülü rəsmlər yaratmaq 
üçün  daha  geniş  imkanları  olan  PaintNET,  Corel  Painter,  Adobe  PhotoShop
yaxud  Corel  PHOTO-PAINT  kimi  proqramlardan  da  istifadə  etmək  olar.  Rastr 
görüntülərlə  işləmək  üçün  geniş  imkanlara  malik  sərbəst  (ödənişsiz)  yayılan 
proqramlar  da  mövcuddur.  Belə  proqramlara  PaintNET,  GIMP,  TuxPaint, 
StarOffice Image rastr qrafik redaktorlarını aid etmək olar. 
 
 
 
 
PaintNET 
 
 
Adobe PhotoShop 
 
GIMP 
 
 
TuxPaint 
 
Rastr  görüntülər  piksellər  yığınından  ibarət  olsa  da,  onlarla  iş  zamanı,  adətən, 
ayrı-ayrı  piksellərlə  deyil,  bütöv  fraqmentlərlə  işlənilir.  Bunun  üçün  qrafik 
redaktorlarda  müxtəlif  alətlər  nəzərdə  tutulub:  düz  xətt,  əyri,  düzbucaqlı,  oval 
(ellips), çoxbucaqlı, dəyirmi düzbucaqlı, fırça, pozan, rənglə doldurma və s. Ancaq 
bəzən görüntünün ayrıca pikselləri ilə işləmək zərurəti yaranır. Məsələn, tutaq ki, 
yaratdığınız rəsmin hansısa hissəsində cəmi bir neçə nöq-
tədən ibarət olan bir simvol ( ) yerləşdirmək lazımdır. 
Bu  işi  Paint  redaktorunda  indiyədək  istifadə  etdiyiniz 
alətlərin köməyilə etməyə çalışsanız, bunun o qədər də 
asan olmadığını görəcəksiniz. İndi öyrənəcəyiniz üsulla 
isə bunu çox rahatca yerinə yetirmək mümkündür.   
  
RASTR 
• 
Piksel 
• 
Rastr 
• 
Rastr qrafikası 
• 
BMP formatı 
S ö z l ü k  
LAYİHƏ


 
 
10 
 
 
Görüntünün ayrı-ayrı piksellərini redaktə etmək (rəngini dəyişdirmək) üçün 
 
“Karandaş” (Pencil) alətindən istifadə olunur. Bu zaman “tor” rejimindən istifadə 
edilməsi çox əlverişli olur. Bu rejimə Paint proqramında menyunun 
ViewGridlines 
(
PaintNET proqramında 
ViewPixel Grid) 
komandasından keçilir. 
 
 
1.  PaintNET qrafik redaktorunu başladın. 
2. 
 
Magnifier (Böyüdücü) alətindən istifadə etməklə iş sahəsini 
bir neçə dəfə böyüdün.  
3.  Menyudan 
ViewPixel  Grid  komandasını  seçin.  İş  sahəsinin 
üzərində “tor” əmələ gələcək. 
4. 
 
Pencil  (Karandaş)  alətini  götürün  və  istədiyiniz  yerdə 
aşağıdakı simvolu çəkin. 
 
5. 
Magnifier alətinin köməyilə iş sahəsini ilkin ölçüsünə qaytarın.    
 
 
Windows  əməliyyat  sistemində  rastr  görüntüləri  saxlamaq  üçün  əsas  format 
Windows Bitmap formatıdır. Bu formatlı faylların uzantısı BMP olur. Uzantısı
 
GIF
 
və  ya  JPEG  olan  rastr  görüntülərdən  də  geniş  istifadə  edilir  (başlıca  olaraq 
İnternetdə). Son zamanlar PNG formatı da geniş yayılmışdır. Bu formatlarda faylın 
ölçüsü  hiss  ediləcək  dərəcədə  azalır,  ancaq  görüntünün  keyfiyyəti  azalmır,  yaxud 
əhəmiyyətsiz dərəcədə azalır. Rastr görüntüləri yüksək keyfiyyətdə saxlamaq üçün 
TIFF formatından istifadə olunur.
  
Rastr  qrafikası,  demək  olar  ki,  kifayət  qədər  mürəkkəbliyə  və  dəqiqliyə  malik 
rəsmlər yaratmağa imkan verir. Bu, rastr görüntülərin başlıca üstünlüyüdür.  Bu-
nunla belə,  rastr  qrafikasının bəzi çatışmazlıqları da vardır. Bu nöqsanlar rəsmdə 
daha yüksək dəqiqlik və xətlərin aydınlığı tələb olunduqda meydana çıxır. Birincisi, 
yüksək çözümlülüyə malik rastr görüntülərin həcmi çox böyük olur. İkincisi, rastr 
görüntüləri böyüdüb-kiçildən zaman çətinliklər yaranır. Belə ki, miqyası böyüdəndə 
rastr elementləri görünür və nəticədə görüntü təhrif olunur. 
 
 
 
F ә a l i y y ә t
2
LAYİHƏ


Yüklə 4,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə