Ia9 -fesil-1: 9 qxd


"Yüksək səviyyəli" və "aşağı səviyyəli" proqramlaşdırma dili nə deməkdir?



Yüklə 0,93 Mb.
səhifə2/9
tarix08.10.2017
ölçüsü0,93 Mb.
#3833
növüDərs
1   2   3   4   5   6   7   8   9

"Yüksək səviyyəli" və "aşağı səviyyəli" proqramlaşdırma dili nə deməkdir?

  • Yüksək səviyyəli dillərdə proqramlaşdırmanın maşın dilində proqramlaşdırma-






    dan hansı üstünlükləri var?

      1. Yüksək səviyyəli dillərin müsbət və mənfi cəhətlərini izah edin.

      2. Ən yüksək səviyyəli proqramlaşdırma dilini necə təsəvvür edirsiniz?

      1. ROQRAMLARIN HAZIRLANMASI

    Proqramlaşdırma nəzəriyyəsi ilə praktik proqramlaşdırma paralel inkişafetmişdir. İnkişafın ilk mərhələsində informasiya emalının riyazi nəzəriyyəsi hazır-lanmış və elə həmin dövrdə də proqramların düzgünlüyünü yoxlayan vasitələr vəsəmərəli translyatorların yaradılması prinsipləri işlənib hazırlanmışdır.

    O zamanlar proqramçılara çox yüksək ixtisaslı işçilər kimi baxılırdı. Bu, nadirpeşələrdən idi, proqramların istehsalı isə hələ kütləvi xarakter daşımırdı.

    Kompüterlərin sonrakı inkişafı və yayılması ağırlıq mərkəzini tətbiqi sahəyə keçirdi.Proqramçıların, eləcə də proqramların sayı artaraq, milyonlarla hesablanmağa başladı.Bununla belə, ixtisaslı proqramçıları müəyyənləşdirən bilik səviyyəsi aşağı düşdü.

    Getdikcə mürəkkəb proqramların hazırlanmasında daha çox orta səviyyəliproqramçılar iştirak etməyə başladı.



    Kiçik və orta həcmli proqramların hazırlanması. Kiçik və orta həcm-li (bir neçə min sətirlik) hər hansı bir proqram ayrı-ayrı proqramçılar tərəfindənyaradıla bilər. Onların yaradılması adətən iki mərhələdə baş verir:

    Birinci mərhələ təhlil (analiz) mərhələsidir. Bu mərhələdə proqramın təyinatıaydınlaşdırılır, alqoritm düşünülüb tapılır, verilənlərin strukturu müəyyənləşdirilir,proqram obyektləri qeyd olunur və onlar arasındakı qarşılıqlı əlaqələr aşkar edilir.

    İkinci mərhələ kodlaşdırmadır. Bu mərhələdə alqoritm hər hansı proqram-laşdırma dilində yazılır. Kiçik proqramlar üçün bu, maksimal əmək tələb edənəsas mərhələdir. Testləmə və sazlama çox da böyük zəhmət tələb etmir. Belə layi-hələrin bir proqramçı tərəfindən icrası yarım ilədək çəkə bilər.

    Böyük proqramların hazırlanması. Böyük proqramların həcmi milyon-larla sətrə çatır. Onların hazırlanmasına onlarla, bəzən isə yüzlərlə proqramçı birneçə il birgə əmək sərf edir. Belə proqramların hazırlanması bir neçə ardıcıl mər-hələdən ibarətdir.

    Proqramların hazırlanma mərhələləri:


        1. Məsələnin qoyuluşu və təhlili.

        2. Texniki tapşırığın hazırlanması.

        3. Layihələndirmə və kodlaşdırma.

        4. Testləmə və sazlama.

        5. Tətbiq edilmə.

        6. Müşayiət.

    Birinci mərhələdə layihəyə olan tələblər təhlil olunur. Bu, layihənin uğurlasona çatmasını müəyyənləşdirən ən önəmli mərhələdir. İri layihələrin uğursuz-

    luğu çox zaman bu mərhələdə buraxılmış səhvlərlə bağlı olur. Tələblərin təhliligedişində proqramın təyinatı dəqiqləşdirilir, giriş və çıxış verilənləri aydın-laşdırılır. Tələb olunan resurslar və layihənin dəyəri qiymətləndirilir.

    Növbəti mərhələ proqramın spesifıkasiyalarının hazırlanmasıdır. Bu mərhə-lədə proqramçılar üçün texniki tapşırıqlar formalaşdırılır, iş sənədləri hazırlanırvə işin təqvim planı qurulur.

    Sonra proqramın layihələşdirilməsi kodlaşdırılması işləri başlanır. Böyüklayihələrdə buna əsas mərhələ kimi baxılmır.

    Kodlaşdırma sona çatdıqda (bəzən isə daha öncədən), proqramın testlənməsi sazlanması başlanır. Testləmə mərhələsində proqramın düzgünlüyü, onun işi-nin səmərəliliyi, korrekt olmayan hərəkətlərə və texniki nasazlıqlara dözümlüyü,kritik rejimlərdə işləmə etibarlılığı yoxlanılır. Müəyyən olunmuş nasazlıqlarproqramçılar tərəfindən dərhal aradan qaldırılır.

    İnterpretatorlar. Kompilyatorlar

    Yüksək səviyyəli dildə yazılmış proqramın kompüterin mərkəzi prosessoru tərəfindənbaşa düşülüb icra olunması üçün o, maşın koduna çevrilməlidir. Bu çevrilmə müxtəlifyollarla aparıla bilər:

    Birinci yol ilkin proqramın hər bir sətrini maşın koduna çevirən (translyasiya edən,ing. translate) proqramı başlatmaqdır. Bu proqram bir sətri çevirir və onu yerinəyetirilmək üçün mərkəzi prosessora verir, yalnız bundan sonra növbəti sətrinçevrilməsinə keçir. Belə proqrama interpretator (ing. interpreter) deyilir.

    Bu proqramı iki müxtəlif dilli şəxsin ünsiyyətinə kömək edən tərcüməçi ilə müqayisəetmək olar. Birinci şəxs nəsə deyir, tərcüməçi onun dediklərini tərcümə edir. İkincişəxs cavab verir və onun cavabı birinci şəxsə tərcümə olunur. Bu proses bütün dialoqmüddətində davam edir.

    Bu yanaşmanın üstünlüyü onun istifadəçi üçün sadəliyindədir. Proqram yazılıb-başladıldıqdan dərhal sonra kompüterin hər dəfə nə etdiyini görmək olur. Əgər proq-

    ramda nəyisə dəyişmək lazımdırsa, bu dəyişiklik edilir və proqram yenidəntranslyasiya olunur. Ancaq bu yolun bir çatışmazlığı var: proqram tam hazır olduqdansonra da, hər dəfə icra olunmazdan qabaq onun hər bir sətri təzədən maşın kodunaçevrilir və nəticədə proqramın ümumi icra müddəti uzanır.

    Başqa bir müqayisə aparaq. Bu kitabı Azərbaycan dilində yazıb sonradan rus dilinəçevirmək üçün naşir tərcüməçi tutur və kitabı bütövlükdə rus dilinə tərcümə etdirir.Translyatorun başqa növü olan kompilyator da (ing."compile " - "tərtib etmək", "yığ-maq") belə işləyir: proqram yüksək səviyyəli dildə tam yazıldıqdan sonra kompilya-tor onu oxuyur, proqramı maşın koduna çevirir və ayrı bir faylda saxlayır. Sonradanilkin koddan asılı olmayaraq, bu fayl istənilən dəfə çalışdırıla bilər. Bu zaman,aydındır ki, yenidən translyasiyaya lüzum qalmır.
    Əgər proqram konkret sifarişçinin tələbləri nəzərə alınmaqla yazılmışsa,adətən, proqramın tətbiq edilmə mərhələsinə zərurət yaranır. Bu mərhələdəavadanlıq köklənir, əvvəllər istifadə olunmuş proqramlardan verilənlər yeni proq-rama keçirilir, proqramla işləyəcək heyət təlim keçir.

    Proqramla işin son mərhələsi müşayiətdir. Bu mərhələdə istifadəçilərə məs-ləhətlər verilir, istismar müddətində aşkar olunan xətalar düzəldilir, sifarişçininistəyinə (xahişinə) görə proqramlarda çox da böyük olmayan dəyişikliklər edilir.



          1. Böyük proqramların hazırlanması mərhələləri hansılardır?

          2. Translyatorun vəzifəsi nədir?


          3. Kompilyatorla interpretatorun fərqi nədədir?

      1. turbo pascal redaktoru

    P ascal ("Paskal" kimi oxunur) proqramı hazırda Turbo Pascal təki tanınır vəistifadə olunur. Bu bölümdə Pascal dilini praktik olaraq Borland Internationalşirkətinin hazırladığı TURBO PASCAL 7.0 vasitəsilə öyrənəcəyik. Turbo Pascalınhəm MS-DOS, həm də Windows versiyaları vardır.



    Niklaus Emil Virt (1934)

    Pascal proqramlaşdırma dili 1971-ci ildə isveçrəli fizikNiklaus Virt [Nicklaus Wirth] tərəfindən yaradılıb, fransızriyaziyyatçısı və filosofu Blez Paskalın şərəfinəadlandırılıb. Bu dil ən geniş yayılmış proqramlaşdırma dil-lərindən biridir. Başqa dillərdən proqramların aydın vəməntiqi yazılma imkanlarına görə seçilir ki, bu da onu həmyeni başlayanlar, həm də təcrübəli proqramçılar üçünəlverişli edir.

    Niklaus Virt MODULA və OBERON dillərinin dəyaradıcısıdır.

    Turbo Pascalın başladılması. Turbo Pascal proqram məhsulu inteqrasiyaolunmuş mühitdir. Bu o deməkdir ki, siz Turbo Pascal mühitini tərk etmədən pro-qramı yarada, redaktə, kompilyasiya edə və çalışdıra bilərsiniz.

    Turbo Pascal proqramını başlatmaq üçün proqramın quraşdırıldığı qovluqda(adətən,\BP\BINaltqovluğunda)turbo.exe,yaxud bp.exe proqramlarındanbirini çalışdırmaq lazımdır. Başlatmadan dərhal sonra ekranda şəkildə gördü-yünüz pəncərə açılır.





    Pəncərənin yuxarısında proqramın baş menyusu (File, Edit, Search və s.)yerləşir. Menyunun hər hansı bəndini seçmək üçün, sadəcə, siçanın göstəricisinihəmin bəndin üzərinə aparıb, sol düyməni çıqqıldatmaq kifayətdir. Əgər sizklaviatura ilə işləməyi xoşlayırsınızsa, klavişini basılı saxlayıb, menyubəndinin adında seçdirilmiş hərfə uyğun klavişi basmaqla da həmin bəndi seçmişolursunuz. Məsələn, File bəndini seçmək üçün klavişlər kombinasiya-sını basmaq lazımdır.



    Yeni proqramın yaradılması. Pascal dilində yeni proqram yaratmaq üçünöncə File menyusunda New bəndini seçməklə boş pəncərə açmaq lazımdır.Nəticədə NONAMEOO.PAS adında boş fayl yaradılacaq. Sonradan yenə fayllaryaradılarkən onlara avtomatik olaraq NONAME01.PAS, NONAME02.PAS və s.adlar veriləcək. Bir şeyi unutmayın ki, yaradılan bu fayllar kompüterin operativyaddaşında saxlanılır. Sonradan onları diskə yazmaq gərəkdir.





    Turbo Pascal redaktoru proqramın mətnini yazmaq və onu redaktə etməküçün kifayət qədər imkanlara malikdir. Proqramın mətni, adi mətn redaktorundaolduğu kimi, klaviaturadan daxil edilir. Bu zaman proqramın əsas mətni sarı,Pascal dilinin elementləri olan açar sözlər isə ağ rənglə işıqlanır (menyununOptions^Environment^Colors bəndi vasitəsil ə uyğun dialoq boksunu açıb,bu rəngləri dəyişə də bilərsiniz). Açar sözlərin bu cür seçdirilməsi proqramınmətninin daxil edilməsi mərhələsində bir sıra səhvləri aradan qaldırmağa imkanverir.

    Proqramın mətnini yığıb sona çatdırdıqdan sonra onu diskdə saxlamaq la-zımdır. Bunu yalnız işin sonunda deyil, proqramın yaradılması prosesində etməkməsləhət görülür. Proqramı saxlamaq üçün baş menyudan File^Save bəndiniseçmək, yaxud klavişini basmaq lazımdır. Bu zaman ekranda Save FileAs dialoq boksu açılacaq ki, orada faylın saxlanılacağı yer və faylın adıgöstərilməlidir. Susqunluqla təklif olunan NONAME00.PAS, NONAME01.PASvə s. kimi adları proqramın mahiyyətinə uyğun gələn daha anlaşıqlı adlarla əvəz-ləmək məsləhətdir (məsələn, HELLO.PAS kimi).







    Proqramın kompilyasiyası və başladılması. Proqramın mətninin yığıl-masını sona çatdırdıqdan sonra onu kompilyasiya etmək lazımdır. Bunun üçünmenyunun Compile bəndi nəzərdə tutulub. O, seçildikdə redaktor pəncərəsində-ki proqram kompilyasiya olunmağa başlayır. Əgər proqramın mətnində səhvaşkarlanarsa, bu barədə uyğun məlumat çıxacaq. Bu zaman kursor kompilyasiyaprosesinin kəsildiyi yeri göstərəcək. Səhvi tapıb düzəltdikdən sonra yenidənCompile bəndini seçmək lazımdır. Proqramın mətnində səhv yoxdursa, ekrana

    Compile successful: Press any key

    (Kompilyasiya uğurla keçdi: ixtiyari klavişi basın)məlumatı çıxır. İstənilən klavişi bassanız, redaktor pəncərəsinə dönəcəksiniz.



    İndi kompilyasiya olunmuş proqramı başlatmaq üçün menyuda Run bəndiniseçmək lazımdır. Bu zaman ani olaraq istifadəçi ekranı görünəcək.





    Bu ekrana rahat baxmaq üçün klavişlər kombinasiyasından istifadəetmək olar. Açılan istifadəçi ekranı hər hansı klavişi basanadək gözünüzünqabağında olacaq.



    Mövcud proqramın açılması. Diskdə saxlanmış faylı redaktor pəncərəsinəyükləmək üçün Open a File dialoq boksu ekrana çağırılmalıdır. Bunun üçün Filemenyusunun Open bəndini seçmək, yaxud klavişini basmaq lazımdır.Göstərilən dialoq boksu açıldıqdan sonra sizdən ya lazım olan faylın adını Namesahəsinə yazmaq, ya da həmin faylın adını Files siyahısından seçmək tələb olunur.



    Turbo Pascaldan çıxış. Turbo Pascal mühitindən çıxıb əməliyyat sistemimühitinə qayıtmaq üçün File menyusunun Exit bəndi nəzərdə tutulub. Bu bəndseçilərkən redaktor pəncərəsində saxlanmamış fayl qalarsa, sistem sizə həmin faylıdiskdə saxlamaq imkanı verəcək. Bunun üçün ekrana xüsusi dialoq boksu çıxacaq.


    İndi klavişini bassanız, Turbo Pascaldan çıxış zamanı saxlanmamış faylda saxlanacaq.






    1. İnteqrasiya olunmuş mühit nə deməkdir?

    2. Proqramda olan səhvləri necə müəyyən etmək lazımdır?

    3. Turbo Pascal mühitində proqram icra olunmaq üçün necə başladılır?

    4. Yerinə yetirilmədən sonra proqramın nəticələrinə necə baxmaq olar?


    PROQRAMIN ÜMUMİ STRUKTURU

    Pascal dilində yazılmış istənilən proqram iki hissədən - verilənlərin təsviribölümündən proqramın gövdəsindən ibarət olur.

    Proqramın mətnində verilənlərin təsviri proqramın gövdəsindən əvvəl gəlir.Bu da dilin əsas qaydasından qaynaqlanır.

    Proqramda rast gəlinən istənilən obyekt qabaqcadan təsvir olunmalıdır!

    Verilənlər operatorlar vasitəsilə emal olunur. Operatorlar barəsində növbətidərsimizdə daha ətraflı danışacağıq.

    Proqramın gövdəsibeginsözü ilə başlanır və operatorlar yığınından ibarət olur.Ona görə də bu hissəyə operatorlar bölümü də deyilir. Bu bölümendaçar sözü iləbitir (sonda nöqtə qoyulur). Pascal dilində proqram aşağıdakı şəkildə olur:



    program< proqramın adı >;

    • dəyişənlərin təsviri >begin

    • operatorlar >end.

    Proqram istənilən cür sətirlərə bölünə bilər - bununla onun mənası dəyişmir(təkcə sözlərin sətirdən-sətrə keçirilməsinə icazə verilmir). Buna görə də çalış-maq lazımdır ki, proqramlar mümkün qədər anlaşıqlı yazılsın.

    Şərhlər. Proqram yazarkən siz nə etməli olduğunuzu bilirsiniz. Ancaq müəy-yən müddətdən sonra həmin proqrama qayıtmalı olsanız, qəribə olsa da, görəcək-siniz ki, çox şeyi unutmusunuz. Buna görə də həm özünüzün xatırlamanız, həmdə başqalarının sizin proqramı anlaması üçün proqramın müəyyən yerlərinəşərhlər vermək yaxşı olardı.

    BLAISE PASCAL BEGIN

    (* 1623 - 1662 *) END.


    1.6.


    Adından da göründüyü kimi, şərhlər proqramın mətnini oxuyan şəxs üçünqeyddir. Şərhlərdən proqramın nə məqsədlə yaradıldığı, onun yaradıcısı haqqın-

    da məlumatı, proqramın son dəyişdirilmə tarixini, proqramdakı dəyişənlərin,funksiyaların təyinatını və s. göstərmək üçün istifadə edilə bilər.

    Pascal dilində şərhlər (* *) simvollarının, yaxud { } fiqurlu mötə-

    rizələrin arasında yazılır. Proqram maşın koduna çevrilərkən bu simvollar arasın-da yazılanlar nəzərə alınmır.



    program Words {

    Proqramçı: Alpay Calallı Proqramın yaradılma tarixi: 13.05.2008 Bu proqram mətndə olan sözlərin sayını hesablayır.

    }

    Şərhlər həmişə mötərizədə "ulduzlar", yaxud fiqurlu mötərizələr arasında yerləşdirilir:(*...*)



    {...}

    program Comments;



    (* şərhlərin tətbiqinə aid sadə proqram *)

    var a : Integer;

    begin (* başlanğıc *) a:= 1;

    WriteLn('Bunların hamısı çap olunacaq, a=', a) { bu şərhlərin heç birinə lüzum yoxdur } end.

    İdentifikatorlar. Proqramlaşdırma dillərində müxtəlif obyektləri, məsələn,dəyişənləri, konstantları, funksiyaları və s. adlandırmaq üçün identifikatorlardanistifadə olunur. İdentifikatorlar hərf, rəqəm və bəzi xüsusi simvollardan ibarətolur. İdentifikatorların müxtəlif proqramlaşdırma dillərində yazılış qaydalarıfərqli olsa da, onların əsas prinsipləri bunlardır:

    1. İdentifikator hərf və rəqəmlərdən ibarət ola bilər. O yalnız hərflə başlanma-lıdır.




      1. İdentifikatorda boşluq simvolu və durğu işarələri ola bilməz. Bəzi xüsusiişarələrə, məsələn, "_", yaxud "$" işarələrinə icazə verilir.

      2. Bütün proqramlaşdırma dillərində dilin operatorlarını yazmaq üçün açarsözlər mövcuddur. İdentifikator heç bir açar sözlə üst-üstə düşməməlidir.

      3. İdentifikator həm kiçik, həm də baş hərflərlə yazıla bilər. Yalnız hərflərininböyük-kiçikliyi ilə bir-birindən fərqlənən identifikatorlara müxtəlif proq-ramlaşdırma dillərində müxtəlif cür yanaşma var. Məsələn,Birbiriden-tifikatorları BASIC və Pascal dillərində eyni, C dilində isə fərqli hesabolunur.

    Mümkün identifikatorlara olaraq bunları göstərmək olar:

    i

    a

    t012345679 NoClass

    Aşağıdakı identifikatorlardan istifadə etmək olmaz:1stPlace- rəqəmlə başlandığına görə;



    one and one- boşluq simvolları olduğuna görə;yes(no)- mötərizələr olduğuna görə.

    İdentifikatorlar iki qrupa ayrılır:



        1. standart identifikatorlar;

        2. istifadəçinin təyin etdiyi identifikatorlar.

    Yuxarıda verilmiş identifikatorlar ikinci qrupa aiddir. Standart identifikatorlaramisal olaraq dilin öz prosedurlarını -ReadLn, WriteLn, Realvə s. göstərmək olar.

    Dəyişənlər. Standart tiplər. Yuxarıda qeyd olunduğu kimi, Pascal proq-ramında verilənlərin təsvirində məqsəd kompilyatora bütün identifikartorlarınadları və hər bir identifikatordan necə istifadə olunacağı haqqında məlumat ver-məkdir. Bundan başqa, bu bölüm proqramın istifadə edəcəyi hər bir yaddaşxanasında hansı verilənlərin yerləşəcəyini kompilyatora bildirir.

    Yaddaşda hər hansı qiymətin göstərilməsi həmin qiymətin tipindən asılı olur.Standart Pascal dilində verilənlərin qabaqcadan təyin olunmuş dörd tipi vardır:Integer(tam ədədlər üçün),Real(həqiqi ədədlər üçün),Boolean(məntiqikəmiyyətlər üçün) vəChar(ayrıca simvollar üçün). Turbo Pascalda simvollarardıcıllığı ilə işləməyə imkan verən daha bir verilənlər tipi (string) vardır ki, onunhaqqında ayrıca dərsdə danışılacaq. Hər bir tip üçün verilənlərin ala biləcəyiqiymətlər üzərində aparıla bilən əməliyyatlar çoxluğu vardır.



    Integer. Riyaziyyatda tam ədədlər müsbət, yaxud mənfi ola bilər.Pascal proqramında verilənlərin tam olduğunu göstərmək, ədədləri təqdimetmək üçün Integer tipi nəzərdə tutulmuşdur. Bu tipə aid dəyişən 32768 və32767 intervalında qiymət ala bilər. Proqramlarda qiyməti qabaqcadanmüəyyən olunmuşMaxIntkonstantından istifadə etmək olar(MaxInt = 32767). Integertipinə aid qiymətlərə örnək olaraq

    -1050, 425,15, -25 və s.

    göstərmək olar.

    Tam ədədləri ekrana çıxarmaq, üzərində müxtəlif hesab əməlləri (topla-ma, çıxma, vurma və bölmə) aparmaq, eləcə də onları müqayisə etmək olar.



    Real. Hər bir həqiqi ədəd nöqtə (vergül) ilə ayrılmış tam və kəsrhissədən ibarət olur. Pascal dilində verilənlərin həqiqi olduğunu göstərməküçünRealtipi nəzərdə tutulub. Bu tipə aid qiymət həmişə rəqəmləbaşlanıb, rəqəmlə bitməlidir. Buna görə də -25 kəsrini və 64 tam ədədiniRealtipinə aid etmək üçün onlar uyğun olaraq -0.25 64.0 kimigöstərilməlidir.

    Həqiqi ədədləri oxuyub ekrana çıxarmaq, üzərində müxtəlif hesabəməlləri (toplama, çıxma, vurma və bölmə) aparmaq, eləcə də onlarımüqayisə etmək olar.



    Char. Bu tipə aid qiymətlər ayrıca simvollar - hərflər, rəqəmlər, yaxudxüsusi işarələr ola bilər.Chartipli qiymət bir simvoldan ibarət olur vəapostrof alınır:

    A’, ‘z’, ‘1’, ‘:’, ‘ «’,

    Burada sonuncudan əvvəlki qiymət " (dırnaq) işarəsi, sonuncu isəboşluq simvoludur.



    Chartipli qiymətlər üzərində hesab əməllərini yerinə yetirmək olmaz.Başqa sözlə, Pascal dilində '3'+'5' əməli yolverilməzdir. Biz simvolları yal-nız müqayisə edə, oxuya və ekrana çıxara bilərik.

    Boolean. Başqa tip verilənlərdən fərqli olaraq,Booleantipli dəyişənyalnız iki qiymət ala bilər: True (doğru) və False (yalan). Proqramlarda butipli dəyişənlərdən müəyyən qərar qəbul etmək lazım gəldikdə istifadəetmək olar.Booleantipli qiymətləri ekrana çıxarmaq olar, ancaq belə
    qiymətləri klaviaturadan daxil etmək olmaz. Bu tip dəyişənlər üzərində not(deyil), and (və) və or (və ya) əməllərini yerinə yetirmək olar.

    Dəyişən sözü proqramlaşdırmaya riyaziyyatdan keçib. Riyaziyyatçılar "dəyişənkəmiyyət", "asılı kəmiyyət" anlayışlarından istifadə edirlər. Həmin kəmiyyətlərəfunksiya da deyilir. Bundan başqa, riyaziyyatçılar arqument adlandırdıqları sərbəst(asılı olmayan) dəyişən anlayışından da istifadə edirlər.

    S = v ■ t

    düsturu riyaziyyatda və fizikada onu bildirir ki, S (yol) kəmiyyəti sərbəst v (sürət) vət (zaman) dəyişənlərindən asılıdır.


    = bərabərdir

    <kiçikdir
    Proqramlaşdırma dillərini ilk yaradanlar riyaziyyatçılar olduğundan onlar riyazi termi-nologiyanı proqramlaşdırmaya da keçirmişlər.

    Münasibət əməlləri. Tam ədədlərdən ibarət cütlər üzərində təyin olunmuşvə nəticədə məntiqi qiymət verən əməllər də vardır. Həmin əməllər bunlardır:

    <>bərabər deyil (fərqlidir)>böyükdür

    <= kiçikdir və ya bərabərdir

    > = böyükdür və ya bərabərdir

    Bu əməllər həqiqi ədədlər üzərində də təyin olunub. Simvol qiymətlərüzərində isə yalnız = <>əməlləri təyin olunmuşdur.

    Proqramda dəyişənlərin təsviri hissəsi. Bu bölüm

    var təsvir1; təsvir2; təsvir3;

    şəklindədir. Burada "var" açar sözdür (ingiliscə "variable" - "dəyişən" sözününqısaltmasıdır), hər bir təsvir isə bir, yaxud bir neçə identifikatordur; identifikator-lar bir-birindən vergüllə ayrılır, onlardan sonra ":" (iki nöqtə) və axırda tipin adıgəlir. Təsvir operatoru kompüterə proqramda hansı dəyişənlərin olduğunu vəonların tiplərini bildirir. Proqramda olan bütün dəyişənlər təsvir, yaxud bəyanolunmalıdır (özü də yalnız bir dəfə!).



    var a, b, c : Real; c : Char;

    n, q1, MaxI : Integer;

    flag : Boolean;

    İfadələr. Əməllərin öncüllüyü. Proqramların əksəriyyətində hesabi ifadə-lərsiz keçinmək mümkün deyil. Hesabi ifadələrdə istifadə olunan hesab operator-larının siyahısı, onların yazılış və hesablanma qaydası aşağıdakı cədvəldə göstərilib.

    Hesab operatoru

    Operatorun adı

    Örnək

    +

    Toplama

    5 + 2bərabərdir 75.0 + 2.0bərabərdir 7.0

    -

    Çıxma

    5-2bərabərdir 35.0 - 2.0bərabərdir 3.0

    *

    Vurma

    5*2bərabərdir 105.0 * 2.0bərabərdir 10.0

    /

    Bölmə

    5/2bərabərdir 2.55.0 / 2.0bərabərdir 2.5

    div

    Tam ədədlərin natamam (qalıqsız)qisməti

    5 div 2bərabərdir 2

    mod

    Qalığın hesablanması

    5 mod 2bərabərdir 1

    Yüklə 0,93 Mb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə