XV əsr
Azərbaycan tacirlərinin Şam (Dəməşq), Hələb, Bursa, İstanbul, Trabzon şəhərləri vasitəsi ilə a Şirvanşah
avropalılarla ticarət əlaqələri qurması
XV əsr
Görkəmli Azərbaycan musiqiçisi Əbdülqadir Marağainin Yaxın və Orta Şərq ölkələrində geniş yayılan
muğamlar, mahnı və rəqs melodiyaları yaratması. Bu dövrdə Azərbaycan rəssamlarından Əmir Dövlətyar və
onun şagirdləri Əbdül, Müsavir və.b məşhur idilər
XV əsr
Şirvanşahlar saray kompleksinin, Təbrizdə Qeysəriyyə (Örtülü bazar) kompleksi və Divanxananın, Nəsriyyə və
Məqsudiyyə mədrəsələrinin, Həsən padşah camisinin inşa olunması
XV əsrin II yarısı
Bakı şəhərinin Xəzərdə başlıca limana çevrilməsi
AZƏRBAYCAN XVI ƏSR - XVII ƏSRİN BİRİNCİ YARISINDA
SƏFƏVİLƏR DÖVLƏTİ
XIII əsrin sonları
Səfəvilərin Ərdəbil hakimliyinin yaranması
1252-1334
Səfəvilər sülaləsinin banisi Şeyx Səfiəddin İshaqın dövrü
1447-1460
Şeyx Cüneydin Ərdəbil hakimliyi dövrü
1449
Şeyx Cüneydin Ərdəbili tərk edərək Misir, Suriya və Mesopotamiyaya getməsi və varsaqla zülqədər tayfalarını
öz müridlərinin sırasına qatması. Sonra Şeyx Cüneyd Kiçik Asiyaya – Diyarbəkrə gələrək burada
Qaraqoyunluların rəqibi olan Ağqoyunlu Uzun Həsənlə ittifaqa girdi və bundan sonra müstəqil hərəkət etməyə
başladı
1449
Qaraqoyunlu
hökmdarı Cahanşahın Ərdəbildə Şeyx Cəfəri (1449-1470) Səfəvi təriqətinə başçı təyin etməsi
XV əsrin ortaları
Səfəvilərin daha fəal siyasət yeritməyə başlaması
XV əsrin II yarısı
Muğanın bir hissəsinin, Qarabağın və Azərbaycanın Talış dağlarına qədər olan şərq torpaqlarının Səfəvilərin
təsiri altına düşməsi
1459
Şeyx Cəfərin Şeyx Cüneydi Ərdəbilə buraxmaması
1460
Şeyx Cüneydin Şirvana və Dağıstana yürüşü. Samur çayı yaxınlığında döyüş. Döyüş nəticəsində Şirvanşah I
Xəlilullahla Qaraqoyunlu hökmdarı Cahanşahın qoşunları səfəviləri məğlub etdilər, Şeyx Cüneyd döyüşdə
öldürüldü
1460-1488
Şeyx Heydərin Ərdəbil hakimliyi dövrü. Şeyx Heydər hakimiyyəti dövründə atasının siyasətini davam etdirdi,
Səfəvilərin Ərdəbil hakimliyinin sərhədləri genişləndi, səfəvilərin ağqoyunlularla ittifaqı daha da
möhkəmləndi, səfəvi döyüşçüləri başlarına 12 imamın şərəfinə on iki qırmızı zolaqlı çalma qoydular, “qazi”,
“sufi” dəstələri tam hərbi qaydada təşkil edildi
1470
Uzun Həsənin Şeyx Heydəri Səfəvi təriqətinin başçısı kimi taxtda oturtması
1483
Şeyx Heydərin Şirvana və Dağıstana birinci yürüşü. Birinci yürüş nəticəsində qızılbaşlar xeyli qənimət və
əsirlə geri qayıtdılar
1487
Şeyx Heydərin Şirvana və Dağıstana ikinci yürüşü. Yürüş nəticəsində qızılbaşlar qələbə ilə geri döndü
1488
Şeyx Heydərin Şirvana üçüncü yürüşü. Şahdağ döyüşü. Döyüş nəticəsində hər iki tərəf xeyli itki verdi,
Şirvanşah hökmdarı I Xəlilullahla Yaqub padşahın sərkərdəsi Bicanoğlunun qoşunları səfəviləri məğlub
etdilər, Şeyx Heydər isə döyüşdə öldürüldü
1488-1494
Şeyx Sultanəlinin Ərdəbil hakimliyi dövrü
1493
Əhər döyüşü. Döyüş nəticəsində Ağqoyunlu Rüstəm Mirzə və Səfəvilərin birləşmiş qüvvələri qalib gəldi,
Baysunqur və onun müttəfiqləri isə məğlubiyyətə uğradıldı
1494
Rüstəm Mirzənin Səfəvilərin Ərdəbil hakimliyinə qarş qəst təşkil etməsi. Şəməsi döyüşü. Döyüş nəticəsində
qızılbaş qüvvələri məğlub oldu və Sultanəli öldürüldü
1494-1495
Rüstəm Mirzənin Ərdəbili və Səfəvilərin digər mülklərini zəbt etməsi
1494-1501
Şahzadə İsmayılın Ərdəbil hakimliyi dövrü
1499
Şahzadə İsmayılın Lahicanı tərk edərək, Ərdəbilə gəlməsi
1500
Ərcivanda qızılbaş tayfalarının yığıncağının keçirilməsi. Yığıncaqda Kiçik Asiyaya – Ərzincana, oradan da
Suriyaya getmək qərara alındı
1500 yazı
İsmayılın Ərcivandan Göyçə gölünün cənub sahilinə, Anadoluya – Ərzincana gəlməsi. Ərəşli və zülqədərli
tayfalarının İsmayıla qoşulması
1500 payızı
Şahzadə İsmayılın Ərzincandan Şirvana yürüşü. Qızılbaşların heç bir müqavimətə rast gəlmədən Şamaxını
tutması
1500
Cabanı döyüşü. Döyüş nəticəsində İsmayıl Şirvanşahları məğlub etdi və Fərrux Yasarı öldürüldü
1501 yazı
İsmayılın sərkərdəsi Məhəmməd bəy Ustaclı və İlyas bəy Xunuslunun Bakı qalasını ələ keçirməsi
1501
Şərur döyüşü. Döyüş nəticəsində qızılbaşlar parlaq qələbə qazandı və Ağqoyunlu dövlətinin birinci qolun süqut
etdi, Əlvənd Mirzə isə məğlub olaraq döyüş meydanından Ərzincana qaçdı
1501 payızı
Şahzadə İsmayılın Təbrizə daxil olaraq özünü şah elan etməsi. Mərkəzləşmiş Səfəvilər dövlətinin yaranması
1501-1736
Səfəvilər dövlətinin mövcud olması
1501-1524
Şah I İsmayılın hakimiyyəti
1503
Almaqulağı döyüşü. Döyüş nəticəsində qızılbaşlar parlaq qələbə qazandı, ağqoyunlular sayca çox olsalarda
məğlub oldular, Murad Mirzə Şiraza qaçdı, Şah İsmayıl Muradı təqib edərək İranın içərilərinə doğru irəlilədi
və Şirazı ələ keçirdi, Ağqoyunlu dövlətinin ikinci qolu və Ağqoyunlu dövləti süqut etdi
1503
Şah I İsmayılın İsfahan, Qum və Kaşan şəhərlərini ələ keçirməsi
1504
Şah I İsmayılın Yəzdə və Kirmanı ələ keçirməsi
1504
Osmanlı sultanı II Bəyazidin Səfəvilər dövlətinin müstəqilliyini tanıması
1506-1508
Şah I İsmayılın Diyarbəkri, Hilatı, Bitlisi, Ərçişi və Bağdadla birlikdə İraqi Ərəbi ələ keçirməsi
1507-1508
Şeybani xanın Xorasan vilayətini tutması
1507-1508
Şah I İsmayılın Suriyadakı Venetsiya konsulları vasitəsilə Roma papası və Venetsiya ilə əlaqə yaratması
1510
Səfəvi diplomatı Əli Bəyin İtaliyaya səfərə getməsi
1510
Şah İsmayılın Xorasana, Şeybani xanın üzərinə hücum etməsi
1510 1 dekabr
Mərv döyüşü. Döyüş nəticəsində özbək qoşunu məğlub oldu və Şeybani xan öldürüldü, Şah İsmayıl Herat,
Mərv və Bəlx şəhərləri daxil olmaqla Xorasan vilayətini ələ keçirdi, Səfəvilər dövləti imperatorluğa çevrildi,
Səfəvilər dövlətinin sərhədləri Fərat çayından Amudərya çayınadək çatdı
1512
Şah I İsmayılın Qaraman və Malatiyanı ələ keçirməsi
1514
Sultan Səlimin Ədirnədə fövqəladə divan çağırması. Bu ali məclisdə qızılbaşlarla müharibə müsəlmanların
müqəddəs vəzifəsi elan olundu, eyni zamanda Sultanın vəzirləri Şah İsmayılla müharibəni təhlükəli olduğunu
bildirdilər
1514
Sultan Səlimin Azərbaycana yürüş etməsi
1514-1555
I Səfəvi-Osmanlı müharibəsi dövrü
1514 23 avqust
Çaldıran döyüşü. Döyüş nəticəsində osmanlılar qələbə qazanaraq Təbrizi ələ keçirdilər, osmanlılar Ərzurum
ilə birlikdə Sərqi Anadolu və Şimali İraqa yiyələndilər, Bağdad da daxil olmaqla Ərəb İraqı Səfəvilərdə qaldı,
Səfəvilərin hərbi qüdrəti zəiflədi və onun nüfuzuna ağır zərbə vuruldu
1514-1515
Sultan I Səlimin Ərzincanı və Diyarbəkri tutması
1515
Portuqaliya hərbi-dəniz qüvvələrinin Hörmüz (İran) körfəzini işğal etməsi
1516
Qoçhisar döyüşü. Döyüş nəticəsində osmanlılar Səfəvilər üzərində parlaq qələbə qazandılar, Şimalda Xarput və
Bitlisdən Rakkiyə qədər ərazilər, cənubda isə Mosul osmanlıların əlinə keçdi
1522
Şah I İsmayılın Kəmaləddin Behzadı Təbrizdəki saray kitabxanasına rəis təyin etməsi
1524-1576
Şah I Təhmasibin hakimiyyəti. I Təhmasibin hakimiyyətinin ilk illərində mərkəzi hakimiyyət bir qədər zəiflədi,
feodallar arasında çəkişmələr baş verdi, qızılbaş əmirləri mərkəzi hakimiyyətdən boyun qaçırmağa başladı,
Səfəvilərlə Osmanlılar arasında müharibə yenidən başladı. I Şah Təhmasibin hakimiyyəti dövründə Səfəvilər
dövlətinin paytaxtı Təbrizdən Qəzvinə köçürüldü, sənətkar və tacirlərdən alınan tamğa vergisi ləğv olundu,
Şirvanşahlar dövləti süquta uğradıldı, Şirvanda Əlqas Mirzənin üsyanı baş verdi, Şəki hakimliyinə son
qoyuldu, Azərbaycan torpaqları vahid dövlətdə birləşdirildi, mərkəzi hakimiyyət qüvvətləndi, Azərbaycan I
Sultan Süleymanın yürüşlərinə məruz qaldı, Amasiya sülhü imzalandı, Osmanlıların Azərbaycanı tutmaq
siyasəti baş isə tutmadı
1531
Təkəli əmiri Üləma bəyin Azərbaycanın cənubuna yürüş edərək, Təbrizi və Şərqi Anadoluda Bitlis şəhərini ələ
keçirməsi və Sultan Süleymanı Azərbaycana yürüş etməyə təhrik etməsi
1534
Osmanlı sultanı I Süleyman Qanuninin Azərbaycana birinci yürüşü. Yürüşü nəticəsində osmanlılar
Azərbaycanın xeyli hissəsini və Təbrizi tutsada buranı tərk etdilər
1535
Sultan I Süleymanın Azərbaycana ikinci yürüşü. İkinci yürüş zamanı da osmanlılar Təbriz şəhərini ələ keçirsə
də aclıq və səfalət onları Azərbaycanı tərk etməyə məcbur etdi
1535-1538
Şirvanşah Şahruxun hakimiyyəti. Şahruxun dövründə Şirvan əmirlərinin özbaşınalığı həddini aşdı, əmirlərin
özbaşınalığı əhalinin narazılığına səbəb oldu, Şirvanda kələntər Məhəmməd Aminin başçılığı ilə üsyan baş
verdi, hakimiyyət Hüseyn bəy başda olmaqla Şirvan əyanlarının əlində cəmləşdi
1536
Şah I Təhmasibin “Şeyx Səfi xalçası”nı toxutdurması
1537
Şirvanda Məhəmməd Aminin başçılığı ilə üsyan baş verməsi. Üsyançılar Salyanı və Şamaxını ələ keçirdilər.
Şahrux əyanlarla birlikdə Buğurd qalasına qaçdı. Lakin üsyançılar Salyan yaxınlığında döyüşdə Şirvan qoşunu
tərəfindən darmadağın edildi
1538
I Təhmasibin əmri ilə qızılbaşların Şirvana birinci yürüşü. I Təhmasibin göndərdiyi hərbi qüvvələrin Şirvana
ilk yürüşü nəticəsində Buğurd qalası səfəvilərə tabe edildi, Şirvanşahlar dövlətinin varlığına son qoyuldu,
sonuncu Şirvanşah hökmdarı Şahrux Təbrizə aparılaraq edam edildi, Şirvan ərazisi bəylərbəyiliyə çevrilərək
Səfəvilər dövlətinin əyalətinə çevrildi, Əlqas Mirzə Şirvana ilk bəylərbəyi təyin edildi, Şirvanşahların və yerli
əyanların əmlakı isə müsadirə olundu
1544
Qusar rayonunda Şeyx Cüneyd məqbərəsinin inşa edilməsi
1547
Şirvan bəylərbəyi Əlqas Mirzənin özünü Şirvanda müstəqil hökmdar elan etməsi və Səfəvilər əleyhinə qiyam
qaldırması
1547
I Təhmasibin Əlqas Mirzənin qiyamını yatırmaq məqsədi ilə Şirvana ikinci dəfə yürüş etməsi. I Təhmasibin
Şirvana ikinci hücumu nəticəsində Şirvan qiyamı yatırıldı, Əlqas Mirzə məğlub olaraq İstanbula qaçdı, I
Təhmasibin oğlu İsmayıl Mirzə Şirvan bəylərbəyi təyin edildi, həmçinin Səfəvilərin hakimiyyəti Şirvanda
daha da gücləndi
1548
Sultan I Süleymanın Azərbaycana üçüncü yürüşü