1328
Əbu Səidin əmir Çobanı və onun oğlanlarını edam etdirməsi
1335
Sultaniyyədə mərkəzi hakimiyyətə qarşı üsyan baş verməsi
1335
Hülakülər dövlətinin Qızıl orduların hücumuna məruz qalması. Əbu Səidin Qızıl Ordu xanı Özbək xanı məğlub
edərək onu geri çəkilməyə məcbur etməsi
1335-1336
Arpa xanın hakimiyyəti
1336-1338
Məhəmməd xanın hakimiyyəti. Məhəmməd xanın dövründən başalayaraq hakimiyyət uğrunda mübarizə yeni
forma aldı. Məqsəd Hülakü səltənətini ələ keçirmək deyil, Hülakülər dövlətinin ayrı-ayrı vilayətlərində
müstəqilləşmək idi. “Hülakülər səltənətinin mühafizəsi” bayrağı altında aparılan mübarizədə Çobanilər,
Cəlairilər və Şirvanşahlar daha fəal iştirak edirdilər
1338
Əmir Çobanın nəvəsi Şeyx Həsən Çobaninin (Kiçik Həsənin) Şeyx Həsən Cəlairiyə (Böyük Həsənə) qalib
gəlməsi. Azərbaycanın faktiki olaraq Çobanilərin əlinə keçməsi
1338-1340
Satı Bəy Xatunun hakimiyyəti
1340-1344
Hülakü hökmdarı Süleyman bəyin hakimiyyəti
1344
Şeyx Həsən Çobaninin öldürülməsi və Məlik Əşrəfin hakimiyyətə gəlməsi
1344
Azərbaycanda çobanilər zülmünə - Məlik Əşrəfə qarşı Təbriz əhalisinin üsyan qaldırması
1347-1348
Çobani Əşrəfin Şirvana yürüş etməsi. Şirvanşahlar dövlətinin Çobanilərin hakimiyyəti altına düşməsi
1357
Qızıl Ordu hökmdarı Canı bəyin Azərbaycana yürüşü. Canı bəyin Azərbycana yürüşü nəticəsində Təbriz
tutuldu, Hülakülər dövləti süquta uğradı, Azərbaycanda Qızıl Ordunun bir illik hakimiyyəti quruldu, Çobani
Əmiri Məlik Əşrəf edam olundu, Çobanilərin Hülakülər dövlətinin mühafizəsi uğrunda apardığı mübarizəyə
son qoyuldu. Canı bəy oğlu Bərdi bəyi Təbrizdə səltənətə qoyaraq, Qızıl Ordaya qayıtdı. Lakin Canı bəyin
qəfil ölümü Qızıl orduluların Azərbaycanı tərk etməsi ilə nəticələndi
1357-1358
Azərbaycanda Qızıl orduluların bir illik hakimiyyəti
AZƏRBAYCANIN CƏLAİRİLƏR DÖVLƏTİNİN TƏRKİBİNƏ QATILMASI
1340
Şeyx Həsən Cəlairinin Bağdadda Cəlairilər dövlətini yaratması
1340-1410
Cəlairilər dövlətinin mövcud olması
1340-1354
Böyük Həsən (Şeyx Həsən) Cəlairinin hakimiyyəti
1354-1374
Cəlairi Şeyx Üveysin hakimiyyəti. Şeyx Üveys dövründə mərkəzi idarə sistemi möhkəmləndirildi, iqtisadiyyat
və təsərrüfatda canlanma baş verdi, Azərbaycan Cəlairilər dövlətinin tərkibinə qatıldı, Cəlairilər dövləti
Şirvanşahlar dövlətini özündən asılı vəziyyətə saldı
1358
Cəlairilərin Azərbaycana yürüş edərək Təbrizi tutması
1358-1359
Azərbaycanın Cəlairilər dövləti tərəfindən işğal olunması
1364
Şirvanda Cəlairilərə qarşı üsyan baş verməsi
1367
Şeyx Üveysin Şirvana yürüşü. Şirvanşahlar dövlətinin Cəlairilərin vassal aslılığına düşməsi. Cəlairilərin Şirvan
ərazisini tutaraq Şirvanşahlar dövlətini özündən asılı vəziyyətə salması ilə Azərbaycanın tamamilə Cəlairilər
dövlətinin tərkibinə qatılması prosesi başa çatdı
1374-1382
Cəlairi Sultan Hüseynin hakimiyyəti. Sultan Hüseynin dövründə ölkədə feodal fərakəndəliyi gücləndi və
mərkəzi hakimiyyətə qarşı çıxışlar artdı
1382-1410
Cəlairi Sultan Əhmədin hakimiyyəti. Sultan Əhmədin dövründə Cəlairilər dövlətində feodal ara müharibələri
davam etdi, ölkənin ictimai və siyasi həyatında elə bir əhəmiyyətli dəyişiklik baş vermədi, II Şənbi-Qazan
döyüşündə Qara Yusifə məğlub oldu, Cəlairilər dövləti Qaraqoyunlular tərəfindən süquta uğradıldı
TOXTAMIŞ XAN VƏ ƏMİR TEYMURUN AZƏRBAYCANA YÜRÜŞLƏRİ
1385
Əmir Teymurun Azərbaycana daxil olması. Bu zaman Azərbaycanı idarə edən Cəlairilər dövlətinin hökmdarı
Sultan Əhməd Bağdada çəkildi. Lakin Mərkəzi Asiyada baş vermiş hadisələrlə əlaqədar olaraq Əmir Teymur
geri qayıtdı
1385 sonları
Toxtamış xanın Azərbaycana birinci yürüşü. Toxtamış xan Azərbaycana birinci yürüş zamanı Dərbənddən
Şirvana daxil oldu, Təbriz şəhəri ona ciddi müqavimət göstərsədə hiylə yolu ilə tutuldu. Bu hücum nəticəsində
Təbrizdən başqa, Marağa, Mərənd, Naxçıvan şəhərləri qarət edildi, ölkədən çoxlu qənimət və 200 min əsir
aparıldı
1386-1387
Əmir Teymurun Azərbaycana birinci “üçillik” yürüşü. Birinci “üçillik” yürüşü zamanı Təbriz şəhəri tutuldu,
Cəlairi əmirləri Bağdada, bir qismi isə Əlincə qalasına qaçdı, Əlincə qalası mühasirəyə alındı, xalq Cəlairi
Şeyx Həsənin başçılığı ilə Naxçıvanda mübarizəyə qalxdı. Yürüş nəticəsində, Əlincə qalası istisna olmaqla
bütün Azərbaycan işğal olundu
1387
Toxtamış xanın ikinci dəfə Azərbaycana yürüş etməsi. Toxtamış xan Azərbaycana ikinci yürüş zamanı yenə
də Dərbənddən Azərbaycana daxil oldu. Lakin Miranşahın Kürün şimalına göndərilmiş qoşunlarına qarşı
müqavimət göstərə bilməyib geri çəkildi. Bundan sonra Toxtamış xan ölkəsinə qayıdaraq Buxarə və
Səmərqəndə hücum etdi
1387; 1393; 1397
Əmir Teymurun Əlincə qalasına hücumu