1461
Qoyluhisar döyüşü. Ağqoyunluların osmanlı qoşununa ciddi zərbə vurması
1461
Ağqoyunlularla osmanlılar arasında Yassıçəmən müqaviləsinin imzalanması
1461 15 avqust
Osmanlıların Trabzonu fəth etməsi. Trabzonun fəth edilməsi nəticəsində Qara dənizdə Genuya ilə əlaqə
yaradan mühüm ticarət mərkəzi süqut etdi, Ağqoyunlu dövləti müttəfiqini və Qara dənizə yeganə çıxış yolunu
itirdi və Ağqoyunlu - Osmanlı münasibətləri yenidən kəskinləşdi
1463-1472
Venetsiya-Osmanlı müharibəsi
1464
Venetsiya hökumətinin Uzun Həsənin sarayına birinci dəfə diplomat göndərməsi
1468
Uzun Həsənin Cənubi Azərbaycanı və Qarabağı ələ kecirməsi. Ağqoyunlu dövlətinin əsasının qoyulması
1468-1501/1503
Ağqoyunlu dövlətinin mövcud olması
1468
Teymuri hökmdarı Əbu Səidin Ağqoyunlulara qarşı müharibəyə başlaması
1468-1469
Teymuri Əbu Səidin Azərbaycana hücumu. Uzun Həsənin Teymuri Əbu Səidin qoşunlarını məğlub etməsi
1472
Katerino Zenonun başçılığı ilə bir neçə Venetsiya diplonatının Təbrizə gəlməsi
1472-1473
Ağqoyunlu-Osmanlı müharibəsi
1472 yazı
Ağqoyunluların Mirzə Yusif xanın başçılığı ilə Ərzincandan Qaraman istiqamətində osmanlılar üzərinə
hücuma keçməsi və Ağqoyunluların qələbə çalaraq Aralıq dənizinin sahillərinə çıxması
1472 avqust
Beyşehir döyüşü. II Sultan Mehmedin oğlu Mustafanin başçılıq etdiyi osmanlı qoşununun Ağqoyunlu süvari
qüvvələrini məğlub etməsi
1473 1 avqust
Malatiya döyüşü. Ağqoyunluların osmanlıları məğlub etməsi
1473 11 avqust
Otluqbeli (Tərcan) döyüşü. Osmanlıların ağqoyunluları məğlub etməsi
1474 aprel
Kürdlərin Venetsiya diplomatı İosaft Barbaronu və Ağqoyunlu elçilərini qarət etməsi
1474 may
Uzun Həsənin böyük oğlu Uğurlu Məhəmmədin Şirazda mərkəzi hakimiyyətə qarşı qiyam qaldırması
1474-1477
Uzun Həsənin Gürcüstana iki dəfə yürüş etməsi. Yürüş nəticəsində Tiflis və Qori, həmçinin ölkənin çox hissəsi
Ağqoyunlular tərəfindən tutuldu. Uzun Həsənin Gürcü hakimi VI Baqratla bağladığı sülhün şərtinə əsasən
Tiflis də daxil omaqla Şərqi Gürcüstan Ağqoyunlu dövlətinin hakimiyyəti altına düşdü
1475
Moskva knyazı III İvanın xüsusi elçisi Marko Rossonu Uzun Həsənin sarayına göndərməsi
1478-1490
Sultan Yaqubun hakimiyyəti. Yaqub Mirzə hakimiyyəti dövründə Şirvanla dostluq əlaqələri saxladı, hətta bu
əlaqələri daha da möhkəmləndirdi, lakin atasının Səfəvilərin Ərdəbil hakimiyyətinə olan müsbət meylini
qoruyub saxlaya bilmədi
1483
Sultan Yaqub tərəfindən Təbrizdə “Həşt-behşit” saray kompleksinin inşa edilməsi
1484
Maku şəhərinin Sofi kəndi yaxınlığında Topal Əhmədin başçılığı ilə kəndli çıxışı baş verməsi
1484
Qarabulaq kəndi yaxınlığında döyüş. Döyüş nəticəsində Ağqoyunlu Sultan Yaqub Topal Əhmədi məğlub
edərək kəndli çıxışını yatırdı
1490-1492
Baysunqurun hakimiyyəti
1491
Van döyüşü. Döyüş nəticəsində Sufi Xəlil məğlub oldu və Bicanoğlu hakimiyyəti ələ aldı. Lakin Bicanoğlu
Sultan Baysunqura toxunmayıb dövləti onun adından idarə etməyə başladı
1492 may
Bərdə döyüşü. Döyüş nəticəsində Bicanoğlu və Baysunqur Rüstəm Mirzəyə məğlub oldular, Rüstəm Mirzə
qələbədən sonra Təbrizdə Ağqoyunlu taxtında oturdu
1492-1497
Rüstəm Mirzənin hakimiyyəti
1492 sonları
Bərdə və Gəncə arasında döyüş. Baysunqur, babası Fərrux Yasarın köməyi ilə Rüstəm Mirzəyə qarşı döyüşsə
də məğlub oldu. Döyüşdən sonra Rüstəm Mirzə Şirvana daxil olaraq oranı qarət etdi
1493
Əhər döyüşü. Döyüş nəticəsində Sultanəli ilə Ağqoyunlu Rüstəm Mirzə Baysunqur və onun müttəfiqlərini
məğlub etdi, Baysunqur isə döyüşdə öldürüldü
1496 ortaları
Sultaniyyə döyüşü. Gödək Əhmədin Ağqoyunlu qüvvələrini darmadağın etməsi
1496 sonları
Naxçıvan döyüşü. Gödək Əhmədin Rüstəm Mirzənin əsas qüvvələrini məğlub edərək Ağqoyunlu taxtını ələ
keçirməsi
1497 əvvəlləri
Gödək Əhmədin Təbrizə gələrək Ağqoyunlu dövlətində hakimiyyəti ələ alması. Gödək Əhməd hakimiyyəti
dövründə əhaliyə arxalanaraq hərbi əyanların müqavimətini qırmağa cəhd göstərdi, ara müharibələrinə son
qoymağa çalışdı, Ağqoyunlu dövlətini möhkəmləndirmək üçün səy göstərdi, vergi islahatı keçirdi. Gödək
Əhmədin vergi islahatına əsasən şəriətdə göstərilməyən 20-yə qədər vergi və mükəlləfiyyət ləğv edildi. Gödək
Əhmədin daxili siyasəti Əbih Sultan başda olmaqla bəzi əyanların narazılığına səbəb oldu, İran İraqında və
Fars vilayətində bəzi əmirlər qiyamlar qaldırdılar
1497 13 dekabr
İsfahan döyüşü. Gödək Əhmədin qiyamçılar tərəfindən məğlub edilərək öldürülməsi
1497
Ağqoyunlu dövlətində ikihakimiyyətliliyin yaranması
1497-1501
Yaqub Mirzənin hakimiyyəti
1497-1503
Murad Mirzənin hakimiyyəti
1500
Əbhər sazişi. Sazişin şərtlərinə əsasən Ağqoyunlu dövləti şahzadə Murad Mirzə ilə Əlvənd Mirzə arasında iki
yerə bölündü, bütün Ərəb İraqı, Fars və Kirman Murad Mirzəyə keçdi, Qızılüzən çayı sərhədd olmaqla
Diyarbəkir, Kürdən Cənubdakı Azərbaycan torpaqları və Qarabağ Ağqoyunlu Əlvənd Mirzəyə verildi. Əbhər
sülhü nəticəsində Ağqoyunlu dövləti iki yerə parçalandı, dövlətin hərbi qüdrəti sarsıldı və süqutu sürətləndi
1501
Şərur döyüşü. İsmayil Mirzənin başçılığı ilə qızılbaşların Ağqoyunlu Əlvənd Mirzəni məğlub edərək
Ağqoyunluların birinci qolunu süquta uğratması
1503 21 iyun
Almaqulağı döyüşü. İsmayil Mirzənin başçılığı ilə qızılbaşların Ağqoyunlu Murad Mirzəni məğlub edərək
Ağqoyunluların ikinci qolunu və Ağqoyunlu dövlətinisüquta uğratması