1032-1033
Şirvanın slavyanların növbəti hücumuna məruz qalması. Bu yürüşdə slavyanlarla birlikdə alanlar və sərirlər də
iştirak edirdilər. Yürüş nəticəsində Şirvanşahların paytaxtı Yezidiyyə (Şamaxı) şəhəri ələ keçirilərək qarət
edildi, Şirvanda 10 min nəfərə qədər adam qılıncdan keçirildi. Lakin Dərbənd hakimi əmir Mənsur ibn
Maymun onları ağır məğlubiyyətə uğratdı
1033
Alan və slavyanların Dərbənd hakimi Mənsur ibn Maymundan qisas almaq məqsədi ilə yenidən Azərbaycana
yürüşə başlaması. Lakin bu dəfə də onlar məğlubiyyətə uğradılar
1062
Gürcü çarı IV Baqratın alanlarla ittifaq bağlayaraq onları Azərbaycana hücuma sövq etməsi
AZƏRBAYCAN XI ƏSR -XIII ƏSRİN ƏVVƏLLƏRİNDƏ
AZƏRBAYCAN BÖYÜK SƏLCUQ İMPERİYASININ TƏRKİBİNDƏ. ELDƏNİZLƏR DÖVLƏTİ
1038-1157
Böyük Səlcuq imperatorluğunun mövcud olması
1038-1044
Bütün Xorasan və Xarəzmin səlcuqlar tərəfindən tutulması
1040-1063
Səlcuq sultanı I Toğrulun hakimiyyəti
1040
Dəndənakan döyüşü. Səlcuqların Qəznəvilər dövlətini məğlub etməsi
1040
Mərv şəhərində toplanan Böyük qurultayda səlcuqların Şərqdə və Qərbdə yeni hərbi əməliyyatlara başlamağa
qərar verməsi
1042-1051
Qərbi İranın Səlcuqlar tərəfindən tutulması
1043
Səlcuq dövlətinin paytaxtının Nişapurdan Rey şəhərinə köçürülməsi
1048 18 sentyabr
Səlcuq – Azərbaycan türk qoşunlarının Bizans, erməni və gürcü feodallarını məğlub etməsi
1054
Rəvvadilər və Şəddadilər dövlətinin Səlcuqlardan asılı vəziyyətə düşməsi
1055
Səlcuqların Bağdadı tutaraq İraqı özlərinə tabe etməsi. Səlcuqların Abbasilər xilafətini özündən asılı vəziyyətə
salması. Abbasilərin I Toğrulu “şərqin və qərbin hökmdarı” kimi tanıması
XI əsrin ortaları
Azərbaycanın iqtisadi həyatında Gəncə, Naxçıvan, Beyləqan, Təbriz və Şamaxı şəhərlərinin rolunun artması
XI əsrin ortaları
Azərbaycan türk dilinin bütün ölkə ərazisində vahid ünsiyyət dilinə və ədəbi dilə çevrilməsi
1066
Səlcuqların Şirvanşahlar dövlətini özlərinə tabe etməsi. Azərbaycan torpaqlarının Böyük Səlcuq
imperatorluğunun tərkibinə qatılması prosesinin başa çatması
1072-1092
Səlcuq sultanı I Məlikşahın hakimiyyəti
1118-1157
Səlcuq hökmdarı Sultan Səncərin hakimiyyəti. Səlcuq imperatorluğunun faktiki olaraq ayrı-ayrı müstəqil
dövlətlərə parçalanması
1118-1194
İraq Səlcuq sultanlığının mövcud olması. İraq Səlcuq sultanlığının ərazisi İraqı, İranı və Kür çayından
cənubdakı Azərbaycan torpaqları da daxil olmaqla Cənubi Qafqazın bir hissəsini əhatə edirdi
1136
Şəmsəddin Eldənizin Arran hakimi təyin edilməsi ilə Eldənizlər dövlətinin əsasının qoyulması
1136-1225
Eldənizlər (Atabəylər) dövlətinin mövcud olması
1136-1175
Şəmsəddin Eldənizin hakimiyyəti. Eldəniz hakimiyyəti dövründə xırda feodal mülklərini aradan qaldıraraq
bütün Azərbaycanı öz hakimiyyəti altında birləşdirdi, öz adına pul kəsdirdi, 50 min nəfərlik daimi nizami ordu
yaratdı, İraq Səlcuq sultanlığını, gürcü torpaqları və Şirvanşahlar dövlətini, Hilat, Fars, Xuzistan, Mosul,
Kirman və Təbəristan hakimlərini Eldənizlərdən asılı vəziyyətə saldı, Atabəylər dövləti Yaxın və Orta Şərqin
ən qüdrətli dövlətlərində birinə çevrildi, əl – Cibal ölkəsi, İraq, Həmədan, Gilan, Mazandaran, İsfahan və Rey
Eldənizlər dövlətinə birləşdirildi,
1139
Gəncədə zəlzələ baş verməsi. Gəncə qala qapılarının gürcülər tərəfindən qənimət kimi Gürcüstana aparılması
1160
Şəmsəddin Eldənizin “Böyük atabəy” titulu alması. Eldənizin oğulluğu Arslan şahın (1161-1176) sultan elan
edilməsinə nail olması. Eldənizin Bütün İraq Səlcuq sultanlığını özü idarə etməyə başlaması
1161
Gürcü feodallarının Dəbil şəhərinə hücum etməsi
1162
Yusif İbn Küseyr türbəsinin inşa edilməsi
1175-1186
Məhəmməd Cahan Pəhlavanın hakimiyyəti. Pəhlavan hakimiyyəti dövründə mərkəzi hakimiyyəti
möhkəmlətdi, mühüm dövlət vəzifələrinə ən yaxın adamlarını təyin etdi, Azərbaycanın qərb torpaqlarını ələ
keçirməyə çalışan gürcü feodallarını dəfələrlə məğlub etdi, Təbrizi Ağsunqurilər sülaləsinin əlindən alaraq
Azərbaycanın iqtisadi və siyasi mərkəzinə çevirdi, müstəqilliyə can atan iri Səlcuq əmirlərinin müqavimətini
qırdı, atası kimi 50 min nəfərlik daimi nizami süvari ordu yaratdı, Abbasi xəlifələri Eldənizlər dövlətinin daxili
işlərinə qarışa bilmədilər
1175
Məhəmməd Cahan Pəhlavanın paytaxtı Naxçıvandan Həmədana köçürməsi
1176
Məhəmməd Cahan Pəhlavanın İraq Səlcuq sultanı III Toğrulun (1176-1194) atabəyi olması
1186
Möminə xatun türbəsinin inşa edilməsi
1186-1191
Atabəy Qızıl Arslanın hakimiyyəti
1187
Qoşaminarə abidəsinin inşa edilməsi
1190
Həmədan döyüşü. Qızıl Arslanın qələbə qazanaraq III Toğrulu oğlu Məlikşahla birlikdə əsir alması
1191
Qızıl Arslanın Xəlifə ən-Nasirin razılığı ilə özünü sultan elan etməsi. Atabəylərin sultan titulunu ələ keçirməsi