1191-1210
Atabəy Əbu Bəkrin hakimiyyəti. Əbu Bəkrin dövründə İsfahan, Rey vilayətləri və İraqın bir hissəsi Eldənizlər
dövlətindən ayrıldı, mərkəzi hakimiyyət uğrunda ara müharibələri Eldənizlər dövlətinin tənəzzülünü
sürətləndirdi, Qutluc İnanc Xarəzmşah Təkəşə sığınaraq Xorasan, Rey və Həmədanı ələ keçirdi
1194
Şəmkir və Beyləqan vuruşması. Gürcüstan və Şirvanşahların birləşmiş qoşunlarının Əbu Bəkri məğlubiyyətə
uğratması
XII əsrin II yarısı
Cümə Məscidi və Darülmülkün (Eldənizlər sarayının) inşa edilməsi
1203
Gürcü qoşunlarının Dəbili qarət etməsi və Qərbi Azərbaycan torpaqlarının Gürcüstana qatılmaq təhlükəsinin
yaranması
1210-1211
Gürcü qoşunlarının Azərbaycan torpaqalarına dağıdıcı basqın etməsi. Bu yürüş zamanı gürcülər Naxçıvanı
mühasirəyə alsa da ələ keçirə bilmədilər. Naxçıvandan sonra gürcü qoşunları Təbriz istiqamətində hücumu
davam etdirərək Mərəndi talan etdilər və Təbrizi mühasirəyə aldılar. Təbriz hakimi Zahidə Xatın çoxlu pul,
daş-qaş və sənətkarlıq məhsulları verməklə Təbrizi gürcülərin təcavüzündən qurtardı. Miyanə, Uşan və Ərdəbil
şəhərini isə gürcülər qarət etdilər
1210-1225
Atabəy Özbəyin hakimiyyəti. Özbəyin dövründə dövlət işləri onun iştirakı olmadan həll olunmağa başlandı,
ölkədə daxili çəkişmələri daha da artdı, İraqi-Əcəmə müvəffəqiyyətsiz yürüş edildi, Azərbaycan gürcü və
monqolların hücumuna məruz qaldı, Eldənizlər dövlətinin süqutu daha da sürətləndi
ŞİRVANŞAHLAR DÖVLƏTİ
1063-1096
Şirvanşah I Fəribürzun hakimiyyəti
1066
Şirvanşahlar dövlətinin Səlcuqlar tərəfindən işğal edilməsi. Səlcuqlar tərəfindən Şirvanşahlar dövlətinin işğal
edilməsi nəticəsində Şirvanşahlar səlcuqlardan asılı vəziyyətə düşdü və bununla da Azərbaycan torpaqlarının
Böyük Səlcuq imperatorluğunun tərkibinə qatılması prosesi başa çatdı
1097-1107
Şirvanşah II Mənüçöhrün hakimiyyəti
1107-1120
Şirvanşah I Afridunun hakimiyyəti
1117
Demetrenin Şirvana hücum edərək Şirvanşahların qoşunlarını məğlubiyyətə uğratması
1120
Gürcü çarı IV Davidin Şirvana hücum edərək Şirvanşahların qoşunlarını məğlubiyyətə uğratması
1120-1160
Şirvanşah III Mənüçöhrün hakimiyyəti. III Mənüçöhrün dövründə Şirvan – Gürcüstan münasibətlərində dönüş
yarandı, Şirvanşahlar dövləti Səlcuq imperatorluğu ilə ittifaqdan çıxaraq onlara illik bac verməkdən imtina etdi
1121
Didqori döyüşü. Gürcülərin və onların müttəfiqlərinin (qıpçaq türkləri, alanlar və Qərbi Avropa səlibçilərinin)
birləşmiş qüvvələrinin Səlcuq qoşunlarını məğlub etməsi
1122
Tiflisin gürcülərin əlinə keçməsi və Tiflis müsəlman əmirliyinin ləğv edilməsi
1123
Sultan Mahmudun Şirvana hücumu. Hücum nəticəsində Sultan Mahmudun məğlub olaraq Şirvanı tərk etdi
1123-1124
IV Davidin Şirvan torpaqlarına yürüşü. Yürüş nəticəsində Şirvanşahların paytaxtı Şamaxı,Gülüstan və Buğurd
qalaları ələ keçirildi, gürcülər Şirvanın mühüm şəhər və qalalarında güclü qarnizonlar qoyub geri qayıtdılar
1125
IV Davidin ölümündən sonra gürcülərin Şirvanı tərk etməsi
XII əsrin 30-50-ci illəri
Şirvanşahlar dövlətinin Cənubi Qafqazda ən qüdrətli siyasi amilə çevrilməsi
1160
Tamarın Şirvanşahlar dövlətində saray çevrilişi etməyə cəhd göstərməsi
1160-1196
Şirvanşah I Axsitanın hakimiyyəti. I Axsitan hakimiyyəti illərində Dərbənd hakimliyini Şirvanşahlar
dövlətindən asılı vəziyyətə saldı, Dərbənd səddini təmir etdirdi, Səlcuqlarla dostluq münasibətlərini bərpa etdi,
Atabəylər dövləti ilə dostluq münasibətləri qurdu, Gürcüstan çarlığı ilə mehriban qonşuluq əlaqələrini davam
etdirdi, paytaxtı Şamaxıdan Bakıya köçürtdü, dövlətin müdafiə qüdrəti artdı, Şirvanşahlar dövləti iqtisadi
inkişaf və mədəni tərəqqi etdi
1173
Şirvanşahın hərbi qüvvələrinin Gürcüstanda mərkəzi hakimiyyətə qarşı qiyamı yatırmaqda çar III Georgiyə
kömək etməsi
1175
Azərbaycana hücum edən slavyan donanmasının Şirvanşahın hərbi qüvvələri tərəfindən darmadağın edilməsi.
Slavyanlarla eyni zamanda hücum edərək Şabran və Dərbəndi ələ keçirən qıpçaqların I Axsitan tərəfindən
məğlub edilərək ölkədən qovulması
1192
Şamaxıda baş vermiş zəlzələ nəticəsində Şirvanşahlar dövlətinin paytaxtının Bakıya köçürülməsi
XII əsr
Buğurd, Mərdəkan, Gülüstan və Qız qalalarının inşa edilməsi
AZƏRBAYCANA XIII-XIV ƏSRLƏRDƏ
MONQOLLARIN AZƏRBAYCANA YÜRÜŞLƏRİ. CƏLALƏDDİNİN AZƏRBAYCANDA HAKİMİYYƏTİ
1220-1222
Cəba və Sabutayın rəhbərliyi ilə monqolların Azərbaycana kəşfiyyat xarakterli I yürüşü. Yürüş zamanı
monqollar Təbrizə və Gəncəyə hücum etsələr də bu şəhərləri işğal edə bilmədilər. Beyləqan və Şamaxı isə
talan edildi. Gürcüstansa iki dəfə monqollar tərəfindən tutuldu
1221
Monqolların Təbrizə və Gəncəyə uğursuz hücum etməsi
1222
Monqolların Şirvana hücumu
1223
Kalka çayı sahilində döyüş. Monqolların rus-qıpçaq qoşunlarını məğlubiyyətə uğratması. Lakin İdilboyunda
bulqarlarla döyüşdə monqollar məğlub olaraq Monqolustana qayıtdılar
1225
Xarəzimşah Cəlaləddinin Azərbaycanı, o cümlədən Şirvanı tutması
1225-1231
Azərbaycanda Xarəzimşah Cəlaləddin dövlətinin mövcud olması
1225
Xarəzimşah Cəlaləddin tərəfindən Atabəylər dövlətinin varlığına son qoyulması
1227
Xarəzimşah Cəlaləddinin Marağada Ağsunqurilər sülaləsinin hakimiyyətinə son qoyması
XIII əsrin 20-ci illəri
Şəkinin Şirvanşahlar dövlətinin tabeliyinə keçməsi
1231
Gəncədə Bəndər üsyanı. Üsyan Cəlaləddin tərəfindən yatırıldı, üsyan başçılarından isə 30 nəfər, o cümlədən
Bəndər edam olundu. Cəlaləddinə qarşı Gəncədən başqa, Xoy, Mərənd, Naxçıvad, və üç dəfə Təbrizdə də xalq
azadlıq hərəkatı baş verdi və onlar da qəddarlıqla yatırıldı
1231
Azərbaycanda Xarəzmşah Cəlaləddinin hakimiyyətinin başa çatması
1231-1239
Cormağun noyonun başçılığı ilə monqolların Azərbaycana II yürüşü
1235
Gəncənin monqollar tərəfindən işğal olunması
1239
Monqolların II yürüşü zamanı tamamilə dağılmış Gəncə şəhərinin bərpa olunmağa başlanması
1239
Monqolların Şirvanı və Dərbəndi ələ keçirməsi. Dərbənd şəhərinin tutulması ilə bütün Azərbaycanın monqollar
tərəfindən istilası və monqolların II yürüşü başa çatdı
1239-1256
Azərbaycanın Ali monqol xaqanlığının tərkibinə qatılması. Ali Monqol Xaqanlığının hakimiyyəti dövründə
Azərbaycan Ali Monqol Xaqanlığının canişinləri tərəfindən idarə edildi, Arqun ağa – Xorasan, İraqi-Əcəm,
Şirvan da daxil olmaqla Azərbaycan, Gürcüstan, Lur və Kirmana canişin təyin olundu, Azərbaycanın əksər
torpaq sahələri və otlaqları monqol canişinlərinin ixtiyarına keçdi, yerli feodalların əksəriyyəti torpaq
malikanələrindən məhrum edildi, yerli feodalların bir qismi isə monqolların vassalına çevrildi
MONQOLLARIN AZƏRBAYCANA III YÜRÜŞÜ. AZƏRBAYCANIN HÜLAKÜLƏR DÖVLƏTİNİN TƏRKİBİNƏ QATILMASI
1253
Hülakü xanın başçılığı ilə Müke xanın Ön Asiyaya qoşun göndərməsi
1254
Monqollar tərəfindən Azərbaycanda əhalinin siyahıya alınması
1256
Monqolların Azərbaycana III yürüşü. Monqolların III yürüşü nəticəsində Azərbaycanın Hülakülər dövlətinin
tərkibinə qatıldı
1258
Bağdadın Hülakülər tərəfindən tutulması və Abbasilər xilafətinin süqut etməsi
1258-1357
Beşinci Monqol Ulusu adlanan Hülakülər (Elxanilər) dövlətinin mövcud olması
1258-1265
Hülakü xanın hakimiyyəti. Hülakü xan hakimiyyəti dövründə hərbi-köçəri əyanların tez-tez baş verən
qiyamlarını yatırmaqla geniş əraziyə malik iqtisadi cəhətdən güclü və mərkəzləşmiş dövlət yaratdı, köçmə
zadəganlara arxalanaraq bütün ali hakimiyyət orqanlarını şahzadə və əmirlər arasında böldu, şahzadə Yuşmut
Arran hakimi təyin olundu, Azərbaycanın şimal sərhədlərinin mühafizəsini möhkəmləndirmək məqsədi ilə
burda güclü monqol hərbi dəstələri məskunlaşdırıldı, Hülakü dövləti öz qüdrətini və vahidliyini qoruyub
saxladı, lakin feodalların getdikcə güclənməsi mərkəzi hakimiyyətə qarşı mübarizəni gücləndirdi, Azərbaycan
torpaqları uğrunda Hülakü və Qızıl Ordu arasında müharibələr başladı
1259
Nəsirəddin Tusinin rəhbərliyi ilə Marağa rəsədxanasının tikilməsi
XIII əsrin 50-ci illəri
Monqolların III yürüşü nəticəsində Şirvanşahlar dövlətinin müstəqilliyini itirməsi
XIII əsrin 60-cı illəri
Azərbaycan uğrunda Hülakülərlə Qızıl Ordu xanları arasında müharibələrin başlanması
1263
Elxanilərlə Qızıl Ordu dövləti arasında ilk toqquşma baş verməsi. Qızıl Ordu dövlətinin bu hücumu nəticəsində
Dərbənd şəhəri tutuldu. Lakin Qızıl ordulular tezliklə geri oturduldu
1288; 1290
Qızıl Ordu xanlarının Azərbaycana növbəti yürüşləri. Hər iki yürüşdə Qızıl ordulular məğlub edilərək ölkədən
qovuldu
XIII əsrin sonları
Keyxatu xanın ölkədə pul islahatı keçirməsi
1295
Qazan xanın Qarabağda padşah elan olunması
1295-1304
Qazan xanın hakimiyyəti. Qazan xan hakimiyyəti dövründə İslam dinini qəbul edərək Mahmud təxəllüsü aldı,
Azərbaycanın şimalında monqol feodallarının qiyamını yatıraraq mərkəzi hakimiyyəti möhkəmləndirdi
1297-1298
Qazan xanın Azərbaycanın şimalında monqol feodallarının qiyamını yatırması
1303
Qazan xanın fərmanıyla kəndlilərin bir yerdən başqa yerə getməsinin qadağan olunması. Bu fərmanla kəndlilər
öz yaşayış yerlərinə təhkim olunurdular
XIV əsrin əvvəlləri
Təbrizdə Əlişah məscidinin (“Ərk qalası”nın) inşa edilməsi
1304-1316
Məhəmməd Olcayut xanın hakimiyyəti. Olcayutun hakimiyyəti illərində mərkəzi hakimiyyət daha da
qüvvətləndi və ölkədə feodal çəkişmələri azaldı
1316-1335
Əbu Səidin hakimiyyəti
1316-1357
Çobanilərin Hülakü səltənətini ələ keçirməsi
1318
Xorasanda mərkəzi hakimiyyətə qarşı çıxışların baş verməsi və bundan istifadə edən Qızıl Ordu qoşunlarının
Elxanilər dövləti üzərinə hücuma keçərək Kür çayının sahilinə qədər irəliləməsi
1319
Usta Yusif ibn Əhmədin hal-hazırda London şəhərinin Viktoriya və Albert muzeyində saxlanılan bədii kasanı
düzəltməsi
1319
Gürcüstanda mərkəzi hakimiyyətə qarşı üsyan baş verməsi
1319-1325
Əmir Çobanın rəhbərliyi ilə Qızıl Ordu dövlətinə müvəffəqiyyətli yürüşlər təşkil olunması