İbtidai təhsilin məzmununun nəzəri-pedaqoji problemləri



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə25/47
tarix07.12.2017
ölçüsü2,93 Kb.
#14580
1   ...   21   22   23   24   25   26   27   28   ...   47

Gülarə Balayeva 
 
 
74 
prinsiplərindən biri kimi müəyyənləşdirilir” (14, s.131). Əslində bu, 
dövlət sənədinin elmi-nəzəri  əsasına  aid  ən  etibarlı  yanaşma  kimi 
dəyərləndirilir. Çünki sənəd Azərbaycan hökuməti tərəfindən təsdiq 
olunaraq istifadəyə verilmişdir. 
Sonralar pedaqoji elmlər doktoru, prof. F.A.Rüstəmov “Ümu-
mi təhsilin milli kurikulumu və onun hazırlanması prinsipləri” adlı 
məqaləsində  milli  və  ümumbəşəri  dəyərlərin  nəzərə  alınmasından 
nisbətən  geniş  danışır  və  onun  mahiyyətini  açıqlamağa  çalışır. 
Onun  qənaətinə  görə,  milli  və  bəşəri  dəyərlərin  qovşağında  təhsil 
nailiyyətləri  qiymətləndirilir.  Təhsil  mühüm  sosial  dəyər  kimi 
mənalandırılır” (113, s.40). 
Mənbələrdən  göründüyü  kimi,  milli  və  bəşəri  dəyərlərin 
nəzərə  alınması  gah  pedaqoji  prosesin,  gah  da  kurikulumun 
didaktik əsasını təşkil edən pedaqoji prinsip kimi şərh olunur. Onun 
nəzərə alınmasının vacibliyi göstərilir. 
Araşdırmalar zamanı belə analogiya gətirmək olar ki, milli və 
bəşəriliyin  vəhdətinin nəzərə alınması əgər ümumtəhsil Milli Kuri-
kulumuna bütövlükdə şamil edilirsə, bu o deməkdir ki, həmin müd-
dəa eyni ilə ibtidai təhsilə də aiddir. Əgər o yalnız kurikuluma aid 
olan  məsələ  kimi  şərh  olunursa,  deməli,  o,  kurikulumun  tərkib 
hissələrinə, o  cümlədən məzmuna şamil edilir. 
Milliliklə  bəşəriliyin  vəhdəti,  ilk  növbədə,  ibtidai  təhsil 
səviyyəsi  üzrə  fənlərin  müəyyənləşdirilməsində  nəzərə  alınmışdır. 
Tədris  olunan  fənlərin  əhatə  etdiyi  bilik  və  bacarıqlarda  sırf 
Azərbaycanı  təmsil  edən,  həm  də  dünyanın  elm  və  mədəniyyətini 
ümumləşdirən məsələlər birləşdirilmişdir. 
Məsələn,  “Azərbaycan  xalqının  dili,  tarixi,  əxlaqi-mənəvi 
dəyərləri,  mədəniyyəti,  incəsənəti,  adət-ənənələri  haqında  ilkin 
məlumatları sadə formada təqdim edir” (Ana dili, 1-ci sinif). “Sadə 
məişət  xidmətlərini  yerinə  yetirir”  (Texnologiya,  2-ci  sinif).  Yeni 
kurikulumda fənlər əsaslandırılarkən onların milli və bəşəri dəyərlər 
baxımından  əhəmiyyəti  izah  olunur.  Nəticələrin    əksəriyyəti  milli 
və bəşəri dəyərləri sintez olunmuş formada ifadə edir. 


İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri 
 
 
75 
Məsələn, “Düzlük, ədalətlilik, humanistlik, rəhmlilik nümayiş 
etdirir, bu mənəvi keyfiyyətlərin mahiyyəti barədə mülahizələri şərh 
edir” (Həyat bilgisi, 3-cü sinif). “Sadə riyazi alqoritmlər və layihələr 
tərtib edir” (İnformatika, 4-cü sinif). ”Hesab əməllərində naməlum 
komponenti  məlum  komponentlərlə  ifadə  edir”  (Riyaziyyat,  5-ci 
sinif). 
Bütün bunlar onu göstərir ki, yeni konsepsiya təlimin məzmu-
nunu  əhatə  edən  bir  sənəd  kimi  milliliklə  bəşəriliyin  qovşağında 
olmaqla  onları  bir  orqanizm  kimi  birləşdirir  və  şəxisiyyətin 
inteqrativ bacarıqlara yiyələnməsini nümayiş etdirir. 
İbtidai  təhsilin  məzmunu  təhsilin  digər  səviyyələri  ilə 
müqayisədə  daha  çox  ümumi  xarakter  daşıyır.  Oradakı  fənlər 
praktik  xarakterinə  görə  ümumi  təhsilin  digər  səviyyələrindəki 
fənlərdən fərqlənir. Onlar daha çox şagirdlərdə praktik bacarıqların 
formalaşmasına  yönəldilir.  Ona  görə  də  ibtidai  təhsilin  məzmu-
nunun  müəyyənləşdirilməsində  inteqrativliyin  nəzərə  alınması  xü-
susi prinsip kimi dəyərləndirilir və ona istinad  olunması  məqsədə-
müvafiq hesab edilir.  
İnteqrativlik.  İnteqrasiya  nedir?  Latınca  “inter”  sözündən 
götürülmüş “tam” mənasını verən inteqrasiya anlayışı yeni olduğu 
qədər  də  qədimdir.  Təhsilin  bünövrəsi  qoyulandan  inteqrativliyə 
ehtiyac  duyulmuş,  elm  yarandığı  vaxtdan  inteqrativ  xarakter 
daşımışdır. Bütün elmlərin anası hesab olunan  fəlsəfə çox müxtəlif 
elm sahələrini özündə birləşdirməklə inteqrativ xarakter kəsb etmiş, 
tədricən  diferensiasiya  nəticəsində  müxtəlif  elm  sahələri  ondan 
ayrılaraq təşəkkül tapmışdır. Hətta antik filosoflar da bir neçə elm 
sahələrini  mükəmməl  bilməklə  inteqrativ  təfəkkür  nümayiş 
etdirmişlər. 
Sonrakı  dövrlərdə  klassik  pedaqoqların  Y.A.Komenskinin, 
A.Disterveqin,  K.D.Uşinskinin  əsərlərində  və  ya  dərsliklərində 
şagirdlərin  inteqrativ  təfəkkürünün  inkişafına  imkan  verən  tədris 
materialları  yəni,  onların  nitqinin,  lüğət  ehtiyatlarının  artmasına, 
həm  də  təbiət,  ətraf  aləm  haqqında  biliklərin  zənginləşməsinə 
kömək edən mətnlər öz əksini tapmışdır. 


Gülarə Balayeva 
 
 
76 
Müasir dövrdə inteqrasiya təhsilin məzmununun  ən mühüm 
prinsiplərindən biri hesab olunur. Bu günə qədər ona sosial idrakın 
ümumi  metodologiyası  müstəvisində  baxılmamışdır.  İnteqrasiya 
ideyası  biliklərin  məzmununa  yeni  yanaşma  tələb  edir.  Fənlərin 
inteqrasiyası əhəmiyyətli dərəcədə vaxt ehtiyatına qənaət deməkdir. 
Bu vaxt yalnız biliklərin dərindən öyrənilməsi üçün deyil, həm də 
biliklərin  keyfiyyətcə  yeni  səviyyədə  mənimsənilməsinə  sərf  edilə 
bilər.  İnteqrativlik  biliyin  bütövlükdə  cəmiyyətin  inkişafını 
müəyyənləşdirən aparıcı qüvvə kimi real üstünlüyünü təmin etməyə 
qabildir.  Bu  prinsipə  istinad  olunması  dünyanın  mənzərəsini  və 
cəmiyyət həyatını bütün tamlığı ilə şagirdlərə göstərir. 
İnteqrasiya prosesində elmi potensialın konsentrasiyası, onlar 
arasında  əlaqələrin  intensivləşdirilməsi,  təhsil  xarakterli  informa-
siyaların ötürülməsi, elm və texnikanın son nailiyyətlərindən opera-
tiv şəkildə istifadə olunması, fasiləsiz təhsil sisteminin yaradılması 
və s. təmin edilir. 
Təhsildə  inteqrasiya  nəticə  etibarilə  yeni  elm  sahəsi  for-
malaşdırır. İnteqrasiya sosial-iqtisadi şəraiti dəyişən, təhsil sistemini 
inkişaf etdirən yeni konsepsiyanın əsası kimi çıxış edir. 
İnteqrasiya  yeni  tipli  ümumtəhsil  məktəblərinin,  pedaqoji 
kollektivlərin,  müəllimlərin  təcrübi–eksperimental  işlərinin  əsas 
istiqamətlərindən biridir. 
Müəllimlərin, alimlərin və pedaqoqların təhsilin inteqrasiyası 
probleminə  marağı  fənn  təliminin  ənənəvi  sisteminin  mo-
dernləşdirilməsi  zəruriliyi  ilə  əlaqədar  olaraq  daha  da  artmışdır. 
Xarici  ölkələrin  təhsil  sistemində  inteqrasiya  peşə  hazırlığı  və 
şagirdin inkişafı məqsədilə ali və orta məktəblərdə təlimin təşkilinin 
və  tədris  proqramlarının  tərtibinin  səmərəli  və  mütərəqqi  prinsip-
lərindən  biri  kimi  nəzərdə  tutulur.  Akademik  hazırlığa  yönəlmiş 
tədris müəssisələrində fənn təlimi üstünlük təşkil edir. O, biliklərin 
sistemləşdirilməsi və təhsilin ixtisaslaşdırılması məqsədi ilə istifadə 
olunur. 
İnteqrasiya  müasir  pedaqoji  sistemlərin  formalaşmasının 
prinsipi və amili, böyüməkdə olan insanın fərd, şəxsiyyət, vətəndaş 


Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə