Иҹтимаи-сијаси мүталиәЛӘрин әсаслары


(5-4) BEYNӘLXALQ TӘŞKİLATLARIN NÖVLӘRİ



Yüklə 1,29 Mb.
səhifə38/118
tarix11.01.2022
ölçüsü1,29 Mb.
#82809
1   ...   34   35   36   37   38   39   40   41   ...   118
İCTİMAİ-SİYASİ-MÜTALİӘLӘRİN-ӘSASLARI-2

(5-4) BEYNӘLXALQ TӘŞKİLATLARIN NÖVLӘRİ


Beynəlxalq təşkilatlar bir neçə növə bölünürlər. Onları bir-birindən fərqləndirən cəhətlər də müxtəlif olur. O cümlədən, təşkilatın növü və fəaliyyəti, coğrafi əraziyə görə əhatə dairəsi, təşkilatın strukturu və üzvlərinin fəaliyyət sahəsi, tarixi keçmişi, həcmi və ölçüləri, qərar qəbul etmə üsulları və s. Bu bölgüdə beynəlxalq təşkilatları dörd əsas prinsipə görə təqsim edəcəyik: mahiyyət; fəaliyyət dairəsi; dövlətə bağlılıq dərəcəsi və nəzarət üsulları.

(5-4-1) MAHİYYӘTӘ GÖRӘ BÖLÜNMӘ


Beynəlxalq təşkilatlar öz mahiyyətlərinə və mövcudluq səbəblərinə görə aşağıdakı növlərə bölünürlər:

  1. Iqtisadi təşkilatlar;

Bunlar iqtisadi hədəf və fəaliyyətlərə görə təşkil edilir, beynəlxalq qurumlar arasında sayca böyük yer tutur və günbəgün artmaqdadırlar. Iqtisadi təşkilatlar həm regional, həm də ümumdünya səviyyəsində fəaliyyət göstərirlər.

I Dünya Müharibəsindən əvvəl mövcud olmuş Alman Gömrük Ittifaqı, Beynəlmiləl Məşğulluq Təşkilatı, Beynəlmiləl Ticarət Palatası, Beynəlxalq Valyuta Fondu, Ümumdünya Bankı, Avropa Iqtisadi Komissiyası, EKO təşkilatı, Ümumdünya Ticarət Təşkilatı, Qarşılıqlı Iqtisadi Әməkdaşlıq Şurası, Avropa Bazarı, OPEK, Beynəlxalq Atom Enerjisi Agentliyi, Benilyüke Ölkələri Təşkilatı, Asiya Ictimai-Iqtisadi Komissiyası, Mərkəzi Amerika Birgə Bazarı, And müqaviləsi, Qərbi Afrika Iqtisadi Cəmiyyəti, Iqtisadi Inkişaf və Həmkarlıq Təşkilatı, Cənubi Asiya Regional Әməkdaşlıq Təşkilatı, Beynəlxalq Inkişaf Bankı, Şərqi Afrika Iqtisadi Cəmiyyəti və s. qurumları bu təşkilatlara misal göstərmək olar.



  1. Siyasi təşkilatlar;

Bu təşkilatlar müştərək siyasi baxışlar, mənafe və hədəflər əsasında yaradılır. Onların fəaliyyət dairəsi müxtəlif ictimai-siyasi məsələləri əhatə edir. BMT, Afrika Birliyi təşkilatı, Islam Konfransı Təşkilatı, Әrəb Ölkələri Ittifaqı, Bitərəf Ölkələr Təşkilatı, Avropa Şurası, Fars Körfəzi Həmkarlıq Şurası, BMT-nin Cenevrədəki qaçqınlara yardım üzrə beynəlxalq komisarlığı və s. təşkilatlar bu qəbildəndirlər.

  1. Elmi və mədəni-maarif sahəsindəki təşkilatlar;

Bu yönümlü təşkilatlar elm və maarif sahəsindəki müştərək hədəflərə əsasən təsis edilirlər. Yunesko, Ümumdünya Sinoptika Təşkilatı, Beynəlmiləl Standartlaşdırma Təşkilatı, Parisdəki Beynəlxalq Araşdırmalar Şurası, Avropa Nüvə Təhqiqatları Müəssisəsi, ixtira və kəşfləri qeydə alan ümumdünya təşkilatı və s. təşkilatlar buna misal ola bilər.

  1. Danışmalar və rabitələr üzrə ixtisaslaşan təşkilatlar;

Bu təşkilatlar rabitə və informasiya sahəsində eləcə də, əmtəə, enerji, xammal və s.-in danışması və nəql edilməsində qarşıya qoyulan məqsədləri yerinə yetirmək üçün yaradılan qurumlardır. Beynəlxalq Teleqraf Ittifaqı, Ümumdünya Poçt Ittifaqı, Beynəlxalq Aviasiya təşkilatı, Beynəlxalq Naviqasiya Təşkilatı, Beynəlxalq Dəmiryolları Təşkilatı, Reyn, Dunay və digər çaylarda gəmiçilik üzrə komissiyalar, Beynəlxalq Telefon Rabitəsi və s belə təşkilatlardandırlar.

  1. Hüquqi təşkilatlar;

Belə təşkilatlar ölkələr arasındakı müxtəlif məsələlər üzrə ortaya çıxan ixtilaflarda şikayətlərə baxılması, dövlətlərarası rabitələrin tənzimlənməsi, xüsusi mövzular barəsində hüquqi normaların bərqərar edilməsi və s. bu kimi məqsədlər üçün yaradılır. Nümunə üçün, Bəniz Hüququ üzrə Beynəlmiləl Komissiya, Beynəlxalq Әdliyyə Məhkəməsi, Daimi Beynəlxalq Məhkəmə və Insan Hüquqları Komissiyasını misal göstərmək olar.

  1. Ictimai təşkilatlar;

Bu təşkilatlar müəyyən bir ictimai işi yerinə yetirmək üçün yaradılırlar. Belə qurumlara misal olaraq, aşağıdakıları göstərmək olar: Yunisef, Ümumdünya Səhiyyə Təşkilatı, Avropada Mühacirət üzrə Dövlətlərarası Komitə, Beynəlxalq Qırmızı Xaç komitəsi, BTT-nin məskunlaşma üzrə mərkəzi, təlim-tərbiyə üzrə BTT-nin müəssisəsi və s.

  1. Müdafiə və təhlükəsizlik məsələləri üzrə olan təşkilatlar.

Belə təşkilatlar müştərək müdafiə və təhlükəsizliyi təmin etmək məqsədi ilə yaradılır. Onlardan bəzilərini qeyd edirik: BMT-nin Təhlükəsizlik Şurası, NATO, SENTO, Avropa Müdafiə Cəmiyyəti, senterpol və s.

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə