Иҹтимаи-сијаси мүталиәЛӘрин әсаслары


(5-3) BEYNӘLXALQ TӘŞKİLATLARIN GӘLӘCӘYİ VӘ PERESPEKTİVLӘRİ



Yüklə 1,29 Mb.
səhifə37/118
tarix11.01.2022
ölçüsü1,29 Mb.
#82809
1   ...   33   34   35   36   37   38   39   40   ...   118
İCTİMAİ-SİYASİ-MÜTALİӘLӘRİN-ӘSASLARI-2

(5-3) BEYNӘLXALQ TӘŞKİLATLARIN GӘLӘCӘYİ VӘ PERESPEKTİVLӘRİ


Qeyd olunduğu kimi, beynəlmiləl təşkilatların meydana çıxması son iki əsrdə baş vermişdir. Bu müddət ərzində həmin təşkilatlar həm mövzu və mahiyyət, həm coğrafi əraziləri əhatə dairəsi, həm də say və həcm cəhətdən həmişə inkişaf etmişlər. Yəni, daim genişlənmək və inkişaf etmək, beynəlxalq təşkilatların səciyyəvi xüsusiyyətlərindəndir. Onların yaradılması zəruriyyətini doğuran amillər, qeyd edildiyi kimi, bir çox səbəblərdən irəli gəlir. Ölkələrin müştərək məqsəd və inteqrasiyaya meyillilikləri, beynəlxalq təşkilatların inkişafını daha da artırmışdır. Dövlət və millətlərin qarşılıqlı əməkdaşlığa olan ehtiyacları, bu təşkilatların artması və əsasən iqtisadi sahədə həmkarlığına səbəb olur.

Digər tərəfdən, bəzi dövlətlər belə əməkdaşlığı xüsusi sahələrdə aparmağa daha çox səy göstərirlər. Bu isə öz növbəsində, beynəlxalq bazarın inhisari olmasına gətirib çıxarır. Məsələn, müasir elm və texnologiyalar sahəsində daha çox inkişaf etmiş bir ölkə, beynəlxalq aləmdə məhz bu istiqamətdə ixtisaslaşmağa çalışır və dünya bazarında öz xüsusi yerini tutur. Yaxud, əgər hansısa ölkə xüsusi bir məhsulun istehsalında digərlərindən nisbi üstünlüyə malik olduqda, dünya bazarındakı rəqabəti nəzərə almaqla, həmin sahədəki fəaliyyətinə daha çox əhəmiyyət verir və çalışır ki, bu sahədə istehsal və ixracı öz əlində inhisara çevirsin. Neft, mədən və süd məhsulları, kampyüterlər, dəqiq cihazlar və s. sahələrdə artıq ixtisaslaşmış bir çox ölkələr, beynəlmiləl aləmdə həmin xüsusi “bazarları” çoxdan öz inhisarlarına aid etmişlər. Iqtisadiyyatın bu cür ixtisaslaşması ölkələrin bir-birləri ilə qarşılıqlı əməkdaşlığının inkişafına misilsiz yardım edir və əslində, onların bağlılığını gücləndirir. Belə ixtisaslaşma təkcə ölkə çərçivəsi ilə məhdudlaşmır, habelə, regional səviyyədə də özünü biruzə verir. Məsələn, Fars körfəzi hövzəsindəki ölkələr neft-qaz ixracı və istehsalı üzrə ixtisaslaşmış iqtisadiyyata malikdirlər. Bu cür ölkələr öz ümumi mənafelərinə qarşı təhlükə hiss etdikdə, aralarındakı rabitələri daha da gücləndirir və belə hallarda vahid beynəlmiləl və ya regional təşkilat kimi çıxış edirlər.

Beynəlmiləl təşkilatların hal-hazırkı hər tərəfli inkişafını nəzərə alaraq, mütəxəssislər gələcəkdə onların sayca artacağı və fəaliyyət dairələrinin daha da genişlənəcəyini proqnozlaşdırırlar. Habelə, beynəlxalq əlaqələr üzrə mütəxəssislər gələcək əsrin “beynəlmiləl təşkilatlar əsri” və getdikcə milli dövlətlərin rolunun azalmağa başlayacağını bildirirlər.

Beynəlmiləl təşkilatların güclü inkişafına səbəb olan amillər aşağıdakılardır:



  1. Millətlər və ölkələr arasında qarşılıqlı iqtisadi və elmi bağlılıqların get-gedə güclənməsi;

  2. Ölkədaxili və regional səviyyədə istehsalın ixtisaslaşması;

  3. Millətlərarası münasibətlərdə turizm və kütləvi informasiya vasitələrinin (radio, televiziya, qəzet, jurnal, internet və s. ) rolunun güclü əhəmiyyət kəsb etməsi;

  4. Elmi axtarışların və təhqiqatların ümumdünya səviyyəsində inkişafı;

  5. Qeyri-dövlət təşkilatlarının inkişafı, onların sayca artması və dünya millətləri arasında belə qurumların nüfuzunun qüvvətlənməsi;

  6. Regional və ya ümumdünya səviyyəsində bəşərin müştərək fəaliyyətlərinin genişlənməsi, bir çox sahələrdə beynəlxalq təşkilatların inkişafını zəruri edir. Həmin qəbildən olan fəaliyyət sahələrinə misal olaraq aşağıdakıları göstərmək olar, insan hüquqları, səhiyyə, müxtəlif xəstəliklərlə mübarizə, ekoloji problemlərin həlli, elm və təhsil, regional böhranlar, təbii fəlakət və hərbi münaqişələrdən zərərçəkənlərə yardım, kütləvi qırğın silahlarına nəzarət, regional və ümumi təhlükəsizlik məsələləri, idman, pul və bank sistemi, sığorta, demoqrafiya məsələləri, ictimai rifahın yüksəldilməsi və s;

  7. Dini, irqi və milli təmayüllərin baş qaldırması. Məsələn, xristian və müsəlman ölkələri təşkilatları, türkdilli xalqların cəmiyyətləri, ərəbdilli ölkələrin təşkilatları və s.-in inkişafı, bu zəmində beynəlmiləl qurumların artmasına səbəb ola bilər;

  8. Iqtisadi, siyasi və mədəniyyət sahələrindəki rəqabətlərdən irəli gələn müştərək təhlükələr, bəzi ölkələri beynəlmiləl təşkilatlar yaratmağa sövq edə bilər.

Adı çəkilən bütün bu amillər heç də hərtərəfli təsir qüvvəsinə malik deyillər. Lakin onlar dünya millətlərinin inteqrasiyasına və müxtəlif sahələrdə müştərək fəaliyyət göstərmək üçün beynəlmiləl təşkilatların yaradılmasına misilsiz dərəcədə kömək edirlər.

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə