44
Thinnet-dən istifadə bütün bu konnektorlar BNC konnektor kimi tanınır. BNC-nin Bayonet Nut
Connector, Bayonet Navy Connector, Bayonet Neil Cofflin(konnektoru yaradıcısı kimi bilinən
adam), British Navy Connector və ya Bayonet Nut Coupling –dən gəldiyinə dair rəvayətlər var, siz
qısaca BNC(bi en si) deyə bilərsiniz.
Kabelə BNC ucu taxmaq üçün xüsusi bir sıxma alətinə ehtiyacınız ola bilər. Konnektorun içindəki
iynənin içi deşikdir. Koaksialın içindəki sim bu deşiyə soxulur və iynə sıxma aləti ilə sıxılır. Daha
sonra da koaksialın metal qoruma qatına tam təmas edəcək şəkildə konnektorun çöl tərəfi sıxılır.
Heç bir şəkildə koaksialın ortasından keçən sim çöldəki metal örtüyə təmas etməməlidir. Əks
halda qısa qapanma olur və şəbəkə çalışmır.
Düzgün bağlantı
Sıxma aləti
İçdəki uc konnektorun çölünə
dəyməməlidir
Addım-addım necə düzəldiyinə baxaq:
Sıxacağımız çöl həlqə, ilk
başda
koaksiala keçirilməlidir
Kabelin ucunu açırıq.
Halqa keçirildi.
Və ortadakı uca iynə taxıldı.
İynəni sıxırıq.
İynəni konnetorun içinə
salırıq.
Çöldəki incə tel
parçaları (koaksın metal
örtüyü) konnetorun iynəni
saldığımız borusunun çölündə
qalacaq.
Sonra arxadakı halqanı
sonuna
qədər konnektora doğru
itələyib sıxırıq.
45
Beləcə metal örtük konnetorun tamamına bağlandı, ortadakı sim isə yalnızca konnektorun içindəki
iynəyə bağlıdır. Altda belə bir misal görə bilərsiniz, bağlantının üstü geniş plastik qapaqlar ilə
örtülür.
10Base2-nin qısa məlumatı:
10Mbs sürətində
Baseband
Seqment, yəni kompüterləri dolaşan kabel ən çox 185m
ola bilər
Eyni seqmentə 30-dan çox kompüter bağlana bilməz
Hər bir maşın arasında ən az 0.5m məsafə buraxılmalıdır
10Base5-dən çox ucuz
Thinnet, Thin ethernet və ya Cheapernet kimi də bilinir
Koaksial kabelli ethernet üçün istifadə olunan iki cihazdan bəhs etmək istəyirəm: Repeater və
Bridge. Günümüzün UTP kabel istifadə edən modern şəbəkələrində bu cihazlar yerlərini hub və
switch-lərə vermişdir. Günümüzdə ki, şəbəkələrin çalışma prinsiplərini daha yaxşı anlamaq üçün
bu iki cihazı tanımaq lazımdır.
6.7
İlk koaksial Ethernet texnologiyalarında istifadə olunan cihazlar.
İndi koaksial kabelli ethernet zamanında istifadə olunan iki cihazdan bəhs edəcəyik:
Repeater və
Bridge. UTP kabel istifadə edən modern şəbəkələrdə bu cihazların yerlərini
hub və
switch-lərə
tutublar. Hazırda şəbəkələrin çalışma prinsiplərini daha yaxşı anlamaq üçün bu iki cihazı
tanımağımız vacibdir.
6.7.1 Repeater(Təkrarlayan)
10Base5 və 10Base2 standartlarının kabel uzunluğu və kompüter sayı ilə bağlı olan hədd bəzən
yetərli olmur, ona görə bu cür texnologiyalardan repeater-dən istifadə etmək lazım gəlir.
Əgər daha
uzun məsafələrdən daha çox kompüterlə işləmək istənilərsə və ya şəbəkəni kabel zədəli olsa belə
daha dayanıqlı hala gətirmək istəyirsinizsə, ya da fərqli kabel sistemləri (məsələn: 10Base5 ilə
10Base2) birləşdirilmək istəsəniz repeater istifadə etməlisiniz. Repater və ya təkrarlayan bir
ethernet seqmentindən aldığı bütün paketləri təkrarlayır və digər seqmentə yollayır. Repeater gələn
elektrik siqnallarını alır və binary koda, yəni 1 və 0-lara çevirir. Sonra da digər seqmentə yollayır.
Bu yönü ilə repater-in bəsit bir amplifikator, yəni yüksəldici olmadığını anlayırıq. Çünki ampilər
gələn siqnalın nə olduğuna baxmadan sadəcə gücünü yüksəldir. Yolda zədələnmiş bir siqnal
ampiden keçəndə zədəsi daha da artır. Bu kompüter şəbəkələrində istifadə olunan ampi kimi bir
cihaz yoxdur, sadəcə repeaterin nə edib-etmədiyini aydınlaşdırmaq istədim. Repeater isə gələn