İdarəetmə UÇotu müNDƏRİcat



Yüklə 7,41 Mb.
Pdf görüntüsü
səhifə2/1418
tarix31.01.2022
ölçüsü7,41 Mb.
#83321
1   2   3   4   5   6   7   8   9   ...   1418
İdarəetmə-uçotu-ACCA-F2-Azərbaycanca

Nələri̇ öyrənəcəyi̇k

a)

Müəssisə daxilində istehsalat məsrəflərinin və idarəetmə uçotunun məqsəd və rolu. 



b)

Mühasibat uçotunun istehsalat məsrəfləri və idarəetmə uçotu ilə müqayisəsi və qar-

şılaşdırılması.

ç)

Planlaşdırma, qərarvermə və nəzarətlə bağlı idarəetmə prosesləri.



d)

Verilənlərlə məlumatın bir-birindən fərqləndirilməsi.

e)

Keyfiyyətli məlumatın xüsusiyyətləri.



ə)

İdarəetmə ilə bağlı qərarvermə prosesində təlimatçı qismində çıxış edən idarəetmə 

informasiyalarına aid məhdudiyyətlər.



2  :

BÖLMƏ – A: İDARƏETMƏ İNFORMASİYASININ MAHİYYƏTİ, 

MƏNBƏYİ VƏ MƏQSƏDİ

   Giriş

Praktiki nümunə

İdarəetmə İnformasiya Sistemi

İdarəetmə  sisteminin  ən  mühüm  elementlərindən  biri  də  məlumatların  idarə  olunmasıdır. 

Növbəti bölmədə məlumatların düzgün idarə olunmasının müəssisənin uğuru üçün əhəmiyyətli 

və zəruri bir amil olduğunu görəcəksiniz.

Menecerlər  verilənlər  toplusunu  qəbul  edir,  onu  məlumata  (informasiyaya)  çevirib  biznes 

fəaliyyətlərində hədəflərinə çatmağa şərait yaradacaq nəticələr əldə edir və müvafiq qərarlar 

verirlər. Müəssisə üçün məlumat faktoru pul, avadanlıq və işçi qüvvəsi qədər dəyərli və önəmli 

resursdur. Bu məlumatlar daima yenilənməlidır və bir çox hallarda bu məlumatlar eyni anda bir 

neçə insana lazım ola bilər. Buna görə məlumat dəqiq, düzgün, yığcam, bütöv, yaxşı təqdim 

olunan və saxlanıla bilən olmalıdır. 

Nəticə  etibarilə,  məlumatlar  müəssisənin  uğurlu  fəaliyyəti  üçün  zəruri  resurs  kimi  çıxış 

edir.  Hazırkı  dövrdə  müəssisələrin  böyük  əksəriyyətinin  işi  elektron  kompyuter  informasiya 

sistemlərindən asıldır. “İnformasiya İdarəetmə Sistemi” (İİS) terminin mənası kompyuterlərə 

əsaslanan informasiya sistemi deməkdir. Bununla belə, İİS anlayışı  müəssisənin idarəetmə 

fəaliyyətlərini  məlumatla  təmin  edən  bütün  sistemləri  əhatə  edir.  Bu  məlumatın  müəssisə 

daxilində asanlıqla yayılmasını və əldə edilə bilməsini təmin edən fundamental bir sistemdir.

İnformasiya  sistemi  menecerlərə  məlumatı  istədikləri  şəkildə  və  istədikləri  vaxtda  əldə 

etmək imkanı verən bir mexanizmdir. Bu mexanizm menecerləri qərarvermə zamanı müna-

sib məlumatlarla təmin edərək onların işini asanlaşdırır. Kompyuter sistemləri müəssisələrə 

verilənlərin  dəqiq,  düzgün  təqdim  olunan,  yenilənmiş  və  faydalı  informasiya  şəklində  emal 

olunmasında yaxından yardım göstərir. İnformasiyanın yığcam, münasib, vaxta uyğun və tam 

olub-olmaması onun emal və seçimində iştirak edən insanların potensialından asılıdır.




Yüklə 7,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   1418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə