İdarəetmə UÇotu müNDƏRİcat


hesabat şəklində təmin edən sistemdir



Yüklə 7,41 Mb.
Pdf görüntüsü
səhifə5/1418
tarix31.01.2022
ölçüsü7,41 Mb.
#83321
1   2   3   4   5   6   7   8   9   ...   1418
İdarəetmə-uçotu-ACCA-F2-Azərbaycanca

hesabat şəklində təmin edən sistemdir.

_________________________________________________________________________

İdarəetmə informasiya sistemləri bir çox müəssisələrdə menecerlər tərəfindən məlumatların 

tələbi və yazılı şəkildə olan hesabatların kompyuterləşdirilmiş sistemə daxil edilməsi əsasında  

formalaşdırılmışdır.




:  3 

FƏSİL – A1: 

İDARƏETMƏ UÇOTU

Tarixən mühasibat sistemləri hər hansı bir informasiya sisteminin ən yaxşı şəkildə tənzimlənmiş 

və  təkmilləşdirilmiş  hissəsi  olub.  İİS  isə  mühasibat  məlumatları  ilə  müqayisədə  daha  çox 

məlumatı  özündə  ehtiva  edir.  İİS  müəssisənin  hər  bir  bölməsində  bütün  səviyyələr  üzrə 

menecerləri zəruri məlumatlarla təmin etmək üçün mövcud bütün resursları bir yerə yığmaq 

üçün istifadə edilir. Bu, planlaşdırmanın hər üç səviyyəsində iştirak edən menecerlərə vaxtın-

da və səmərəli şəkildə qərar verməyə imkan yaradır.

Nümunə

İşçilər  barədə  məlumatlar  bir  çox  müxtəlif  sənədlərdə  qeyd  olunur  və  saxlanılır.  Hazırkı 

dövrdə müəssisələr məlumat sorğusunu praktiki olaraq yerinə yetirə biləcək məlumatlar ba-

zası sistemini yaratmağa böyük əhəmiyyət verirlər. Müəssisənin İİS-i istənilən işçiyə məxsus 

məlumatları məlumatlar bazasından çıxara bilmə imkanı ilə təchiz olunub.

İdarəetmə  heyəti  işçinin  yaşı,  qalan  xidməti  müddəti,  işə  qəbul  olunma  tarixi,  onun  aldığı 

əməkhaqqının strukturu və ya onun məzuniyyəti ilə əlaqədar bütün məlumatları istənilən anda 

İİS verilənlər bazasındakı müxtəlif mənbələrdən əldə etmək imkanına malikdir.




Yüklə 7,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   1418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə