Xətti statik modellər
Моделлярин тяснифаты.
1. Zaman faktorunun nəzərə alinmasına görə təsnifat
Statik model-obyektin qərarlaşmış rejimdə (sükunıtdə) olan modeli. Bəzi hallarda qeyd olunmuş zaman kəsiyindəki model də statik model kimi təqdim olunur.
Dinamik model-obyektin vəziyyətinin (xarakteristikalarının) zaman üzrə necə dəyişdiyini izləməyə imkan verir. Məsələn, xəstəlik tarixi qeyd olunan sənəd. Texniki obyektlərin dinamik modelləri adətən diferensial tənliklərlə ifadə edilir.
Zaman amilinə görə iqtisadi riyazi modellər statik və dinamik modellərə bölünür. Statik modellər iqtisadi sistemin müəyyən andakı halını əks etdirir, dinamik modellər isə sistemin zamana görə inkişafını, hərəkətini öyrənir. Obrazlı ifadə ilə desək, birinci halda kinofilimdən bir kadrı, ikinci halda bütöv kinonu görürük. Zamanı bir dəyişən kəmiyyət kimi bu modellərdə kəsilməz və ya diskret şəkildə (addımlarla, məsələn, bir illik fasilələrlə) iştirak edə bilər.
Riyazi asılılıqların forması baxımından qitisadi-riyazi modellər daha müxtəlifdir: xətti, qeyri-xətti, qabarıq və s. Təhlil və hesablamalar nöqteyi-nəzərindən xətti modellər daha geniş yayılmışdır.
Dostları ilə paylaş: |