Игтисадијјат илә сијасәтин бир-бири илә әлагәли олмасына сәбәб олан амилләрдән бири дә, истеһсал олунмуш малларын вә ја мәнфәә



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə38/66
tarix07.11.2018
ölçüsü1,59 Mb.
#78987
1   ...   34   35   36   37   38   39   40   41   ...   66

 
114 
böyük  təsir  göstərir.  Dövlətlərin  üzərinə  düşən  ən  başlıca 
vəzifələrdən  biri  də,  bu  kimi  hissləri  onlarda  gücləndirmək  və  milli 
dəyərlərə  zərbə  vuran  bütün  mənfi  ünsürlərin  qarşısını  almaqdan 
ibarətdir. 
8-Әlaqə vasitələrinə yiyələnmək 
Hər bir  siyasi məntəqə  müəyyən qanunlar  çərçivəsində  fəaliyyət 
göstərən  müxtəlif  əlaqə  vasitələrinə  malik  olur.  Onların  fəaliyyətini 
isə vətəndaşlar və ölkə daxili müxtəlif qurumlar ifa edir. 
Bütün  vasitələr  milli  və  ictimai  həmrəyliyin  qorunub-
saxlanılmasına  yaxından  köməklik  edir  və  bununla  yanaşı,  ölkə  və 
onun  sakinlərinin  ideoloji,  ictimai-iqtisadi  və  mədəni  potensialının 
artmasına  səbəb  olur.  Buna  görə  də,  dövlətlər  siyasi  və  coğrafi 
məntəqələrdə şəbəkə əlaqələrindən geniş şəkildə istifadə etməklə, bir 
tərəfdən  milli  birliyə,  digər  tərəfdən  də  iqtisadi,  ictimai,  mədəni 
inkişafa  nail  ola  və  bütün  bunlarla  yanaşı,  hakimiyyət  dairəsində 
olan məntəqəyə daha yaxşı nəzarət edə bilirlər. 
(3-1-4) SİYASİ MӘNTӘQӘLӘRİN NÖVLӘRİ 
Siyasi  məntəqələr  bir  neçə  hissədən  ibarət  olur  və  ümumilikdə, 
onları dörd hissəyə ayırmaq olar. 
 
1-Milli səviyyəli siyasi məntəqələr; 
Bu kimi məntəqələrin özləri iki hissədən ibarət olur:  
a) ölkə və ya müstəqil siyasi məntəqələr;  
Siyasi məntəqənin ən gözəl nümunəsini də məhz onlar təşkil edir. 
Bir qədər sonra onların hər biri haqda ayrı-ayrılıqda söhbət açacağıq. 
b) Qeyri-müstəqil siyasi məntəqələr 
Onlar  adətən  müstəqil  məntəqələrə  tabe  və  ya  onlardan  asılı 
vəziyyətdə olurlar. Bu kimi məntəqələrin müstəqil məntəqələrlə çox 
oxşarlığı  olsa  da,  müstəqil  ölkəyə  xas  olan  müstəqillik  və  rəsmi 
tanınma  kimi  xüsusiyyətlərə  malik  olmurlar.  Qeyri-müstəqil 
məntəqələr bir neçə halda mövcud olmuş və ya hal-hazırda mövcud 
olmaqdadır. 
1) İstismar olunmuş məntəqələr; 
Qədim zamanlarda bu kimi ölkələrə xüsusilə, Asiya və Afrikada 
çox  rast  gəlmək  olardı.  İİ  Dünya  Müharibəsindən  sonra  baş  verən 


 
115 
cərəyan  və  dəyişikliklərdən  sonra  onlar  öz  müstəqilliklərini  əldə 
edib, ölkə halına çevrildilər. 
Bu  günlər  Sakit  okeanda  yerləşən  adamların  bir  neçəsi  hələ  də 
Afrika,  Fransa  və  İngiltərənin  müstəmləkəsi  altında,  yarı-müstəqil 
halda qalmaqdadır. 
2) Bitərəf məntəqələr 
1969-cu  ilədək  İraqla  Küveyt  və  1981-ci  ilədək  İraqla  Səudiyyə 
Әrəbistanı  arasında  iki  bitərəf  ərazi  yerləşirdi.  Bu  günlər  isə  bu 
ərazilər həmin dövlətlər arasında bölünmüş və artıq heç bir bitərəflik 
xüsusiyyətinə  malik  deyillər.  Lakin  Fars  körfəzinin  cənub 
sərhədlərində  hələ  də  bu  kimi  ərazilərə  Dubay,  Әbu  Zəbi,  Oman, 
Әcman Әrəb Әmirlikləri arasında rast gəlmək olar. 
3) Müştərək hakimiyyət əraziləri 
Bu  kimi  ərazilər  iki  dövlət  tərəfindən  idarə  olunur.  İspaniya  və 
Fransa tərəfindən idarə olunan Andorra, Amerika və Yeni Zellandiya 
tərəfindən idarə olunan Tokalo kimi. 
4) Himayə altında olan ərazilər 
Bu  ərazilər,  İ  və  İİ  Dünya  Müharibələrində  məğlub  olmuş 
ölkələrin müstəmləkələri olmuşlar. İ Dünya Müharibəsindən sonra o 
dövrdə  fəaliyyət  göstərən  Xalqlar  Birliyi,  İİ  Dünya  Müharibəsindən 
sonra  isə  BMT-nin  nəzarəti  altında  qeydiyyata  alınmışlar.  Bu 
təşkilatlar  öz  nəzarətlərini  qorumaq  üçün  onlardan  bir  neçəsini 
müharibədən  qalib  çıxmış  dövlətlərə  həvalə  etmiş  və  onların 
müstəqilliyi  üçün  lazımi  şərait  yaratmışlar.  1994-cü  ildən  etibarən 
BMT-nin  Himayə  Şurasının  himayəsi  altında  olan  son  əraziyə  - 
Palaoya  müstəqillik  verərək,  Sakit  okeanda  yerləşən  Mikrenezi 
adalarında faktiki olaraq öz fəaliyyətini dayandırdı. 
2-ÖLKӘ DAXİLİNDӘ YERLӘŞӘN SİYASİ MӘNTӘQӘLӘR 
(AVTONOM VİLAYӘTLӘR) 
Ölkənin  tabeliyində  olan  ərazilərə  istənilən  səviyyədə  xidmət 
göstərilməsi üçün onlar ayrı-ayrı vilayətlərə bölünür və bu bölgü ya 
şəhər ya da ölkə halında aparılır. 
Bütün şəhərlər sabit məntəqə, prospekt və küçələrdən ibarət olur. 
Lakin ölkələrə gəldikdə, bu kimi bölgülər onların dövlət quruluşuna 


 
116 
müvafiq  olaraq  aparılır  və  bunun  üçün  də  onların  arasında  bəzi 
fərqlər  nəzərə  çarpır.  Federal  hakimiyyət  qurluşunda  ölkə,  "əyalət" 
(ştat)  adlı  bir  neçə  siyasi  məntəqəyə  bölünür  və  bu  əyalətlərin  hər 
biri  qeyri-federal  dövlət  kimi  vilayət,  şəhər,  rayon  və  kəndlərdən 
ibarət  olur.  Lakin  bəzi  federal  və  qeyri-federal  dövlətlərdə 
məntəqəyə xas (siyasi-idari) ixtiyarlara malik olan siyasi məntəqələr 
müşahidə  olunur.  Bosniya  və  Hersoqovinada  aparılan  siyasi  bölgü, 
Fələstində, sabiq Sovetlər İttifaqında, Rusiyadakı Dağıstan, Çeçen və 
İnquşetiya  və  Çindəki  muxtar  vilayətləri  kimi  buna  misal  çəkmək 
olar. 
3-Ölkə xaricində olan siyasi nahiyələr 
Bu kimi nahiyələr bir neçə müstəqil ölkə və ya siyasi məntəqələr 
və  ya  müştərək  hədəf  və  amala  malik  olan  ümumi  və  xüsusi 
qruplaşmalar  təşkil  edir.  BMT  və  iki  ümumi  siyasi  təşkilat  olan 
EKOA və Avropa Polad və Daşkömür Birliyi ixtisas birliklərini təşkil 
edir. 
Ölkəxarici  siyasi  məntəqələr  coğrafi  və  ərazi  bölgü  baxımından 
bir neçə hissəyə bölünür: 
1)Məntəqə - EKO, İran körfəzinin Həmkarlıq Şurası, Sakit Okean, 
Şimal-cənub dəhliz təşkilatları kimi. 
2)Qitə - Avropa birliyi və Afrika birlik təşkilatı kimi. 
3)Qitəxarici - İslam Konfransı kimi. 
4)Ümumdünya - BMT və onun tabeliyində olan Yuniko, Yunisef, 
EKAO və sair təşkilatlar kimi. 
5)Siyasi təşkilatların meydana gəlməsinə səbəb olan meyarlar;  
Hər bir siyasi təşkilatın meydana gəlməsi üçün bir və ya bir neçə 
əsas şərt lazımdır və bu meyarlar aşağıdakılardan ibarətdir: 
1)Müəyyən təbii sərhədlər və vahid coğrafi fəza
1
 (ərazi)” 
2)Təcrübələrlə  birgə  qədim  tarixə  və  müştərək  tarixi  əfsanələrə 
yiyələnmək” 
3)Müştərək ağrı-acılar və olunan təhdidlər
4)İctimai  quruluş,  irq  və  müştərək  insani  xüsusiyyətlər  - 
qövmiyyət; 
5)Din,  dil,  əlifba,  musiqi,  adət-ənənələr  kimi  müştərək  mədəni 
xüsusiyyətlər” 
                                                 
1
 Topoqrafiya 


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə