İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin



Yüklə 5,98 Mb.
Pdf görüntüsü
səhifə12/231
tarix21.06.2018
ölçüsü5,98 Mb.
#50117
1   ...   8   9   10   11   12   13   14   15   ...   231

Yoğun Silviya qızı tanımayaraq: 

-

 



Bunlar iki nəfərmiş, - deyə çığırdı. 

Bir neçə gün sonra ucaboylu, gözəl vücudlu, canlı baxışlı başqa 

bir qız cənab Qorionu xəbər almışdı. 

Silviya bu dəfə: 

-

 

Bunlar üç nəfərmiş! - deyə səslənmişdi. 



Qorionun ikinci qızı atasını səhər ziyarət etdi, bir neçə gün sonra 

isə axşamüstü karetdə, bal paltarında gəldi. 

Bu  vüqarlı  xanımla  birinci  dəfə  səhər  gəlmiş  olan  sadə  geyimli 

qızın arasında heç bir bənzəyiş görməyən madam Voke yoğun Silviya 

ilə birlikdə: 

-

 



Bunlar dörd nəfərmiş! - dedi. 

Qorio hələ də pansion üçün min yüz frank haqq verirdi. 

Madam Vokenin nəzərində varlı bir kişinin dörd, ya beş məşuqə 

saxlaması  tamamilə  təbii  görünürdü,  onun  öz  məşuqələrini  doğma 

qızlan  kimi  təqdim  etməsi  isə  hiyləgərlikdən  başqa  bir  şey  deyildi. 

Madam Voke Qorionun bu qızları “Vokenin evi”ndə qəbul etməsinə 

qətiyyən  etiraz  eləmirdi.  Lakin  bu  ziyarətlər  kirayənişinin  Vokenin 

şəxsiyyətinə qarşı laqeyd olduğunu sübut etdiyindən, dul arvad ikinci 

ilin başlanğıcında Qorioya “qoca pişik” ləqəbini verdi. Qorio pansion 

haqqını  doqquz  yüzə  düşürdükdə  isə  Voke  bu  xanımlardan  birinin 

pilləkəndən  endiyini  gördüyü  zaman,  olduqca  həyasız  bir  tövrlə 

Qorioya  xitab  edərək,  onun  evini  nəyə  çevirmək  istədiyini  soruşdu. 

Qorio  ata  cavabında  bu  xanımın  onun  böyük  qızı  olduğunu 

söyləmişdi. 

Madam Voke istehza ilə: 

-

 



Sizin neçə düjün qızınız var? - deyə soruşmuşdu. 

Qorio  iflas  edən  və  böyük  ehtiyac  içinə  düşən  bir  adamın  itaət-

karlığı ilə cavab verdi: 

-

 



Mənim ancaq iki qızım var. 

Cİçüncü  ilin  sonlarında  Qorio  ata  öz  xərcini  daha  çox  ixtisara 

salaraq,  dördüncü  mərtəbəyə  köçdü.  O,  indi  ayda  ancaq  qırx  beş 

frankxərcləyirdi. Artıq burunotu belə iyləməzdi, dəlləyini buraxmışdı, 

saçlanna  pudra  vurmazdı.  Qorio  ata  ilk  dəfə  pudrasız  göründüyü 

zaman ev sahibəsi mat qaldı: Qorionun çirkli, boz, yaşıla çalan saçlan 

vardı.  Onun  gizli  iztirablardan  getdikcə  daha  məyus  görünən  üzü 

nahar süfrəsi ətrafında toplaşan sifətlər arasında ən məyus və 

39 

downloaded from KitabYurdu.org




DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

ümidsiz bir üzə oxşayırdı. Artıq heç bir şübhə qalmamışdı; Qorio ata 



öz gözlərini dərmanların xaincəsinə təsirindən ancaq həkimin ustalığı 

sayəsində  mühafizə  etmiş  qoca  bir  əxlaqsızdır,  saçlarının  mənfur 

rəngi  isə  həddən  artıq  aşiqanə  macəralara  qapılmasının  və  bu 

macəraları  davam  etdirmək  üçün  içdiyi  dərmanların  nəticəsidir. 

Zavallının  cismani  və  mənəvi  vəziyyəti,  sanki,  bu  boş  sözlərə  haqq 

qazandırırdı.  Qorionun  qəşəng  alt  paltarı  köhnəldikdən  sonra  o, 

dirsəyi

1

 on dörd suya alınmış kolenkordan özünə köynək tikdirmişdi. 



Brilyantlar,  qızıl  tütün  qabı,  qızıl  zəncir,  cavahirlər  -  hamısı  bir-

birinin  ardınca  yox  olurdu.  O,  bənövşəyi  frakından,  bütün  əvvəlki 

görünüşündən  ayrıldı,  qışda  da,  yayda  da  şabalıd  rəngli  kobud 

mahuddan tikilmiş sürtük, keçi dərisindən jilet, qalın buk- sindən boz 

şalvar geyməyə başladı. Qorio getdikcə sınıxırdı: baldırları zəifləmiş, 

meşşan  rahatlığı  və  bolluğu  içində  iriləşmiş  sifəti  qırış-qırış  olmuş, 

çənəsi  sivriləşmiş,  alnında  qırışlar  əmələ  gəlmişdi.  Nev-Sent-

Jenevyev  küçəsində  yaşadığı  dördüncü  ilin  sonlarında  Qorionu  artıq 

tanımaq  belə  mümkün  deyildi.  Altmış  iki  yaşlı  sevimli  vermişel 

fabrikantı, ucaboylu, çox cavan görünən, gənclik təbəssümü ilə gülən, 

şənliyi ilə hamını sevindirən dolğun vücudlu burjua artıq yetmiş yaşlı, 

küt,  əldən düşmüş qocaya  bənzəyirdi.  Onun  mavi  gözlərində  vaxtilə 

həyat nuru parlayırdı, artıq indi o gözlər də sönmüş, işıqdan düşmüş, 

rəngini  itirmişdi.  Artıq  bu  gözlər  yaşarmazdı,  dövrəsi  qızarmış 

gözlərə  indi,  elə  bil,  qan  sağılmışdı.  Qorionun  bu  vəziyyəti 

bəzilərində  ikrah,  bəzilərində  isə  mərhəmət  hissi  oyadırdı.  Alt 

dodağının  sallandığını  görən  təbib  tələbələr  Qorio  atanın  üzünün 

yaratdığı bucağı ölçdükdən sonra uzun müddət onu hərəkətə gətirmək 

üçün  çalışırdılarsa  da,  müvəffəq  ola  bilməyib,  kretinizm  xəstəliyinə 

tutulduğunu təyin etdilər. 

Bir  dəfə  axşama  yaxın,  şamdan  sonra  madam  Voke  istehza  ilə 

Qoriodan  soruşdu  ki:  “Nə  oldu,  sizin  qızlarınız  artıq  sizi  ziyarət 

etmirlər?” O, bu sualı ilə Qorionun atalığına şübhə etdiyini anlatmaq 

istəyirdi. Qorio ata cida ilə sancılmış kimi diksindi: 

-

 

Bəzən gəlirlər, - deyə cavab verdi. 



Tələbələr bir səslə: 

-

 



Doğrudanmı?  -  deyə  bağırdılar.  -  Siz  hələ  bəzən  onlarla 

görüşürsünüz? Afərin, Qorio ata, afərin! 

40 

1

 Təxminən, yarım metr 

downloaded from KitabYurdu.org




Qoca  artıq  cavabının  doğurduğu  istehzalara  qulaq  asmırdı;  o, 

yenə  fikrə  dalırdı,  fəqət  ona  səthi  bir  nəzərlə  baxanlar  bu  dalğınlığı 

ağlın yoxsulluğundan əmələ gələn bir qocalıq kütlüyü zənn edirdilər. 

Əgər  onlar  Qorionu  yaxından  tanımış  olsaydılar,  bəlkə  də,  onun 

mənəvi  və  cismani  vəziyyəti  ilə  maraqlanardılar,  lakin  qoca  onlar 

üçün  həlledilməz  bir  şey  idi.  Əlbəttə,  Qorionun  doğrudanmı  un 

ticarəti  ilə  məşğul  olduğunu  öyrənmək  və  sərvəti  barədə  məlumat 

toplamaq o qədər də çətin iş deyildi, lakin onunla maraqlana biləcək 

qoca  adamlar  yaşadıqları  məhəllənin  xaricinə  çıxmaz,  qayaya 

yapışmış  istirdiyyə  kimi  daim  pansionda  yaşayardılar.  Yerdə  qalan 

kirayənişinlərə  gəlincə,  onlar  Nev-Sent-  Jenevyev  küçəsindən 

uzaqlaşan kimi dərhal Paris həyatının cərəyanına düşərək, məsxərəyə 

qoyduqları bu zavallı qocanı tamam unudurdular. Qayğısız gənclərin 

və  bu  məhdud  insanların  təsəvvüründə  Qorionun  bu  ehtiyacı,  bu 

kütlüyü qətiyyən heç bir sərvət, heç bir fəaliyyətlə uzlaşa bilmirdi. Öz 

qızlan  kimi  təqdim  etdiyi  qadınlar  haqqında  hər  kəs  Vokenin  rəyinə 

şərik  olurdu.  Qoca  qarıların  sərt  məntiqinə  əsasən  axşamçağı 

boşboğazlıq edərək hər cür fərziyyələr uyduran Voke isə deyirdi: 

-  Qorio  atanın  qızları  onun  yanına  gələn  xanımlar  kimi  zahirən 

varlı olsaydılar, o, mənim evimdə, dördüncü mərtəbədə, ayda qırx beş 

franka yaşardımı, dilənçi kimi dolanardımı? 

Vokenin gətirdiyi bu cür dəlilləri heç bir şeylə rədd etmək müm-

kün deyildi. Beləliklə, 1819-cu il noyabr ayının axırlarında, bu faciə 

baş  verdiyi  zaman,  pansionda  yaşayan  hər  bir  kirayənişində  zavallı 

qoca haqqında tamamilə  müəyyən rəy əmələ gəlmişdi.  Onun heç bir 

zaman  heç  bir  arvadı  olmamışdır,  heç  bir  qızı  da  yoxdur.  O,  kef  və 

nəşədən  sui-istifadə  etdiyi  üçün,  təbiət-tarix  muzeyi  məmuru  olan 

həmişəlik  kirayənişinlərdən  birinin  söylədiyi  kimi, 



papaqlılar 

dəstəsinə  mənsub  olan  antropomorf  bir  ilbizə  çevrilmişdir...  Bəs 

Puare?..  O,  Qorioya  nisbətdə  dəliqanlı,  centlmen  idi.  Puare  danışar, 

mülahizələr yürüdər, cavablar verərdi. Doğrudur, adətən, başqalarının 

söylədiyi  sözləri  təkrar  etdiyinə  görə  öz  danışıqlarında, 

mülahizələrində,  cavablarında  heç  bir  şey  ifadə  etməzdi,  lakin  hər 

halda,  söhbətin  qızışmağına  səbəb  olardı.  Onda  həyat  qaynayır,  bəzi 

hisslər görünürdü, halbuki Qorio, yenə muzey məmurunun ifadəsi ilə 

söyləyəsi olsaq, hər zaman donma nöqtəsində dururdu. 

41 


downloaded from KitabYurdu.org


Yüklə 5,98 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə