İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin



Yüklə 5,98 Mb.
Pdf görüntüsü
səhifə10/231
tarix21.06.2018
ölçüsü5,98 Mb.
#50117
1   ...   6   7   8   9   10   11   12   13   ...   231

dəyişməyə  çalışır,  artıq  öz  pansionuna  ancaq  hər  cəhətdən  layiq 

adamlar  buraxmaq  niyyətində  olduğunu  hər  yerdə  dönə-dönə 

söyləyirdi.  Yanına  bir  başqası  gələr-gəlməz,  o,  dərhal  bütün  Parisdə 

ən məşhur və hörmətli tacirlərdən biri olan cənab Qorio ilə lovğalanar 

və  qocanın  ona  hörmət  edib  pansionuna  düşdüyünü  fəxrlə  söylərdi. 

Madam Voke “VOKENİN EVİ” sərlövhəsi ilə xüsusi prospektlər nəşr 

etdirmişdi. Bu prospektlərdə daha sonra qeyd olunurdu ki, “Vokenin 

evi” Latın məhəlləsində ən qədim və ən hörmətli bir ailə pansionudur. 

Pansionun  qarşısında  Qobelen  manufakturası  dərəsinə  olduqca  xoş 

(dördüncü mərtəbədən!) mənzərə açılır, burada sevimli bir bağça var, 

bağçanın  axınnda  isə  cökə  xiyabanı  uzanır.  Pansionun  sakit  yerdə 

olduğundan  və  yaxşı  havasından  da  bəhs  olunurdu.  Bu  prospektin 

sayəsində  qrafinya  de  l’Ambermenil  madam  Vokenin  pansionuna 

gəlmişdi. Qrafinya otuz altı yaşlı qadın idi. O, dava meydanında ölən 

generalın  dul  arvadı  kimi  pensiya  hüququna  malik  olduğundan, 

pensiya təyin və təsdiq edilməsi haqqında başladığı işin qurtarmağını 

gözləyirdi.  Madam  Voke  xörəkləri  yaxşılaşdırdı,  təxminən,  altı  ay 

müddətində  ümumi  otaqların  qızdırılmasına  xüsusi  əhəmiyyət  verdi 

və  prospektdə  vəd  etdiyi  şeylərə  vicdanla  əməl  elədi. 

Hətta  xərcin 

üstünə  öz  pullarından  belə  qoydu.

  Bunun  nəticəsində  madam 

Vokeyə 

“əziz dostum”

 deyə xitab edən qrafinya, Mare* məhəlləsində 

yaşayan  iki  dostunu  -  baronessa  de  Vomerlandla  polkovnik  qraf 

Pikuazonun  dul  arvadını  belə,  bu  pansiona  köçürməyi  vəd  etmişdi. 

Qrafinyanın  bu  dostları  “Vokenin  evi”nə  nisbətən  bahalı  bir 

pansionda yaşayırdılar; bununla belə, hərbi dəftərxana onların işlərini 

qurtardıqdan  sonra  bu  xanımlann  vəziyyəti  çox  yaxşılaşacaqdı.  O 

deyirdi:  “Ancaq  dəxtərxanalar  onların  işini  hey  süründürür”. 

Nahardan sonra hər iki dul qadın madam Vokenin otağına çəkilərək, 

laqqırtı  vurar,  qarağat  şirəsindən  içərək,  yalnız  ev  sahibəsi  üçün 

saxlanılan  çərəzdən  yeyərdi.  Qrafinya  de  l’Ambermenil  ev 

sahibəsinin  Qorio  haqqında  mülahizələrini  tamamilə  bəyənər,  bunun 

çox  gözəl  fikir  olduğunu  söyləyərdi:  lakin  o,  elə  birinci  gündən  bu 

əhvalatı  başa  düşmüşdü.  Qrafinyanın  rəyinə  görə,  Qorio  birinci  növ 

kişilərdən sayılmalıdır. 

Madam Voke ona deyirdi: 

- Ah, mənim əzizim! Bu kişi palıd kimi möhkəmdir, özünü çox 

yaxşı saxlamışdır, qadına hələ çox zövq vermək iqtidarındadır. 

33 

downloaded from KitabYurdu.org




DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Qrafinya  alicənablıq  hissi  ilə  madam  Vokeyə  dul  arvadın  tələb-



lərinə  o  qədər  də  uyğun  olmayan  geyim  və  bəzəyi  haqqında  bəzi 

göstərişlər  belə  verdi.  “Siz  döyüşə  hazır  vəziyyətdə  olmalısınız”,  - 

dedi.  Bir  çox  haqq-hesabdan  sonra  dul  arvadların  ikisi  də  Pale- 

Royala*  gedərək,  Taxta  qalereyada  lələkli  şlyapa  və  cutqu  aldı. 

Qrafinya  öz  rəfiqəsini  həvəsləndirərək,  “Balaca  Janeta”  mağazasına 

apardı.  Burada  onlar  şərf  və  paltar  seçib  götürdülər.  Bu  döyüş 

ləvazimatı  işə  salındıqdan  və  dulcığaz  başdan-başa  silahlandıqdan 

sonra madam Voke tamamilə “Bef a lya mod”* restoranının lövhəsinə 

bənzədi. Buna baxmayaraq, o, yenə də yaxşılığa doğru xeyli dəyişmiş 

olduğunu zənn edərək qrafinyaya minnətdar olduğunu duyub, əliaçıq 

olmasa  da,  yadigar  olsun  deyə  ona  iyirmi  franklıq  bir  şlyapa 

bağışladı. Sözün doğrusu, o, qrafinyadan ancaq bir xidmətkarlıq tələb 

etmək niyyətində idi: qrafinya Qorionu danışdırmalı və Vokeni yaxşı 

bir  şəkildə  ona  nümayiş etdirməli  idi.  Qrafinya  de  TAmbermenil  bu 

işdən dostcasına  yapışaraq, qoca vermişel fabrikantının  başına fır-fır 

fırlanırdı.  Nəhayət,  onunla  söhbət  etməyə  müvəffəq  oldu.  Bu  işdə 

onun  yeganə  arzusu  vermişel  fabrikantını  yalnız  özü  üçün  ələ 

keçirmək idi. Fəqət bütün sui-qəsdlərinin Qorio atanın utancaqlığına, 

bəlkə  də,  müqavimətinə  rast  gəldiyini  gördüyü  zaman,  qrafinya 

qocanın yontalanmamış olduğuna hiddətlənərək otaqdan çıxdı. 

O, öz rəfiqəsinə dedi: 

- Bu adamdan heç şey qopara bilməyəcəksiniz, mənim mələyim. 

Onun  heç  şeyə  inamı  yoxdur,  lap  gülüncdür,  axmaq  adamdır,  lap 

heyvan  kimidir,  xəsisdir,  əziyyətdən  başqa  ondan  heç  bir  şey 

gözləmək olmaz. 

Qrafinya  de  TAmbermenillə  cənab  Qorio  arasında  baş  verən  bu 

hadisədən sonra qrafinya artıq onunla bir evdə belə yaşamaq istəmədi. 

Ertəsi gün qrafinya pansionda qaldığı altı ayın haqqını belə verməyi 

unudaraq,  beş  frankdan  artıq  qiymətə  getməyəcək  zirzibilini  qoyub, 

evi tərk etdi. Madam Voke onu axtarıb tapmaq üçün çox əlləşdisə də, 

Parisdə  qrafinya  de  1’Ambermenil  haqqında  heç  bir  məlumat  ala 

bilmədi.  O,  tez-tez  bu  kədərli  hadisədən  danışar,  pişikdən  belə 

inamsız  olmasına  baxmayaraq,  insanlara  həddən  artıq  etimad 

göstərdiyinə  görə  göz  yaşı  tökərdi.  Madam  Voke  bu  cəhətdən  öz 

yaxın adamlarına inanmayan, lakin ilk təsadüf etdiyi 

34 


downloaded from KitabYurdu.org


adama aldanan bir çox insanlara bənzəyirdi. Bu, son dərəcə qəribə bir 

əxlaqi  xüsusiyyətdir,  lakin  hər  halda,  elə  bir  həqiqətdir  ki,  onun 

köklərini  insan  qəlbində  axtarıb  tapmaq  o  qədər  də  çətin  deyildir. 

Bəlkə  də,  bəzi  insanlar  birlikdə  yaşadıqlan  şəxslərin  hüsn-rəğbətini 

heç  bir  şeylə  qazanmaq  iqtidarında  olmadıqlarından,  onların  qar-

şısında  qəlblərindəki  boşluğu  göstərdikdən  sonra  ətrafında  dolaşan 

şəxslərin haqlı olaraq gizlicə ciddi bir hökm verdiklərini hiss etməyə 

başlayırlar. Lakin bu cür insanlar, eyni zamanda, öz haq- lannda tərif 

eşitməyə dərin ehtiyac duyurlar. Bu tərifi isə kimsə söyləmir,  yaxud 

onlar  həqiqətdə  mövcud  olmayan  fəzilətlərini  göstərmək  üçün 

ehtiraslı  arzularla  çırpınır,  can  atırlar  və  bununla  yad  adamların 

gözündən  düşmək  təhlükəsinə  baxmayaraq,  onların  məhəbbətini, 

yaxud hörmətini qazanmağa çalışırlar. Nəhayət, öz təbiətləri etibarilə 

xudpəsənd  şəxsiyyətlər  də  var:  onlar  nə  öz  yaxın  adamlarına,  nə  öz 

dostlarına heç bir yaxşılıq etməzlər, çünki bu yaxşılıq  yalnız onların 

borcudur:  əgər  onlar  tanımadıqları  adamlara  yaxşılıq  edirlərsə, 

bununla yalnız öz qiymətlərini yüksəltmiş olurlar; buna görə də yaxın 

adamlar  dairəsi  daha  yaxın  olduqca,  onları  az  sevirlər.  Öz 

adamlarından nə qədər uzaq olarlarsa, o qədər də onlara artıq xidmət 

göstərməyə çalışarlar. Mahiyyətcə xırdaçı, yalançı və mənfur olan bu 

insan təbiətləri, heç şübhəsiz, madam Vokenin simasında birləşmişdi. 

Votren deyirdi ki: 

-  Əgər  mən  o  zaman  burada  olsaydım,  sizin  başınıza  bu  fəlakət 

gəlməzdi.  Mən  onun  fırıldağının  üstünü  açardım.  Bu  cür  oyunları 

mən çox yaxşı bilirəm. 

Madam Voke bütün məhdud təbiətli insanlar kimi, adətən, hadi-

sələrin  dairəsindən  xaricə  çıxmır  və  bunlann  səbəblərini  araşdırmaq 

üçün  özünə  əziyyət  vermirdi.  O,  məmnuniyyətlə  öz  səhvlərini 

başqalannın  boynuna  atardı.  O,  bu  ziyana  düşdüyü  zaman,  bu 

macəranın  əsas  günahını  namuslu  vermişel  fabrikantında  gördü. 

Söylənildiyinə  görə,  bu  hadisədən  sonra  onun  gözləri  açılmışdı, 

Qorionu  tanımışdı.  Naz-qəmzə  satmaq  və  qəşənglik  üçün  etdiyi 

xərclərin  bihudə  olduğunu  anladıqdan  sonra  madam  Voke  çox  da 

düşünmədən  bu  müvəffəqiyyətsizliyin  səbəbini  kəşf  etdi.  Madam 

Voke  başa  düşdü  ki,  onun  ifadəsi  ilə  deyilərsə,  Qorionun  özünə 

məxsus 


pis adətləri

 var. Bir sözlə, məhəbbətə bəslədiyi ümidlərinin 

35 

downloaded from KitabYurdu.org




Yüklə 5,98 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə